Ukraynada daxili və beynəlxalq uçuşların, restoranların tam fəaliyyəti bərpa edilir
Kiyev, 3 iyun, AZƏRTAC
Ukraynada daxili uçuşlar iyunun 5-dən, beynəlxalq uçuşlar isə iyunun 15-dən açılacaq. AZƏRTAC xəbər verir ki, bu barədə Baş Nazir Denis Şmıqal Nazirlər Kabinetinin bu gün keçirilən iclasında məlumat verib.
Baş Nazirin sözlərinə görə, iyunun 5-dən kafe və restoranların qapalı sahələrində də fəaliyyətinə icazə veriləcək. Ancaq müştərilər sosial məsafəyə diqqət yetirməli və obyektlərdə dezinfeksiya işləri aparılmalıdır.
Qeyd edək ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün martın 17-dən Ukraynaya beynəlxalq uçuşlar qadağan edilmişdi.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:29]
Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldılır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]