Ukrayna mətbuatı növbəti erməni vəhşiliyindən yazır
Kiyev, 14 noyabr, AZƏRTAC
Ukraynanın nüfuzlu KİV-ləri Azərbaycanın Kəlbəcər, Laçın və Ağdam rayonlarında evlərin ermənilər tərəfindən yandırıldığına dair xəbərləri geniş işıqlandırıb.
AZƏRTAC xəbər verir ki, UNİAN, “RBK-Ukrayna” informasiya agentliklərinin, “Segodnya”, “Gordon”, “Obozrevatel” “Podrobnosti” və digər portalların yaydıqları informasiyalarda Kəlbəcər, Laçın və Ağdam rayonlarından çıxan ermənilərin evlərə od vurduqları barədə ətraflı məlumat verilib, foto və videolar təqdim olunub. Vurğulanıb ki, ermənilər azərbaycanlılara qalmaması üçün evlərini yandırırlar.
Qeyd edilib ki, əldə olunan razılaşmaya əsasən, Ermənistan dekabrın 1-dək Kəlbəcər, Laçın və Ağdam rayonlarını Azərbaycana qaytarmalıdır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev