Ukrayna mətbuatı Formula 1 Azərbaycan Qran-Prisinə geniş yer ayırıb
Kiyev, 9 iyun, AZƏRTAC
İyunun 4-6-da Bakıda keçirilmiş Formula 1 Azərbaycan Qran-Prisi Ukrayna mətbuatında geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, Ukrinform, UNAN informasiya agentlikləri, “Segodnya.ua”, “Sport.ua”, “Obozrevatel.ua”, “asmedia.kiev.ua” və digər portallarda Azərbaycan Qran-Prisi silsilə məqalələr dərc olunub.
Həmin məqalələrdə yarışın təfərrüatları, gedişatı və iştirakçılar barədə ətraflı məlumat verilib. Yarışdan ən maraqlı video və fotogörüntülər yayımlanıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev