UKRAYNADA İCTİMAİ YERLƏRDƏ SİQARET ÇƏKMƏYİ MƏHDUDLAŞDIRAN QANUN QÜVVƏYƏ MİNİR
Restoran, kafe, bar və gecə klublarında, habelə digər ictimai iaşə obyektlərində, əyləncə müəssisələrində siqaret çəkilməyən zonalar yaratmaq nəzərdə tutulur. Həmin müəssisələrin müdiriyyətinə ya belə zonalar yaratmaq, ya da bu müəssisələrdə siqaret çəkməyi tamamilə qadağan etmək təkilf olunur.
Qanunun pozulmasına görə 17-85 qrivna (3,4-17 dollar), təkrar pozulmasına görə təqribən 25 dollar məbləğində cərimə nəzərdə tutulur.
Xatırladaq ki, Ukraynada iş yerlərində, təhsil müəssisələrində və idman qurğularında siqaret çəkmək bundan əvvəl qanunla qadağan edilmişdir. Siqaretçəkənlər üçün xüsusi yerlər ayrılır. Müxtəlif məlumatlara görə, hazırda Ukraynada kişilərin 66 faizi, qadınların isə təxminnən 26 faizi siqaret çəkir. Mütəxəssislərin hesablamalarına görə, ölkədə siqaretə aludəçılık epidemiya miqyası almışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:28]
Tramp husilərə xəbərdarlıq edib
- 13.10.2026 [20:24]
ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək
- 13.10.2026 [20:21]
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]