Ukrayna və Niderland birgə dron istehsal edəcək
Kiyev, 1 dekabr, AZƏRTAC
Ukrayna və Niderlandın müdafiə nazirləri Denis Şmıqal və Ruben Brekelmans pilotsuz uçuş sistemlərinin birgə istehsalına dair saziş imzalayıblar.
AZƏRTAC xəbər verir ki, bu barədə Denis Şmıqal “Telegram” səhifəsində məlumat verib. "Saziş Ukraynanın pilotsuz uçuş sistemlərinin həm Ukraynada, həm də Niderlandda birgə istehsalına yol açır", - deyə Şmıqal əlavə edib. Nazir istehsalın Ukrayna və Niderland arasında bölüşdürüləcəyini qeyd edib. Pilotsuz təyyarələr Niderland tərəfindən alınaraq Ukrayna Müdafiə Qüvvələrinə veriləcək.
"Biz tərəfdaşlarımızla əməkdaşlıq edərək ən yaxşı Ukrayna silahlarının istehsalını genişləndirməyə davam edirik", - deyə müdafiə naziri qeyd edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [14:41]
Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir
- 10.08.2026 [14:13]
La-Manş boğazını bir qayıqla rekord sayda miqrant keçib
- 10.08.2026 [13:40]
Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər
- 10.08.2026 [13:09]
İqlim dəyişikliyinin sərt reallığı Avropa iqtisadiyyatına necə təsir edib?
- 10.08.2026 [13:07]
Almaniya əhalisinin tərkibində gənclərin payı tarixi minimuma enib
- 10.08.2026 [13:05]
Türkiyədə 132 qeyri-qanuni miqrant saxlanılıb
- 10.08.2026 [12:49]