UKRAYNA PREZİDENTİ VİKTOR YUŞŞENKO AZƏRBAYCANA SƏFƏRƏ HAZIRLAŞIR
Səfirin sözlərinə görə, hökumətlərarası komissiyanın iclası V.Yuşşenkonun səfəri ərəfəsində Bakıda keçiriləcəkdir. Bundan əlavə, tərəflər Ukraynanın və Azərbaycanın işgüzar dairələrinin nümayəndələrinin iştirakı ilə biznes-forum keçirmək niyyətindədirlər.
Diplomatın sözlərinə görə, Ukrayna Prezidentinin Azərbaycana səfəri zamanı neft-qaz sahəsində əməkdaşlıq haqqında dövlətlərarası çərçivə sazişinin imzalanacağı da gözlənilir. Sazişi Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və “Ukrnaftoqaz” imzalayacaqlar.
T.Əliyev bildirmişdir ki, Ukraynanın Azərbaycan parlamentinin keçmiş sədri, müxalifət lideri Rəsul Quliyevi təhvil verməməsi dövlətlətarası və iqtisadi münasibətlərin inkişafına təsir göstərməyəcəkdir.
Diplomat demişdir: “Ukrayna-Azərbaycan münasibətləri strateji tərəfdaşların əlaqələridir və bəzi şəxslərin yanlış addımları onlara əsla təsir göstərməyəcəkdir”.