Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ulu Öndər Heydər Əliyev – 100: Etnomilli münaqişənin həllində sülh fəlsəfi problem kimi – TƏHLİL

Ulu Öndər Heydər Əliyev – 100: Etnomilli münaqişənin həllində sülh fəlsəfi problem kimi –  TƏHLİL

Dahi şəxsiyyətlər əbədiyaşardırlar, onlar yalnız fiziki olaraq dünyasını dəyişirlər, onların əməlləri, ideyaları, dühaları yüz illər boyunca yaratdıqları təsisatlarda, dövlətçilik ənənələrində və xalqlarının həyat amalında yaşayırlar

Bakı,11 dekabr, AZƏRTAC

Hazırda planetdə baş verən onlarca geosiyasi, etnik, milli, coğrafi, dini və digər müxtəlif münaqişə ocağı mövcuddur. Müasir dünyanın reallığından biri budur ki, elmin, texnologiya və süni intellekt resurslarının insan həyatına tətbiqi ilə insanlar, dövlətlər, mədəniyyətlər və sosial təsisatlar arasında ciddi dialoq və çoxaspektli kommunikasiyalar üçün böyük imkanlar açılıb. Bu müsbət tendensiyaya baxmayaraq, eyni zamanda, həyatın bütün sahələrində əlaqə və münasibətlərdə böyük xaos və inamsızlıqların da baş verməsi faktını demək olar əksər siyasətçi, filosof, sosioloq və başqa elm adamları təsdiq edirlər. Aydındır, qeyd olunan problemin ciddi fəlsəfi, siyasi, sosial səbəbləri mövcuddur və müşahidələr göstərir ki, belə bir kontekstdə qarşılıqlı olaraq insanların, dövlət və cəmiyyətlərin bir-birinə qarşı “total inamsızlıq” faktının hələ uzun müddət yer üzündə baş verməsinin biz şahid olacağıq. Lakin bütün bunlara baxmayaraq, insanların, dövlət və cəmiyyətlərin tarixən olduğu kimi, qarşılıqlı ünsiyyətdə konsensus axtarışları da var ki, (Azərbaycan Respublikasının son 30 ildə həyata keçirdiyi humanitar strategiyanı xatırlayaq) bu da müasir intellektual insanın qlobal “inamsızlıq mühitində” kiçik də olsa ümidinin olmasına həm dəlalət edir, həm də perspektivlər yaradır; ancaq bu da təkzib edilməsi mümkün olmayan faktdır ki, bu müsbət ümidlər heç də münaqişə və müharibələri Yer üzündən yox etmək iqtidarında deyil.

Bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutu, fəlsəfə üzrə fəlsəfə doktoru dosent Şölət Zeynalovun “Ulu Öndər Heydər Əliyev - 100: Etnomilli münaqişənin həllində sülh fəlsəfi problem kimi” sərlövhəli məqaləsində yer alıb.

AZƏRTAC məqaləni təqdim edir: “Fakt budur ki, istər etnik, milli, coğrafi, iqtisadi, dini, istərsə də “hibrid” münaqişələrin həll olunması bəzi məqamlarda dalana dirənir, bu səbəbdən də müharibələr böyük fəlakətlər törədir. Hansı ki, ölkəmiz də uzun müddət Ermənistan və ona havadarlıq edən destruktiv qüvvələr tərəfindən belə bir hücuma məruz qaldı, son 30 ilin demək olar bu fəlakətin aradan qaldırılması ilə məşğul oldu. Aydındır ki, bu problemlərin bir tərəfi praktik və gündəlik həyatdan gəlsə də, digər tərəfi də ideya, ideologiya və təfəkkürdən gəlir: Ermənistan üçün qonşu ölkələrlə dinc yanaşı yaşama anlayışı mövcud deyil, onların gündəlik fəaliyyətləri yalnız digər qonşuların ərazilərini zəbt etmək ideologiyası üzərində qurulub. Ancaq indi hər kəsə bəllidir ki, Azərbaycan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad etdi, Azərbaycanın bütün ərazilərində dövlət suverenliyini bərpa etməklə düşməni həm fiziki, həm də ideoloji olaraq məğlubiyyətə uğratdı. Obrazlı şəkildə ifadə etsək, əsl həqiqətdə, bu tarixi Qələbə Azərbaycan üçün “köhnə dünya”nın sonuncu, yeni dünyanın isə ilk tarixi və əbədi Zəfərdir. Lakin həm də acınacaqlı fakt ondan ibarətdir ki, istər Ermənistan rəhbərliyi, istərsə də onu revanşizmə təhrik edən qüvvələr hazırda Azərbaycanı “etnik təmizləmə”də günahlandırmağa çalışırlar. Qəribəsi budur ki, özünü demokratiyanın özəyi hesab edən Qərbin bir çox informasiya məkanında bu qaralama kampaniyasına dəstək verən qüvvələr də kifayət qədərdir. Halbuki istər son üç on ili əhatə edən Qərbin və Ermənistanın “sülh oyunları” zamanı, istərsə də müharibənin gedişi müddətində və daha sonrakı birgünlük antiterror tədbirlərində bütün dünya çox gözəl bilirdi ki, əsası dahi siyasi xadim Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın dövlətçilik strategiyasının mehvəri sülh və dialoq platformaları üzərində qurulduğundan Azərbaycan Ordusu yalnız silahlılara və terrorçulara qarşı vuruşur. Statistik faktlar da təsdiq edir ki, həqiqətən də Ermənistanın heç bir mülki şəxsi bu tədbirlər zamanı zərər görməyib. Qəribə olan həm də odur ki, Ermənistanın dövlət ideologiyası etnik azərbaycanlılara, türklərə nifrət üzərində qurulsa da, onlar bu yaramaz epiteti Azərbaycanın üzərinə atmaq istəyirlər. Halbuki vaxtilə Birinci Qarabağ savaşında ermənilərin etnik azərbaycanlılara qarşı apardığı soyqırımı (Xocalı soyqırımını xatırlayaq) hadisəsi və İkinci Qarabağ müharibəsi zamanı erməni terrorçu rejiminin Azərbaycanın dinc əhalisinin yaşadığı şəhərləri, kəndləri ağır artilleriya və raketlərdən atəşə tutmasını indi həm ermənilər ört-basdır etməyə çalışır, həm də Qərb bu hadisələrin üzərindən sükutla keçir. Ancaq fakt-faktlığında qalır: analizlər sübut edir ki, etnomilli və regional münaqişə və müharibə zamanı tərəflərin rəhbərliyinin xarakteri, xarizması, ideya və ideologiyası düzgün olmayanda, - onların şüuru etnik təmizləmə və nifrət üzərində qurulanda, - müharibə qanunlarına zidd hərəkətlər mütəmadi xarakter alır və onlar üçün tarix yalnız başqalarına nifrət kimi qavranılır. Bu isə məhz fəlsəfi, etnopsixoloji və ideoloji problemdir. Məsələ yalnız bununla da bitmir. Təəssüf ki, bu zərərli ideologiya hazırda Ermənistan tərəfindən yenə də davam etdirilməkdədir. Paşinyan-Simonyan cütlüyü bir tərəfdən sülhdən danışır, o biri tərəfdən əl altından silahlanmanı davam etdirirlər. Hər halda, Ermənistanın istər hazırkı, istərsə də son 35 illik siyasi tarixini biz göz önündə canlandırarkən qeyd olunan fikirlərin təsdiqini aydın şəkildə görürük: Ermənistanın dövlətçilik fəlsəfəsi ətraf qonşulara nifrət üzərində qurulub və bu dövlətin sosial, siyasi, etnik və sair institutlaşması hüquqa, beynəlxalq öhdəliklər və dinc yanaşı yaşama prinsiplərinə deyil, mifoloji keçmişə yönəlikdir. Halbuki münaqişə və müharibənin davam etdiyi zamanlarda Azərbaycan tərəfi və onun siyasi rəhbərliyi daima qarşı tərəfə bildirmişdir ki, aqressiya və nifrətlə məsələni həll etmək olmaz, tərəflər məhz dialoq mühiti şəraitində konsensusa gələ bilərlər. Dialoqu və sülhü həyata keçirmək üçünsə böyük düşünmək və gələcəyə baxmaq lazımdır.

Konkret faktlara müraciət edək: XX əsr dünya siyasətində fenomen şəxsiyyətlərdən biri kimi şöhrət tapan sülh və dialoq problemlərinin həllində mahir strateq Ümummilli Lider Heydər Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması perspektivi barədə vaxtilə bildirirdi: “Biz Ermənistanla Azərbaycan arasında olan münaqişənin sülh yolu ilə həll etmək istəyirik. Bunun üçün də iki ölkə arasında düşmənçilik əhvali-ruhiyyəsindən qarşılıqlı inam əhvali-ruhiyyəsinə keçmək lazımdır. Qarşılıqlı inam olmasa, bu məsələnin sülh yolu ilə həlli də çətin ola bilər. Doğrudur, ötən on ildə böyük yaralar almışıq, bizə çox böyük zərbələr dəyibdir. Qurbanlar vermişik, qan tökülüb, torpaqlarımız işğal olunubdur. İşğal olunmuş torpaqlar viran olunub, bərbad vəziyyətdədir.

Bunun hamısı məlumdur. Ancaq irəliyə baxmaq lazımdır. İrəliyə baxmaq üçün də düşünmək lazımdır ki, iki qonşu ölkə bir-biri ilə daim düşmənçilik münasibətində yaşaya bilməz”. Sonrakı tarixi tendensiya sübut etdi ki, Ermənistan rəhbərliyi sülh işinə qeyri-ciddi yanaşır və onlar, əslində, münaqişənin həllinə və “sülh probleminə” vaxt qazanmaq və Azərbaycan torpaqlarının ilhaqı, özününkiləşdirmə oyunu kimi yanaşırlar. Nəticə isə indi artıq hər kəsə bəllidir, Ermənistan tərəfinin günahı üzündən münaqişə müharibə ilə nəticələndi və Azərbaycan tərəfi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz sözünü humanitar sahədə olduğu kimi hərb meydanında ləyaqətlə dedi, - işğala son qoyuldu.

Etnomilli və regional münaqişələrin mahiyyətindən bəhs ediriksə bir məsələni qeyd etmək vacibdir: Ermənistan - Azərbaycan münaqişəsinin kulminasiya nöqtəsi hesab edilən 44 günlük Vətən müharibəsi zamanı Ermənistan tərəfindən Gəncənin, Bərdə və Tərtər şəhərlərinin dinc əhalisinin total şəkildə atəşə tutulduğunun şahidi olduq. Bu onu göstərdi ki, münaqişənin başlanma tarixindən uzun müddət keçməsinə baxmayaraq erməni tərəf üçün “inkişaf”, “humanizm” kimi məsələlərlə yanaşı, münaqişənin həll olunma mexanizmində dialoq mədəniyyətinin formalaşması, müharibə qanunlarına əməl etmə meyarı hələ də yoxdur və bu dövlət üçün heç bir beynəlxalq hüquq, nizam işləmir. Hadisələri qabaqlayaraq qeyd edək ki, Azərbaycan müharibə məcburiyyətində qalaraq torpaqlarını azad etsə də, son 30 ildə olduğu kimi hal-hazırda da sülh prinsiplərinə sadiqdir. Yəni, bəzi terrorçu rejimlərdən fərqli olaraq Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin dövlətçilik fəlsəfəsində, əslində, müharibə faktoru yoxdur və o yalnız öz dövlətçilik və milli varlığımızı, mövcudluğumuzu təmin etmək üçün son anda müdafiə xarakterli bir proses kimi həyata keçirilə bilər. Uzaq olmayan tarixi faktların analizi göstərir ki, bir çox dövlətlər üçün bu metodoloji prinsiplər və strategiya, uzaqgörənlik əlçatan olmasa da ölkəmizin bəxti onda gətirdi ki, onun siyasi rəhbərliyinə dünyamiqyaslı bir siyasi Lider Heydər Əliyev gəldi və fakt budur ki, bu iş - sülh işi hazırda da siyasi, milli, etnomədəni ideologiyamızın əsas hədəfi kimi Ali Baş Komandanın strateji proqramının əsasını təşkil edir. Təsadüfi deyil ki, 2021-ci il martın 20-də Prezident İlham Əliyev işğaldan azad edilmiş Şuşa şəhərindən Novruz bayramı münasibətilə Azərbaycan xalqına müraciəti zamanı bildirmişdir: “Müharibənin ilk günlərindən mən demişdim ki, düşmən bizə tarix versin, düşmənin rəhbəri tarix versin: nə vaxt bizim torpaqlarımızdan rədd olur və biz müharibəni dayandırmağa hazırıq. Yenə də sözümdə durdum, bizə tarix verilən kimi, kapitulyasiya aktı imzalanan kimi müharibə dayandı və biz bir güllə atmadan, bir itki vermədən Ağdam, Kəlbəcər və Laçın rayonlarına da qayıtmışıq. Beləliklə, ərazi bütövlüyümüzü bərpa etdik”.

Tarixdən bu kimi məsələlər məlumdur ki, münaqişə, müharibə, xalqların, dövlətlərin bir-birinə qarşı kin və küdurəti, qarşılıqlı ittihamları sona kimi davam edə bilməz və bu prosesin bir “sınma”, “qırılma” nöqtəsi də mütləq baş verməli, sülh istiqamətində ortaq bir yol tapılmalıdır. Ermənistan və Azərbaycan arasında baş verən münaqişə də qeyd olunan fikirlərdən kənarda deyildir. Real sağlam təfəkkürdən çıxış edərkən aydın olur ki, Ermənistan indi məğlub tərəf olduğundan sülhə doğru daha çox can atmalıdır və bu onların bilavasitə həm gələcək inkişafları, həm də indiki şəraitdə tamamilə böhranın girdabında məhv olmamaları üçün vacibdir. Lakin müşahidələr göstərir ki, Ermənistanı sülhə gətirmək məsələsi elə də asan deyildir. Bunun bir sıra coğrafi, etnopsixoloji, etnik, siyasi, ideoloji, tərəfləri mövcuddur ki, onların da həllində məhz Azərbaycan tərəfi və onun siyasi rəhbərliyi maraqlı olsa da, mifik erməni xəstəliyinə tutulan erməni siyasətçiləri və bəzi beynəlxalq qüvvələrin ikili yanaşmaları hələ ki, böyük sülhün regionda baş tutmasına əngəl olmaqdadır. Halbuki illər əvvəl Ulu Öndər erməniləri dünya miqyasında müdafiə edənlərə və Ermənistan rəhbərliyinə bir növ xitabən qeyd edirdi: “Dünyanın bütün ölkələrini, Avropa ölkələrini götürün. Fransa ilə Almaniya yüz il müharibə ediblər, indi dost ölkələrdir. Yaxud, Rusiya, Avropanın bir çox ölkələri Almaniya ilə müharibə etdilər, nə qədər qurbanlar verildi, insanlar həlak oldu, şəhərlər dağıldı. İkinci dünya müharibəsində Sovetlər İttifaqından 27 milyon adam həlak oldu. Təkcə Azərbaycandan cəbhəyə 600 min adam səfərbər edilmişdi, onlardan 300 mini qayıtmadı. Amma görürsünüz, Almaniya ilə Rusiya, keçmiş Sovetlər İttifaqına mənsub olmuş digər ölkələr arasında əməkdaşlıq, dostluq əlaqələri var. Bu həyatdır, ona görə irəliyə baxmaq lazımdır”.

Sosial institutlaşma problemi. Tarixdən məlumdur ki, böyük dövlətçilik fəlsəfəsi hər bir xalqa, etnosa tarix tərəfdən “hədiyyə” edilməyən hadisədir. Bu anlamda hazırda müasir Ermənistan adlanan əraziyə tarixən pərçim edilmiş toplumun siyasi, humanitar, etik, və s. görüşlərində olan başqaları ilə - qonşu xalqlarla olan barışmazlıq sindromunun da biz “mənşəyi”ni tarixi tipoloji problematikalığını anlayışla qarşılamalıyıq: Aqressiya bu dövlətin təməl prinsiplərindən, siyasi və ideoloji təfəkküründən gəlir və elə bu səbəbdən də onun dəf edilməsi işi elə də asan məsələ deyildir. Ona görə də müşahidələr göstərir ki, postmünaqişə dövründə hər iki tərəfin maraqları təmin edilərkən dialoq, multikulturalizm, tolerantlıq, humanizm prinsiplərinin tətbiqinin fəlsəfəsi məhz azərbaycanlıların həyat tərzi, düşüncə meyarı, dövlətçilik strategiyası olduğundan qarşı tərəflərdə də bu istiqamətdə yeni platformaların yaradılması üçün “dialoq bazaları”nın konstruksiyası işində beynəlxalq təşkilatlar da fəal olmalı və bu işdə Azərbaycanla əməkdaşlıq etməlidirlər. Hər halda bu Azərbaycanın siyasi rəhbərliyinin nəcib arzusudur. Lakin yuxarıda qeyd etdiyimiz kimi təəssüf ki, bəzi hallarda həm regional qüvvələr və o cümlədən, ermənilərin beynəlxalq havadarları Ermənistanı sülhə deyil revanşa təhrik edirlər, bu isə uçurumun son həddidir və regionu böyük fəlakətə sürükləyə bilər. Hər halda Azərbaycanın siyasi rəhbərliyinin rasional iradəsi ortalıqdadır: Azərbaycan sülh və ona zəmanət istəyir. Cari ilin 6 dekabr tarixində ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumda Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bizə, əslində, nə lazımdır, yəni, Azərbaycana nə lazımdır? Ermənistanda heç bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı qəti şəkildə, təsdiqlənmiş zəmanət lazımdır. Bu, bizə niyə lazımdır? Çünki biz Ermənistanda nə baş verdiyini bilirik və həmçinin bilirik ki, Ermənistanın bəzi Avropa paytaxtlarında çox pis məsləhətçiləri var”. Göründüyü kimi, əslində, məsələ o qədər də sadə deyil və bu səbəbdən də problemin həllində qlobalmiqyaslı işlərin görülməsi indi gündəliyin əsas prioritetləri sırasında birincilik təşkil edir. Ona görə də biz anlayırıq ki, yuxarıda toxunulan sosial institutlaşma məsələsi bir tərəfdən nəzəri, digər tərəfdən də praktiki olduğundan, insanların şüurlarında baş verən “ideoloji zəhərlənmələri” qısa vaxt kəsimində aradan qaldırmaq elə də asan məsələ deyildir. Bu işdə məhz bütün tərəflər Azərbaycan paradiqmasına, onun siyasi, humanitar, sosial-mənəvi, etik tərəflərinə apelyasiya edərlərsə şübhəsiz regionda böyük birgəyaşayışı təmin etmək olar. Bunun üçünsə Ermənistan tərəfi anlamalıdır ki, nifrətlə əsrlər boyu yaşamaq olmaz, Ulu Öndər H.Ə.Əliyevin qeyd etdiyi kimi: “...Ancaq irəliyə baxmaq lazımdır. İrəliyə baxmaq üçün də düşünmək lazımdır ki, iki qonşu ölkə bir-biri ilə daim düşmənçilik münasibətində yaşaya bilməz”.

Beləliklə, yuxarıda qeyd olunan konseptual yanaşmadan aydın olur ki, müharibə, münaqişə, “əbədi ziddiyyətlər” kimi problematikaların da yalnız siyasi, iqtisadi, coğrafi maraqlarla xarakterizə edilməsi məqbul hesab edilə bilməz. Başqa sözlə desək, münaqişələrin mənşəyinə, anatomiyasına, biz tarixi irsiyyət və etnopsixoloji kontekstdən yanaşdıqda, dialoji təfəkkürə qarşı dayanan antidioloqun da mənşəyi barədə müəyyən təsəvvürlər əldə edə bilərik. Bu onu təsdiq edir ki, xalqların sosial institutlaşması prosesi uzun vaxt tələb edir və onlara tarixi şəraitdən istifadə edərək hansısa kvazi-dövlətləri belə hədiyyə edərkən ehtiyatlı olmaq lazımdır. Başqa sözlə desək, dövlət qurmaq həm də tarixi prosesin təbii halıdır. Biz bu müddəaları irəli sürərkən heç də erməni xalqını çoxaspektli sivilizasion atılışdan geri qalmaqda ittiham etmək fikrində deyilik, amma bu faktlar həm də mövcuddur - burada əsas problem ideologiya və tarixi şüurda dövlətçilik ənənələrinin olmamasından gəlir. Ona görə də tarixin fəlsəfi tədqiqi və sivilizasiyanın ontoloji interpretasiyası sübut edir ki, dövlətçilik fəlsəfəsinin dərki, dövlət qurmaq mədəniyyəti bütün irqlərə məxsus olmayan xüsusi bir keyfiyyət, sivilizasion proses və idrak hadisəsi olduğundan onun yer üzündə mövcud dörd mindən artıq bütün xalqlara tətbiqi ciddi problematika olardı. Necə ki, biz bunu son yüz ildən də artıq bir dövrdə Ermənistanın Qafqaz regionunda həyata keçirtdiyi aqressiv terrorçu siyasətində açıq görə bilirik. Müşahidələr göstərir ki, bu formada olan dövlətlərlə şübhəsiz postmünaqişə dövründə də münasibətlərin tənzimlənməsi işi uzunmüddətli problematika olaraq qalacaqdır. Onun üçün biz burada onu da qeyd etməyi vacib hesab edirik ki, etnomilli münaqişələrin həllində beynəlxalq hüququn, nizamın birgəyaşayış prinsiplərinin həyata keçirilməsi işində beynəlxalq ictimaiyyətin, alimlərin, siyasətçilərin, mədəniyyət xadimlərinin, din və dövlət adamlarının mənəvi-humanitar qismində aqressora, ona hami olan dövlətlərə təsir göstərmələri vacibdir. Bu yanaşmanın, əhəmiyyəti ondadır ki, o dünyanın bütün nöqtələrində baş verən konfliktlərin dəf edilməsi işində mexanizm kimi tətbiq edilə bilər, yəni söhbət ondan gedir ki, şüurların dəyişdirilməsi asan məsələ olmadığı üçün, etnomilli və digər münaqişə və müharibələr dövründə sülhün tətbiqi fəlsəfi anlamda interpretasiya olunarkən ona bəşəri prosesin vahid prinsipi kimi yanaşmalıyıq. Bu onu göstərir ki, sülhün meyarı dialoq və dialoq mədəniyyətindədir! Bu mədəniyyətin təməllərini biz siyasətdə, sülhün əldə edilməsi proqramında, münaqişə və müharibələrin dəf edilməsi işində tətbiq etmək istəyiriksə, mütləq Ulu Öndər H. Ə. Əliyevin irsinə, onun bəşəri dəyərləri tərənnüm edən fenomen Şəxsiyyətinə ideya və ideologiyasına dönə-dönə müraciət etməliyik.

Nəticə olaraq, yuxarıda irəli sürülən problemin fəlsəfəsindən çıxış edərək məqaləni tezis şəklində aşağıdakı kimi ümumiləşdirə bilərik:

1. Nəzəri interpretasiyalar sübut edir ki, dünyada istər münaqişələrin, müharibə və ziddiyyətlərin aradan qaldırılmasında, o cümlədən, postmünaqişə dövründə yeni dialoq mədəniyyətinin formalaşması üçün yeni bir konsepsiya, yeni dialoq mədəniyyəti platforması zərurət kimi çıxış edir. Aqressoru söz, dialoq və bəşəri meyarlarla sülhə gətirmək mümkün olmayanda müharibə qaçılmaz olur.

2. Ulu Öndər Heydər Əliyevin siyasi irsi və Prezident İlham Əliyevin rasional dövlətçilik fəlsəfəsi müasir regional və qlobal münaqişə və müharibələrin həllində strateji əvəzsiz paradiqmadır. Bu paradiqmanın öyrənilməsi və dünyada tətbiqi müasir humanitar təfəkkürün qarşısındadır.

3. Postmünaqişə dövrünün travmasını yaşayan Ermənistanda tolerantlıq, multikulturalizm, dialoq və dialoq mədəniyyəti paradiqmalarını dirçəltmək üçün region ölkələri Azərbaycanın irəli sürdüyü humanitar təşəbbüsləri dəstəkləməlidirlər.

4. Regional sülhün təmin edilməsi proqramı Ulu Öndər Heydər Əliyevin dövlətçilik amalı idi, bu müqəddəs vəzifə hazırda şəxsən Ali Baş Komandan, Prezident İlham Əliyevin strategiyasının əsası kimi çıxış edir, ümid edirik ki, nəhayət revanşizmə meyil edən qüvvələr də bu bəşəri fəlsəfəni dəyərləndirərək konsensusa gələcəklər. Konsensusa isə şübhəsiz güzəştə-güzəşt prinsipi ilə nail olmaq mümkündür”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 sentyabr

27 Sentyabr Azərbaycan xalqının yaddaşında milli birlik, iradə və qəhrəmanlıq rəmzi kimi yaşayır

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

“44 gündə yazılan şanlı tarix” - Bolnisidəki soydaşlarımız şəhidləri anıblar

Lerikdə zəlzələ olub

Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət edib

Zəfər yürüşünün başladığı məkanda şəhidlərin xatirəsi anılıb

Türkiyə XİN: “Bir millət, iki dövlət” şüarı ilə qardaş Azərbaycanın yanındayıq

Gürcüstanın Baş naziri: Azərbaycan hökuməti ilə bütün məsələlər dostluq şəraitində müzakirə olunur

Qazaxıstanda yeni müdafiə naziri təyin edilib

Şəhid Elvin Əlimovun anası: Oğlum uşaqlıqdan hərbçi olmaq istəyirdi

Strasburqda şəhidlərimizin xatirəsi ehtiramla anılıb

Türkiyədə Azərbaycanın qəhrəmanlarının xatirəsi yad edilir

Rusiyalı ekspert: 2020-ci il sentyabrın 27-si bütün Cənubi Qafqaz üçün dönüş tarixi oldu

Şəhidlərin xatirəsi Pekində böyük ehtiramla yad edilib

Asiya ölkələri arasında parlamentlərarası əməkdaşlıq genişləndirilir: Düşənbədə mühüm müzakirə

Azərbaycandakı dini konfessiya rəhbərləri Zəfər parkını ziyarət ediblər

Şəhid anası: Balama bənzəmək istəyən şagirdlərimlə təsəlli tapıram

Batumidə şəhidlərin xatirəsi anılıb

Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

Şəhid pilot Abbas Qasımovun anası: Mən bir oğul itirmədim, 30 illik dostumu, sirdaşımı itirdim

Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub VİDEO

Nyu-York şəhərində on minlərlə insan fırtına səbəbindən elektriksiz qalıb

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO

Yalçın Rəfiyev: Azərbaycan 2027-ci ildə BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi etmək niyyətindədir

Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb

27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün

Qaxda “Şəhidlər qalası” ucaldılıb VİDEO

Qaxda “Şəhidlər qalası” ucaldılıb VİDEO

Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib

Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır

“Əbədi yaşayanlar” - Marneulidə şəhidlərin xatirəsi anılıb

Naxçıvan şəhərində şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası təşkil edilib

İran Prezidenti: Məkkə Müdafiə Sazişi müsəlman birliyinə doğru müsbət addım ola bilər

Yaponiyada yağışlarla əlaqədar 740 mindən çox sakinə təxliyə olunmaları tövsiyə edilib