Ukraynada koronavirus pandemiyasının üçüncü dalğası səngiməkdədir
Kiyev, 13 aprel, AZƏRTAC
Ukrayna koronavirus pandemiyasının üçüncü dalğasının pik mərhələsini yaşayır. Ölkədə COVID-19-la bağlı vəziyyət sabitləşməyə başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın səhiyyə naziri Maksim Stepanov mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, xəstəxanaya yerləşdirilmə ilə bağlı vəziyyət yaxşılaşıb.
Nazir deyib: “Biz xəstəliyin üçüncü dalğasının pik mərhələsindəyik. İndi vəziyyət tədricən sabitləşməyə doğru gedir. Biz bunu bütün regionlar üzrə müşahidə edirik”.
Nazir misal çəkərək göstərib ki, ötən həftə xəstəxanaya yerləşdirilənlərin sayı əvvəlki həftəyə nisbətən 2 min nəfər az olub. Həmçinin təcili yardım çağırışlarının da sayı azalıb.
Xatırladaq ki, Ukraynada COVID-19-a yeni yoluxanların sayı 11.680, xəstəlikdən sağalanların sayı 14 min nəfər təşkil edir. Bir gün əvvəl isə təxminən 8 min yoluxma faktı müəyyən edilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]