Ukraynada orta məktəbdə kütləvi zəhərlənmə baş verib
Kiyev, 1 fevral, AZƏRTAC
Ukraynada Kirovoqradda yerləşən orta məktəblərin birində qidadan kütləvi zəhərlənmə olub.
AZƏRTAC xəbər verir ki, Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin Kirovoqrad vilayət şöbəsinin yaydığı məlumata görə, Kropivnitsk məktəbində 1-4-cü sinif şagirdləri arasında kütləvi zəhərlənməyə səbəb məktəbin bufetində istifadə olunan qida məhsulu əsas göstərilib.
15-nə yaxın şagird mədə ağrısı, ürəkbulanma, temperatur problemi ilə xəstəxanaya müraciət edib, onlardan bir neçəsi xəstəxanaya yerləşdirilib.
Orta məktəbin 1-4-cü siniflərində əyani təhsil dayandırılıb, distant formaya keçirilib, bufetdə istifadə olunan qidalar laboratoriyaya göndərilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
- 21.09.2026 [11:53]
ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]