Ukraynada aprelin ortalarında COVID-19-a yoluxanların sayının pik həddə çatacağı gözlənilir
Kiyev, 10 aprel, AZƏRTAC
Ukraynanın Səhiyyə Nazirliyi aprelin ortalarında ölkədə koronavirusa yoluxanların sayının pik həddə çatacağını proqnozlaşdırıb.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, bu barədə Ukraynanın səhiyyə naziri Maksim Stepanov “Pravo na vladu” adlı tok-şouda bildirib.
O deyib ki, Səhiyyə Nazirliyinin proqnozlarına görə, Ukraynada çox gərgin dövr başlayır. Ölkədə xəstələrin sayının xeyli artması müşahidə olunur. “Epidemiyanın necə inkişaf etməsi baxımından qarşıdakı daha bir həftə ərzində yoluxanların sayının 25-30 min artacağını düşünürük”, - deyə nazir söyləyib.
Səhiyyə naziri daha sonra söyləyib ki, koronavirusun Britaniya ştammı Ukraynanı “qorxudur”. Nazirin sözlərinə görə, bu ştamm daha yoluxucu, “gənc” olmaqla yanaşı, klinik cəhətdən ağırlaşma ehtimalı da çox yüksəkdir.
Hazırda Ukraynanın 11 regionu epidemiya təhlükəsinin “qırmızı” zonasında yerləşir. Bununla belə, ölkə ərazisində ümumlokdaun rejimi tətbiq edilməyib.
“Worldometers” xidmətinin məlumatlarından göründüyü kimi, aprelin 7-nə olan vəziyyətə görə, Ukrayna COVID-19-dan ölənlərin sayı baxımından Avropada birinci yerə çıxıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]
Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır
- 13.06.2026 [11:37]
ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb
- 13.06.2026 [08:50]
ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır
- 13.06.2026 [07:44]
Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [21:53]