Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ulu babalarımızın miras qoyduğu sənətkarlıq nümunəsi: dulusçuluq

Naxçıvan, 30 noyabr, AZƏRTAC

Hər bir xalqın tarixi yaratdığı sənətkarlıq nümunələrində öz əksini tapır. Daş dövründən bu günə kimi bir-birini əvəz etmiş ictimai-iqtisadi formasiyalarda xalq sənətkarlığı nümunələri də inkişaf yolu keçib. Sadə əl əməyinə əsaslanan əşyalar, məişət avadanlıqları sonralar həmin dövrlərdən xəbər verən maddi-mədəniyyət nümunələrinə çevrilib. Belə sənətkarlıq nümunələrindən sayılan dulusçuluq Naxçıvanda qədim istehsal sahələrindən biridir.

Azərbaycan xanlıqlarının dövründə dulusçuluq istehsalının aparıcı sahəsi kimi daha çox məişət keramikası öndə olub. Tarixi mənbələrdə Naxçıvan xanlığında saxsı qablar istehsalı haqqında məlumat daha çoxdur. Bu xanlığın sovet Rusiyası tərəfindən işğalı dövründə Naxçıvan və Ordubad şəhərlərinin hər birində 12 nəfər dulusçu çalışıb. Ordubaddakı dulusçu emalatxanalarından biri yararsız hala düşmüş karvansarada yerləşirdi. Xanlığın Təzəkənd adlı yaşayış məntəqəsində Naxçıvan xanı Ehsan xana məxsus saxsı səhəng istehsal edən emalatxananın fəaliyyət göstərməsi haqqında da məlumat verilir. Ümumiyyətlə, muxtar respublikada aparılan arxeoloji qazıntılar zamanı müxtəlif məişət əşyaları - küpə, kasa, boşqab, badya və sair tapılıb ki, bunların da əksəriyyəti yerli istehsal olub. Bundan başqa, arxeoloji qazıntılar göstərib ki, Naxçıvanda dulusçuluq sənəti yüksək inkişaf etmiş bir sənət sahəsi kimi tamamilə formalaşıb. Burada istehsal edilən saxsı qablar istər hazırlanma texnikasına, istərsə də zəngin bəzək elementlərinə görə çox yüksək səviyyəyə çatıb. Su kəmərləri üçün saxsı boruların, tikinti işlərində geniş istifadə edilən kaşı və bəzək kərpiclərinin istehsalı da Naxçıvan dulusçularının əsas məşğuliyyətlərindən olub.

Saxsı məişət əşyalarının hazırlanması sənəti olan dulusçuluq bizə ulu babalarımızın miras qoyduğu sənətdir. Bu gün xalqımızın tarixi keçmişini yaşadan sənət nümunələrindən olan dulusçuluğun inkişafına böyük qayğı göstərilir. Naxçıvan şəhərində xalq yaradıcılığı emalatxanasında dulusçuluqla məşğul olan Arzu Novruzov deyib ki, muxtar respublika ərazisində aparılan arxeoloji ekspedisiyalarda könüllü olaraq iştirak edib, burada tapılan sənət nümunələri onda dulusçuluğa həvəs oyadıb. Beləliklə, o, bu sənətlə məşğul olmağa başlayıb.

Saxsı qabların hazırlanma qaydaları barədə danışan Arzu Novruzov bildirib ki, təmiz saxsı qabların uzun ömürlülüyü bu məişət əşyalarının hazırlanma texnologiyasından asılıdır. Həmin məişət əşyalarının hazırlanmasında əsas material olan gil yaxşı seçilməli, gilin yoğrulması prosesi tələm-tələsik həyata keçirilməməlidir. Keyfiyyətli saxsı qabın üstünə nə qədər ağırlıq salsan da, o sınmamalıdır. Saxsı qablar bir-birinə dəydikdə keramika səsi çıxmalı, hazır məmulat qızılı rəngə çalmalıdır.

Keyfiyyətli gili muxtar respublikanın Babək rayonunun Vayxır kəndinin və Şahbuz şəhərinin ətraf ərazisindən əldə etdiyini deyən həmsöhbətimiz bu sənətlə peşəkar səviyyədə məşğul olmaq üçün çalışdığını bildirərək qeyd edib ki, qədim sənətlər bizim tariximizdir.

Naxçıvanda min illər bundan öncə dulusçuluq sənəti özünün zirvəsində olub. Bəlkə də, elə buna görədir ki, son illərdə muxtar respublikada aparılan arxeoloji qazıntılar zamanı tapılan saxsı qab məmulatlarının əksəriyyəti muzeylərimizdə nümayiş olunur.

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müasir dövrün aktual şəhərsalma modelləri - yaz məktəbi

DSMF-nin əməkdaşları “Süni zəkaya hazırlıq” mövzusunda beynəlxalq vebinarda iştirak ediblər

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Gədəbəydə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

“İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestrinə daxil olan tikililərin müvafiq ərazidə tikinti niyyətinin həyata keçirilməsi zərurəti ilə bağlı sökülməsi qadağan edilən, sökülməsinə rəy tələb olunan və sökülməsi mümkün olan kateqoriyalar üzrə bölgüsü”nün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 24 sentyabr tarixli 370 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

XVI əsrdə dinlərarası dialoq və dini vəhdət təcrübəsi: “Din-i İlahi”

Böyük Britaniyanın səhiyyə naziri istefa verib

“Aldanmış Canavar” Kukla Teatrının səhnəsində

Sahibə Qafarova: Azərbaycanda qadın hüquqlarının təmin olunması dövlət siyasətinin prioritetlərindəndir

Sabahdan WUF13 ilə bağlı çəkilmiş avtobus zolaqlarına daxil olan nəqliyyat vasitələri cərimələnəcək

İstixanalarda və meyvə bağlarında fitosanitar monitorinqlər davam etdirilir

“İmkanlar hər kəs üçün” layihəsi başa çatıb

Azərbaycanda peşə təhsili sisteminin potensialının gücləndirilməsinə dair Tədbirlər Planı təsdiq edilib

Vüqar Gülməmmədov Rusiyada forumda dövlət auditi sahəsində rəqəmsal inkişaf perspektivləri barədə danışıb

Azərbaycan beynəlxalq hüququ bərpa etdi, ATƏT-in Minsk qrupu isə tarixin uğursuz missiyasına çevrildi - ŞƏRH

Azərbaycanın neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 40 faizədək artıb

Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracının daha da artırılması imkanları nəzərdən keçirilib

Cənubi Xəzər hövzəsində neft yataqları ilə bağlı araşdırma aparılıb

Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılara və Azərbaycanın dostlarına çağırış

“Emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsi və “Emal edilməmiş almazların ixracı ilə əlaqədar “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nin tələblərinə uyğun sertifikatın forması və verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2026–2028-ci illər üçün Baş Kollektiv Sazişin bağlanılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Türkiyə Mərkəzi Bankı regiondakı gərginlik fonunda inflyasiya proqnozunu yüksəldib

Adil Kərimli ICESCO ilə mədəni irs üzrə yeni əməkdaşlıq təşəbbüslərini açıqlayıb

Tokayev Türkiyə şirkətlərini Kurık və Aktau limanlarında layihələrdə iştiraka çağırıb

İstanbulda Azərbaycan xalça sənətinə həsr edilən sərgi açılıb

Fövqəladə Hallar Nazirliyində WUF13 ilə əlaqədar dəyirmi masa

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Cənubi Afrika portalı Azərbaycanın WUF13-ə ev sahibliyi etməsindən yazıb

Qərbi Azərbaycan İcmasında kitab təqdimatı

Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasına yekun vurulub YENİLƏNİB 2 VİDEO

Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasına yekun vurulub YENİLƏNİB 2 VİDEO

Azərbaycan BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının 72-ci iclasında təmsil olunub

Birinci Türkoloji Qurultayın 100 illiyi: Dil məsələləri - beynəlxalq elmi konfrans YENİLƏNİB

Azərbaycanın incəsənət nümunələri İstanbulda beynəlxalq sərgidə nümayiş olunur

Fuad Aslanov: “Milli Kosmik İnkubasiya” proqramı ideyaların real həllərə çevrilməsi üçün platformadır

Azərbaycan Mühəndislik Akademiyası ilə Xorvatiya Mühəndislər Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb

"Bakı-Xankəndi" Azərbaycan beynəlxalq velosiped yarışı başa çatıb

İsveçin “Global Bar Magazine” nəşri Bakıda keçiriləcək WUF13 haqqında məqalə dərc edib

® “Azercell” fərdi və korporativ müştəriləri üçün rəqəmsal imkanları genişləndirir

İsgəndər Sərdarlı: Mirzə Qədim İrəvani irsi müasir dünyaya yeni baxış gətirir

Kiberdələduzluq məqsədilə saxta “cərimə ödənişi” saytları yayılır – ETX-dən xəbərdarlıq

Mərkəzi Bank 3 elektron pul təşkilatının lisenziyalarını ləğv edib

Rəqəmsal ödənişlər və onlayn kreditlərdə vətəndaşların hüquqlarını mövcud qanunlar təmin edirmi?

“Məktəb ictimai müzakirədə” - dialoq mühiti genişləndirilir

Mərkəzi Bank dayanıqlı maliyyə hesabatı açıqlayıb

"EFES - 2026” təlimi davam edir

“Real Madrid”də növbədənkənar prezident seçkiləri keçiriləcək

Pakistanın Baş naziri Azərbaycanın ədliyyə nazirini qəbul edib

Lisenziya pozuntularına görə kim cəzalanır – həkim, yoxsa klinika?

Mayın 15-i gündüzdən 18-i axşamadək bəzi yerlərdə hava fasilələrlə yağıntılı olacaq – XƏBƏRDARLIQ

“Azərkosmos” ilk “Milli Kosmik İnkubasiya” proqramına başlayıb

Dövlət Agentliyinin nümayəndəsi: İqlim dəyişiklikləri tikinti təhlükəsizliyinə birbaşa təsir göstərir

Azərbaycan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracını artırır

Azərbaycanda proqram mühəndisliyi sahəsində elmi fəaliyyət genişlənir

Türküstanda TDT Zirvə görüşü: Türk birliyi - XXI əsrin strateji layihəsi

Büdcə təşkilatlarında kağız blanklar elektronlaşdırılır

Cəmil Xudiyev: Müasir şəhərlərdə yanğın təhlükəsizliyinin təmin edilməsində layihələndirmə mərhələsi həlledici rol oynayır

Rəis müavini: Gələcəyin şəhərləri təhlükəsiz, dayanıqlı, ekoloji cəhətdən balanslı və fövqəladə hallara davamlı olmalıdır

Aleksandr Vatən: Əhmədiyyə Cəbrayılovun döyüş xatirələrini cəbhə yoldaşının dediklərinə istinadən yazdım

Avstriyalı mütəxəssislər Möminə Xatun türbəsinin bərpası işlərində iştirak etmək üçün Naxçıvana gəliblər VİDEO

Avstriyalı mütəxəssislər Möminə Xatun türbəsinin bərpası işlərində iştirak etmək üçün Naxçıvana gəliblər VİDEO

Prezident ömrünün foto salnaməçisi

® “Express Business” tətbiqində yenilik!

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin adı dəyişib

İngiltərə Premyer Liqasında mövsümün ən yaxşısı adına namizədlər açıqlanıb

Vergi Xidməti Amerikadaxili Vergi Administrasiyaları Mərkəzinin Baş Assambleyasında təmsil olunub

Tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

B.A.Babayevin 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasının yekun bəyannaməsi qəbul edilib

Marko Rubio Çin Silahlı Qüvvələrini dünyanın ikinci ən güclü ordusu adlandırıb

Zəngilan və Şərqi Zəngəzur yaxın gələcəkdə Azərbaycanın iqtisadi xəritəsində xüsusi yer tutacaq - ŞƏRH

Rubio: Çin Tayvanın dinc yolla Pekinin nəzarətinə keçməsini istəyir

Paytaxtda yeni işıqforlar istifadəyə verilib

Bakıdan Batumiyə gündəlik aviareyslərin həyata keçirilməsi planlaşdırılır

Xətai Rayon Prokurorluğunun fəaliyyəti ilə tanışlıq olub VİDEO

Xətai Rayon Prokurorluğunun fəaliyyəti ilə tanışlıq olub VİDEO

UNEC-in dosenti “Sigma Xi” cəmiyyətinin tamhüquqlu üzvü seçilib

Günay Əfəndiyeva: “Diplomatik xidmət haqqında” qanun layihəsində nəzərdə tutulan dəyişikliklər olduqca əhəmiyyətlidir

Qarabağ ATƏT-in Minsk qrupunun ümidinə qalsaydı hələ də işğal altında olacaqdı - ŞƏRH

Polşalı arxeoloqlar Tunc dövrü ilə bağlı tədqiqatlarını təqdim ediblər

Yaxın və Orta Şərq xalqlarının ədəbi-mədəni əlaqələrində ortaq abidələrin tədqiqi – elmi konfrans

“Bakı Dialoqları” jurnalının 2026-cı il yaz buraxılışı nəşr olunub

Dörd ayda 116 minədək mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

“Redaktor” adlı televiziya layihəsinə başlanılır

Qəzza Sülh Şurası: Silahlı qruplaşmalar keçid dövrü hakimiyyəti ilə paralel fəaliyyət göstərə bilməz

“Turan”a Azərbaycan çempionluğunu qazandıran baş məşqçi ilə müqavilə yenilənib

Si Cinpin: “Çinin dirçəlişi” və “Amerikanı yenidən böyük et” təşəbbüsləri bir-biri ilə əlaqəli həyata keçirilə bilər

Qardabanidə baş verən yol qəzasında həyatını itirənlərin sayı 7-yə çatıb - YENİLƏNİB

Mark Rutte NATO müttəfiqlərini ÜDM-in 0,25 faizini Ukraynaya ayırmağa çağırıb

IRENA: Yaxın Şərqdən qaynaqlanan böhran bərpaolunan enerjiyə keçidi sürətləndirəcək

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Xalçalarda memarlıq” sərgisi WUF13-ə həsr olunacaq

Böyük uğurlara aparan yol kiçik addımlardan başlayır: pedaqoqun hekayəsi VİDEO

Böyük uğurlara aparan yol kiçik addımlardan başlayır: pedaqoqun hekayəsi VİDEO

Azərbaycan Qarabağı yalnız dağıntıların simvolu kimi təqdim etmir, çağdaş yaşayış mühitinin necə qurulduğunu göstərir - ŞƏRH

“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin Zəngilandan verdiyi mesajlar, regionda formalaşan yeni reallıqlar – DƏYİRMİ MASA

Qarabağ Regional Elmi Tədqiqatlar və İnnovasiyalar İnstitutunun və Tətbiqi Elmlər İnstitutunun yaradılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Əfsanəvi ulduz Ceki Çanın baş rolda oynadığı filmin 4-cü hissəsi Qazaxıstan və Azərbaycanda çəkiləcək

İsrail ordusu Livanın cənubundakı 8 yaşayış məntəqəsinin təxliyəsinə çağırıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin WUF13 ilə əlaqədar təşkil edəcəyi tədbirlər açıqlanıb

BDU-nun Jurnalistika fakültəsində “Tələbə tribunası” layihəsinin təqdimatı olub

Fərid Qayıbov: Beynəlxalq yarışların işğaldan azad olunmuş ərazilərdə təşkili sevindirici haldır

Ölkə miqyasında həyata keçirilən WUF13 Festivalı başa çatıb

Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq