Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitabların təqdimatı keçirilib

Bakı, 11 dekabr, AZƏRTAC

AMEA-nın Qafqazşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş dəyirmi masa və kitabların təqdimat mərasimi keçirilib. Öncə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən bu elmi müəssisənin direktoru AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı “Heydər Əliyev İli”ndə üç kitab və bir konfrans materialının çap edildiyini söyləyib. Bildirib ki, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə, tarix üzrə fəlsəfə doktoru Günel Musayeva, siyasi elmlər üzrə fəlsəfə doktoru Samirə Həbibbəylinin birgə yazdıqları “Heydər Əliyev və Qafqaz problemləri” adlı əsərdə ilk dəfə olaraq Ulu Öndərin Qafqaz problemlərinə münasibəti və fəaliyyəti müxtəlif dillərdə olan mötəbər mənbə və ədəbiyyatlar əsasında tədqiq edilib. Kitabda Heydər Əliyevin çıxışları, nitqləri və müsahibələrinin toplandığı “Müstəqilliyimiz əbədidir” çoxcildliyi əsasında Qafqaz məsələlərinə baxışları, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsi, həmçinin Çeçenistan, osetin-inquş, gürcü-abxaz, Tsxinvali (gürcü-osetin) münaqişələrinin dinc siyasi vasitələrlə tənzimlənməsi, Azərbaycanın Rusiya, Gürcüstan, Türkiyə və İranla münasibətlərinin inkişaf etdirilməsində fəaliyyəti təhlil edilib.

“Ulu Öndər Heydər Əliyev Qafqaz regionunun sülh zonasına çevrilməsindən ötrü geniş fəaliyyət göstərib. Bunun üçün ilk növbədə, dövlətlərin bir-birinin daxili işlərinə son qoymasının, münaqişələrin dayandırılmasının tərəfdarı olub və bir sıra təşəbbüslər irəli sürüb. Hesab edib ki, münaqişələr həll edildikdən sonra Qafqaz ölkələri və xalqları həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlıq edə bilərlər. Kitab regionşünaslar, politoloqlar, tarixçilər, diplomatlar, siyasətçilər, tələbələr, magistrantlar, həmçinin Ulu Öndər Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub”, - deyə Musa Qasımlı çıxışında bildirib.

Kitabın elmi redaktoru AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru professor İsmayıl Hacıyev, rəyçilər siyasi elmlər doktoru Hikmət Babaoğlu, professorlar Qasım Hacıyev, Ramiz Sevdimalıyev və Şirxan Səlimovdur.

Tarix elmləri doktoru, professor Qasım Hacıyevin yazdığı “Heydər Əliyev və Azərbaycan Respublikasının ərazi bütövlüyü” adlı kitabda dünyaşöhrətli siyasi xadim, dövlətçilik tariximizdə mühüm mövqe tutan, tarixin ahəngini öz nəzarəti altına götürə bilən, realist və praqmatik, inamlı xarici siyasət yeridə bilən böyük şəxsiyyət Heydər Əliyevin Ermənistanın əsassız ərazi iddialarına, hərbi təcavüzünə, erməni separatizminə qarşı, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda fəaliyyəti araşdırılıb.

Kitabın elmi məsləhətçi AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, elmi redaktoru AMEA-nın həqiqi üzvü, professor İsmayıl Hacıyev, rəyçilər professorlar İradə Hüseynova və Kərim Şükürovdur.

Tarix üzrə fəlsəfə doktoru Günel Musayevanın rus dilində nəşr olunmuş “Böyük Britaniyanın Azərbaycan siyasətində neft amili (1991-2022-ci illər)” adlı monoqrafiyasında ilk dəfə olaraq Böyük Britaniyanın Azərbaycan siyasətində neft amili müxtəlif dillərdə olan mənbə və ədəbiyyatlar əsasında tədqiq edilib. Kitabda, həmçinin Ermənistanın hərbi təcavüzünə və 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərin azad edilməsi məsələsində Böyük Britaniya hökumətinin mövqeyi şərh, təhlil və müqayisəli təhlil edilib.

Kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı, rəyçilər AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor İsmayıl Hacıyev, tarix elmləri doktoru, professor Şirxan Səlimov, tarix üzrə fəlsəfə doktoru, dosent Əfşan Şəfiyevadır.

İnstitutun üç dildə nəşr edilən “Qafqazşünaslıq” jurnalında Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məqalə yer alıb.

Dəyirmi masada “Heydər Əliyev: Qafqazda sülh və əməkdaşlıq məsələləri” adlı respublika elmi konfransının çap olunmuş materialları da təqdim olunub. Ölkə səviyyəli olmasına baxmayaraq, konfransda xarici ölkələrdən də tədqiqatçılar məruzə ediblər.

Tədbirdə çıxış edən AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli, Tarix və Etnologiya İnstitutunun Əliyevşünaslıq şöbəsinin müdiri tarix elmləri doktoru Ədalət Qasımov, tarix üzrə fəlsəfə doktoru, dosent Əfşan Şəfiyeva, UNEC-in tədqiqatçısı Həmid Əhmədli, Qafqazşünaslıq İnstitutun elmi işlər üzrə direktor müavini dosent Ramilə Dadaşova, şöbə müdirlərindən professor Qasım Hacıyev, dosent Vahid Ömərov, dosent Elnur Kəlbizadə, tarix üzrə fəlsəfə doktoru Günel Musayeva, siyasi elmlər üzrə fəlsəfə doktoru Samirə Həbibbəyli kitablarla bağlı fikirlərini bölüşüb, Azərbaycan elmi üçün dəyərli və böyük töhfə olduğunu bildiriblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi finala vəsiqə qazanıb

Ankarada keçirilən təlimlərdə media nümayəndələrinə müdafiə mexanizmlərindən istifadənin yolları öyrədilib

Türkiyə və Rusiya prezidentləri ticarət əlaqələrinin genişləndirilməsini müzakirə ediblər

Türkiyə müdafiə şirkətlərinin məhsulları dünyanın 185 ölkəsində uğurla istifadə edilir

Zaqatala Suvarma Sistemləri İdarəsinin əməkdaşı iş başında dünyasını dəyişib

Türkiyə inşaatçıları 6 ayda xaricdə 7,6 milyard dollarlıq sifarişlər alıblar

Çinin Sian şəhərindən Bakıya həftəlik yük qatarı marşrutu istifadəyə verilib

Peterburq Beynəlxalq Hüquq Forumunda cinayətlərin profilaktikası barədə Azərbaycan təcrübəsindən danışılıb

Yazıçı Vladimir Boqomolovun anadan olmasının 100 ili tamam olur

Londonda avtobus dayanacağında tapılan tablo 17.5 milyon funt sterlinqə satılıb

A.Mirzoyan: Ermənistan Türkiyə ilə münasibətləri tam şəkildə normallaşdırmağa hazırdır

Britaniyada parlament seçkiləri: Leyboristlər qalib olacaqları təqdirdə nələr vəd ediblər?

Məscidlərdə vakant vəzifələrin tutulması məqsədilə keçirilən müsahibənin nəticəsi açıqlanıb

İrakli Kobaxidze: Gürcüstan regionda təhlükəsiz və sabit mühitin yaradılmasına töhfə verməyə hazırdır

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Məzun Günü

"İTi Zəka-2" hakatonunun növbəti mərhələsi başa çatıb

Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub

Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş keçirilib  YENİLƏNİB

Türkiyə XİN: Tarixi və mədəni simvola siyasi məqsədlərlə verilən reaksiyaları qınayırıq

“Qəmər bəyim Şeyda. Zülmün daşqını” kitabı çapdan çıxıb

Yaponiyada holoqrafik portretli əsginaslar buraxılır

Astana Zirvə görüşü təmasların daha da sıx qurulması baxımından çox əhəmiyyətlidir ŞƏRH

BSU-da elmi seminar: Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji potensialının inkişafı

ABŞ-da meşə yanğınları səbəbindən 13 min nəfər təxliyə edilib

Ötən ay 23 aptekdə yoxlama aparılıb

DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub

Vəzifəli şəxsin qanunsuz əməlləri barədə cinayət işi başlanılıb

Kimya Elmləri üzrə Problem Şurasının iclasında səkkiz dissertasiya mövzusu müzakirə edilib

Naxçıvanda ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbi “Kembric” statusu alıb

Çin Azərbaycanın təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyib

Azərbaycan və Kamerun arasında idman sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycanın iki həndbol hakimi Açıq Avropa çempionatına təyinat alıb

Elektron Təhlükəsizlik Xidməti və Gürcüstanın Rəqəmsal İdarəetmə Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

Hotellərə ulduz dərəcələri verilib və rezervasiya platformasının təqdimatı keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsinin “Çağrı mərkəzi” istifadəyə verilib

Gənclərin İnkişaf və Karyera Mərkəzinin 11 regional nümayəndəliyi və 44 bölməsi fəaliyyət göstərir

Astanada “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub

Tanınmış basketbolçu ilə müqavilə yenilənir

Azərbaycan və Rusiya teatrları arasında əməkdaşlıq əlaqələri genişlənəcək

AAYDA CAREC proqramına üzv ölkələrin tədbirində iştirak edib

Azərbaycan cüdoçuları Paris Olimpiadasına İspaniyada hazırlaşırlar

Səbail rayonunda saxlanılan şəxslərdən 16 kiloqram narkotik vasitə götürülüb VİDEO

Bakıda Ətraf Mühit, Sosial və İdarəetmə Sammiti işə başlayıb VİDEO

Türkiyə ilə Azərbaycan arasında din sahəsində qarşılıqlı fəaliyyət müzakirə olunub

Bakıdakı Rus evində professor Rauf Nərimanbəyliyə həsr olunmuş konsert olub

Sus kəndində ilk körpə dünyaya gəlib

“Real Madrid”in stadionu DÇ-2030-un final oyununa ev sahibliyi edəcək

Vatikan rəsmisi Azərbaycanda dini və mədəni müxtəlifliyin qorunması üçün yaradılan şəraiti yüksək qiymətləndirib

RF Federasiya Şurası Rusiya nümayəndə heyətinin ATƏT PA-da fəaliyyətini dayandırması qərarını yekdilliklə dəstəkləyib

® ABB-nin dəstəyi ilə daha bir uşaq futbol komandası formalaşdırıldı

Astanada Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü keçirilib  YENİLƏNİB

Azərbaycan dilindən istifadə: uğurlar, problemlər, vəzifələr - dəyirmi masa

Azərbaycan Badminton Federasiyası Botsvanaya invertar ianə edib

Fuad Nağıyev: Turizm və hotelçilik sənayesi COP29-a tam hazırdır

Milli Ulduz Təsnifatı əsasında 200-dən çox hotelə ulduz dərəcələri təyin edilib

Qarabağ Regional DOST Mərkəzindəki “RehaPoint” Məntəqəsində 750-dən çox şəxsə reabilitasiya xidmətləri göstərilib

Hərbi Prokurorluq Daxili Qoşunlarla birlikdə tədbir keçirib

KOB-ların yaşıl iqlim maliyyələşməsində rolunun artırılması sahəsində seminar keçiriləcək

Parlament seçkiləri ilə əlaqədar YAP-ın Mərkəzi Seçki Qərargahı yaradılıb

Firuddin Əliyev: İşğaldan azad olunmuş yerlərdə Xüsusi Mühafizə Olunan Təbiət Ərazisi yaradılacaq VİDEO

Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycanı özünün ən fəal tərəfdaşlarından biri hesab edir  - RƏY

Azərbaycanda geoparkların yaradılması nəzərdə tutulur

Misirdə yeni hökumətin andiçmə mərasimi keçirilib

İngiltərə klubu Seneqal millisinin futbolçusunu transfer edib

Naxçıvan gimnastlarının məşq şəraiti standartlara uyğunlaşdırılır

Astanada Azərbaycan ilə Qazaxıstan arasında imzalanmış Səhmdarlar Müqaviləsinin mübadiləsi mərasimi olub VİDEO

Əməkdar artist Ağalar Bayramovun yaradıcılıq gecəsi keçirilib

Regionlardan olan şagirdlər BMU-nun laboratoriyaları ilə tanış olublar

Xidmət rəisi: Bu ilin ilk altı ayı ərzində milli parklara 80 minə yaxın turist gəlib

Nəqliyyat dəhlizlərinin genişləndirilməsində Azərbaycan-ŞƏT əməkdaşlığı ŞƏRH

Naxçıvanda dönərxanada nöqsanlar aşkar olunub

Cəlilabadda ilk dəfə Neolit dövrünə aid kəndin izləri aşkarlanıb FOTO VİDEO

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Elşad Əsgərov: Qafqazda yalnız Azərbaycan ərazisində bəbir balalarının dünyaya gəlməsi müşahidə olunub

“Azərkosmos” Çinin “Star.vision” şirkəti ilə memorandum imzalayıb

Fernandu Santuş Qəbələ şəhər stadionu ilə tanış olub

Baş prokuror Lerik rayonunda vətəndaşları qəbul edib

® “Qızlara ağ yaraşır” layihəsi daha bir beynəlxalq festivalın qalibi oldu

Elşad Əsgərov: Azərbaycanda bəbir populyasiyasının bərpası istiqamətində məqsədyönlü işlər görülür VİDEO

Arda Gülər Avropa çempionatlarının tarixinə düşüb

8 Noyabr prospektində istismar müddətini başa vurmuş içməli su və kanalizasiya xətləri yenilənir

Astanada Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Müdafiə naziri Belarusda keçirilən tədbirlərdə iştirak edib

Paytaxta külli miqdarda narkotik gətirmək istəyən şəxs saxlanılıb

“Philips” şirkətinin istehsal etdiyi texnoloji avadanlıqların Azərbaycan səhiyyəsində tətbiqi müzakirə olunub

Ermənistan hərbçisi naməlum səbəbdən aldığı güllə yarasından ölüb

Külli miqdarda narkotik vasitənin tranzit yolla ölkə ərazisindən keçirilməsinin qarşısı alınıb

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının Kollegiyasının 2013-cü il 27 fevral tarixli Q/01 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gəminin səfərə çıxa bilməsi üçün heyətin minimal tərkibi haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında 
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Sumqayıtın Dənizkənarı bulvarında “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək

Hava nəqliyyatı ilə ölkədaxili yük və sərnişindaşıma xidmətlərinin tariflərinin tənzimlənməsi barədə 
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Nazir Məcnun Məmmədov Şabranda təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb

Ölkədaxili müntəzəm şəhərlərarası (rayonlararası), şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında sərnişindaşıma və şəhərlərarası (rayonlararası) müntəzəm avtobus marşrutlarında baqajdaşıma xidmətlərinin tariflərinin təsdiq edilməsi haqqında 
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin təsdiq edilməsi haqqında 
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Üçüncü İpək Yolu Beynəlxalq Gənclər Fotoqrafiya və Qısa Video Müsabiqəsi müraciətlər üçün artıq açıqdır

Metro nəqliyyatında sərnişindaşıma xidməti üzrə tarifin tənzimlənməsi barədə
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının QƏRARI

ADPU-da “SABAH” qruplarında tədrisin təkmilləşdirilməsi ilə bağlı təlimlər keçirilir

Azərbaycanın mötəbər tədbirlərdə iştirakı prioritetlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət edir ŞƏRH

A.Mirzoyan: Ermənistan Azərbaycan ilə nəqliyyat kommunikasiyalarının tam açılmasında maraqlıdır

“Pensiya kalkulyatoru” e-xidmətinə 3,3 milyondan çox müraciət olub

İlya Darçiaşvili: Gürcüstan Cənubi Qafqazda sülh şəraitində birgəyaşayışı qətiyyətlə dəstəkləyir