Ukrayna Prezidenti Türkiyəyə rəsmi səfər edəcək
İstanbul, 8 mart, Günel Karatepe, AZƏRTAC
Martın 8-də Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə rəsmi səfər edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Ukrayna ilə Rusiya arasında davam edən qarşıdurmanın gedişatı, Taxıl Dəhlizi Sazişinin davam etdirilməsi ilə bağlı son vəziyyət və bölgədə daimi sülh barədə ətraflı müzakirələrin aparılması gözlənilir.
Prezident Rəcəb Tayyib Ərdoğan ilə Volodimir Zelenski arasında nəzərdə tutan görüşdə Türkiyə-Ukrayna münasibətlərinin müzakirəsi nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:16]
ABŞ rəsmiləri və İran nümayəndə heyəti arasında görüş olub
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]