UKRAYNA PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB VİKTOR YUŞŞENKOYA
Hörmətli Viktor Andreyeviç,
Milli bayram - Müstəqillik günü münasibətilə Sizi və dost Ukrayna xalqını Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Şadam ki, tarixən yaranmış mehriban dostluq və qarşılıqlı dəstək ənənələri kimi möhkəm təməl üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz bu gün uğurla inkişaf edir.
Əminəm ki, birgə səylərimiz bundan sonra da həm beynəlxalq və regional təşkilatlarda, həm də transmilli enerji və kommunikasiya layihələrinin həyata keçirilməsində əməkdaşlığımızın genişlənməsinə yönəldiləcəkdir.
Hörmətli Viktor Andreyeviç, Sizə möhkəm cansağlığı və uğurlar, bütün dost Ukrayna xalqına sülh və əmin-amanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 6 avqust 2008-ci il.