Ukraynada koronavirusa yoluxanların sayı 160 minə yaxınlaşıb
Kiyev, 15 sentyabr, AZƏRTAC
Ukraynada koronavirusa yoluxma hallarında artım davam etməkdədir.
AZƏRTAC Ukrayna Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, bu ölkədə son sutkada 2905 nəfər koronavirusa yoluxub, 53 nəfər isə dünyasını dəyişib. Ən çox yoluxma Kiyev, Xarkov, Ternopol, Odessa vilayətlərində qeydə alınıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 159 min 702 nəfərə çatıb. Bu infeksiyadan ölənlərin ümumi sayı 3264 nəfərdir, 70 min 810 xəstə isə sağalaraq evə buraxılıb.
Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti noyabra qədər uzadılıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş VİDEO
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]