Ukraynanın yeni Baş naziri Nazirlər Kabinetinin yeni tərkibini parlamentə təqdim edib
Kiyev, 17 iyul, AZƏRTAC
Ukraynanın yeni Baş naziri Yuliya Sviridenko Nazirlər Kabinetinin yeni tərkibini parlamentə təqdim edib.
AZƏRTAC bu barədə Ukraynanın xalq deputatı Yaroslav Jeleznyakın “Telegram” kanalına istinadla xəbər verir.
Deputat yeni nazirlərin siyahısını da təqdim edib. Aleksey Kuleba, Mixail Fyodorov, Taras Kaçka Baş nazirin müavinləri təyin edilə bilərlər. Bununla yanaşı, 10 yeni nazirin adları da elan edilib.
Qeyd edək ki, sabiq Baş nazir Denis Şmıqal 2020-ci ilin martından hökumətə başçılıq edib. Bu yaxınlarda Ali Rada onun istefasını təsdiqləyib və Yuliya Sviridenkonu Baş nazir təyin edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:39]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]
İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb
- 30.09.2026 [17:19]
Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər
- 30.09.2026 [16:52]