Ukraynada koronavirusa yoluxma hallarının 93 faizi ölkə daxilində baş verib
Kiyev, 23 aprel, AZƏRTAC
Ukraynada koronavirus infeksiyasının başqa insanlara keçməsi hallarının 93 faizi ölkə daxilində baş verib, yoluxma hallarının qalan 7 faizində xaricdən qayıtmış insanlarda xəstəliyin simptomları onlar Ukraynaya qayıdandan sonrakı 14 gün ərzində aşkar olub.
AZƏRTAC xəbər verir ki, bu statistikanı Ukrayna Səhiyyə Nazirliyinin İctimai Sağlamlıq Mərkəzi elan edib.
Mərkəzin məlumatında bildirilir ki, COVID-19 infeksiyasına yoluxması təsdiq edilmiş insanların 55 faizinin yaşı 50-dən aşağıdır.
Aprelin 23-də Ukraynada koronavirus xəstələrinin birgünlük artımında “antirekord” qeyd edilib. Bir gün ərzində 578 yeni COVID-19-a yoluxma və 13 ölüm hadisəsi aşkar edilib.
Səhiyyə Nazirliyində xəstələrin belə kəskin artımını ötən bazar günü və bilavasitə Pasxa bayramı zamanı vətəndaşlar tərəfindən karantin rejiminin pozulması ilə izah ediblər.
Qeyd edək ki, miqdar Ukrayna ərazisində 7170 nəfərin COVID-19-a yoluxması laboratoriya tədqiqatı ilə təsdiq edilib. Onlardan 504 nəfəri sağalıb, 187 adam vəfat edib.
Rüstəm Məmmədov
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:48]
Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib
- 12.10.2026 [15:20]
Aİ Rusiyada 1600-dək fiziki və hüquqi şəxsə əlavə sanksiyalar tətbiq edib
- 12.10.2026 [14:25]
“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər
- 12.10.2026 [13:18]