Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ulu öndər Heydər Əliyevin ideyalarına sədaqət Naxçıvanı yeni inkişaf mərhələsinə yüksəldib

Ulu öndər Heydər Əliyevin ideyalarına sədaqət Naxçıvanı yeni inkişaf mərhələsinə yüksəldib

Naxçıvan, 10 iyun, AZƏRTAC

Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilən müstəqil Azərbaycan Respublikasının, sosial-iqtisadi inkişafı ilə diqqətləri cəlb edən, yüksək potensiala malik Naxçıvan Muxtar Respublikasının bugünkü inkişafı görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə sıx bağlıdır. Milli dövlətçiliyimizin formalaşmasında, xalqımızın Qurtuluşuna gedən yolda Onun fəaliyyətinin Naxçıvan dövrü isə xüsusi əhəmiyyətə malikdir. Belə ki, dahi şəxsiyyət Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olarkən müstəqil dövlət quruculuğu prosesini məhz Naxçıvandan başlayıb, 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə gəldikdən sonra respublikamızı yaradılmasının 100-cü ildönümünü qeyd etdiyimiz Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisi elan etməklə dövlətçilik irsimizə, milli prinsiplərimizə, tariximizə sahib çıxdı. Ulu Öndər güclü dövlət konseptini yaratdı, qüdrətli dövlətin iqtisadi yüksəlişlə birlikdə milli özünüdərki, milli mənlik şüurunun inkişafını təmin etdi. Məhz buna görə də Heydər Əliyev epoxası iqtisadiyyatdan tutmuş mədəniyyətədək müxtəlif sahələrdə milli yüksəliş epoxası kimi tarixə düşdü.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 16 aprel tarixli Sərəncamına əsasən, bu il görkəmli dövlət xadiminin anadan olmasının 95-ci ildönümü muxtar respublikamızda geniş qeyd olunub, silsilə tədbirlər, idman yarışları və konsert proqramları keçirilib.

Tədbirlər Planına uyğun olaraq, mayın 3-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Türkiyə Respublikasının Bursa Dövlət Simfonik Orkestri Ulu Öndərin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş konsert proqramı ilə çıxış edib.

Konsert proqramı başa çatdıqdan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov səhnə arxasına keçərək Bursa Dövlət Simfonik Orkestrinin üzvləri ilə görüşüb, onları uğurlu konsert proqramına görə təbrik edib, konsertin təşkilatçılarına təşəkkürünü bildirib, Bursa Dövlət Simfonik Orkestrini yenidən Naxçıvana konsertə dəvət edib. Ali Məclisin Sədri deyib: “Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan sizin ikinci vətəninizdir. Böyük Atatürk deyirdi ki, “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”. Ümummilli liderimiz Heydər Əliyev isə deyirdi ki, “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”. Bugünkü konsert dahi rəhbərlərimizin fikirlərinin nümayişinə çevrildi. Sevincli gündə bir yerdə olduq, bir millətin, iki dövlətin orkestri gözəl konsert proqramı ilə çıxış etdi”.

Hər il muxtar respublikada 1941-1945-ci illər müharibəsində alman faşizmi üzərində qazanılan tarixi Qələbənin ildönümü müxtəlif tədbirlərlə qeyd olunur. Çünki həmin dövrdə müttəfiq respublikalar içərisində ən çox insan itkisinə məruz qalan, Qələbəyə misilsiz töhfə verən ölkə məhz Azərbaycan olub. 402-ci diviziya Naxçıvanda formalaşdırılaraq cəbhəyə yola salınıb. Göstərdikləri igidliklərə görə 3 həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, bir nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi, müharibə iştirakçılarından 600-ə yaxını isə orden və medallarla təltif olunub.

Mayın 9-da Ali Məclisin Sədri Naxçıvan şəhərindəki Xatirə kompleksinə gələrək müharibə veteranları ilə görüşüb, onları İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 73-cü ildönümü münasibətilə təbrik edib.

Ali Məclisin Sədri kompleksdəki abidənin önünə gül dəstəsi qoyub, müharibədə həlak olmuş azərbaycanlıların xatirəsinə dərin ehtiramını bildirib.

Mayın 10-da Ali Məclisin Sədri müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoyub, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad edib.

Həmin gün Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş rəsm sərgisinə baxıb.

Muxtar respublikada iqtisadiyyatın şaxələndirilməsi bu gün diqqət mərkəzində saxlanılır, sahibkarlığın inkişafına hərtərəfli qayğı göstərilir. Müasir istehsal sahələri fəaliyyətə başlayır, yeni iş yerləri açılır, tələbat, əsasən, daxili imkanlar hesabına ödənilir. Mayın 14-də “Cahan Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yaradılmış tam avtomatlaşdırılmış plastik boru, profil və aksesuarların istehsalı müəssisəsinin fəaliyyətə başlaması da muxtar respublikamızda sahibkarlığın inkişafına göstərilən qayğının növbəti təzahürüdür.

Müəssisənin açılışında iştirak edən Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə etdiyinə və yeni sənaye müəssisəsinin fəaliyyətə başlamasına görə sahibkara və kollektivə təşəkkür edərək deyib: “Sahibkarlıq sinfi o yerdə formalaşır ki, orada sahibkarlığın inkişafına dövlət qayğısı göstərilir, bu sahə ilə bağlı müvafiq qanunlar qəbul və icra olunur, eyni zamanda istehsal olunan məhsulların bazarı vardır. Yeni müəssisə də ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında sahibkarlıq fəaliyyəti üçün yaradılan şəraitdən bəhrələnilərək qurulmuşdur. Müəssisənin istehsal etdiyi məhsulların daxili bazarda satışı üçün hərtərəfli şərait var... Dövlət sahibkara qayğı göstərirsə, sahibkar da bundan istifadə edərək səmərəli fəaliyyət göstərməli, öz işçilərinin qayğısına qalmalı, onların sosial problemləri ilə məşğul olmalıdır. İşin bu cür qurulması son nəticədə keyfiyyətli məhsul istehsalına imkan verir. Muxtar respublikanın aid təşkilatları bundan sonra da sahibkarlıq müəssisələrinin fəaliyyəti üçün lazımi şərait yaratmalı, daxili bazar qorunmalı, keyfiyyətli məhsul istehsalı diqqətdə saxlanmalıdır”.

Ali Məclisin Sədri müəssisədə keyfiyyətli məhsul istehsal olunacağına əminliyini bildirib, kollektivə işlərində uğurlar arzulayıb və istehsal prosesi ilə tanış olub.

Muxtar respublikamızda özəl sektorun inkişafı üçün yaradılan şərait “Cahan Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətini daha da genişləndirməyə imkan verir. Müəssisənin yaradılmasına 27 milyon manat vəsait sərf olunub ki, onun 5 milyon manatı muxtar respublikanın Sahibkarlığa Kömək Fondunun, 22 milyon manatı isə müəssisənin daxili imkanları hesabına ödənilib. Müəssisənin istehsal gücü ayda 1500 tondur. İstehsal olunan məhsullara olan daxili tələbat isə ayda 250 tondur. Tələbatdan artıq istehsal olunan məhsullar xarici ölkələrə ixrac ediləcək və ölkəmizin digər bölgələrində satışı həyata keçiriləcək. Bu da muxtar respublikamızın ixrac potensialının daha da artmasına və idxaldan asılılığın azalmasına imkan verəcək. Eyni zamanda, müəssisədə ilkin mərhələdə 300-ə yaxın yeni iş yerinin açılması və gələcəkdə işçi sayının artması ailələrə dəstəkdir. Yəni dövlətimizin özəl sektorun inkişafına verdiyi dəstək həm də əhalinin rifahının yüksəlməsinə, bir sıra sosial məsələlərin həllinə şərait yaradır.

Azərbaycan dövləti 28 ildir ki, blokada vəziyyətində olan Naxçıvanın inkişafına, onun müxtəlif istiqamətlər üzrə təhlükəsizliyinin təminatına xüsusi diqqət yetirir. Çünki qədim diyar ölkəmiz üçün strateji əhəmiyyətə malikdir. Bu, həmçinin milli maraqlarımızın tələbidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən 15 ildə muxtar respublikaya 14 dəfə səfər etməsi və 135-dən çox müxtəlif təyinatlı mühüm əhəmiyyətə malik obyektin açılışında iştirakı da Naxçıvana göstərilən diqqətin növbəti nümunəsi, onun sürətli sosial-iqtisadi tərəqqisinin bariz nümunəsidir. Bu mənada, mayın 16-da dövlətimizin başçısının Naxçıvan Muxtar Respublikasına növbəti səfəri də əlamətdar hadisələrlə yadda qalıb. Həmin gün dövlətimizin başçısı “Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin birinci mərhələsinin, Naxçıvan Müəllimlər İnstitutunun yeni binasının, Naxçıvan Şəhər Təmizləyici Qurğular Kompleksinin, Naxçıvan şəhər Qaraxanbəyli inzibati ərazi dairəsində 480 şagird yerlik 6 nömrəli tam orta məktəbin, Ümumqoşun Ordunun “N” hərbi hissəsinin yeni hərbi xəstəxanasının açılışında iştirak edib. Ölkə rəhbəri Naxçıvan şəhər Qaraçuq ərazi dairəsində Əmiraslan Əliyev adına Sərhəd Dəstəsində yaradılan şəraitlə, eyni zamanda, Əlahiddə Ümumqoşun Ordunun “N” hərbi hissəsində silahlanmaya yeni qəbul edilən hərbi texnikalarla, Təlim-Tədris Mərkəzi ilə də tanış olub.

Prezident İlham Əliyev muxtar respublikamızda görülən işləri yüksək qiymətləndirərək deyib: “Son illər ərzində muxtar respublikada böyük abadlıq-quruculuq işləri görülmüşdür. Naxçıvan Muxtar Respublikası bütün iqtisadi göstəricilərinə görə çox sürətlə inkişaf edən respublikadır. Son 15 il ərzində respublikanın ümumi daxili məhsulu on dəfəyə yaxın artıbdır. Bu, məncə, dünya miqyasında rekord göstəricidir. Bütün uğurlar münasibətilə Naxçıvan Muxtar Respublikasının rəhbərliyini, bütün sakinlərini ürəkdən təbrik etmək istəyirəm”.

Muxtar respublikamızın bütün sahələr üzrə yüksək nailiyyətlər əldə etməsi, onun dünyanın müxtəlif inkişaf etmiş ölkələri ilə iqtisadi-mədəni əlaqələrini genişləndirməsinə şərait yaradır. Xarici ölkələrin diplomatik korpusunun nümayəndələrinin muxtar respublikaya səfərləri zamanı bu məsələlər həmişə diqqət mərkəzində olur.

Mayın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İsveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım İnqrid Tersman ilə görüşüb. Səfiri Naxçıvanda görməyindən məmnunluğunu bildirən Ali Məclisin Sədri deyib ki, Naxçıvan Muxtar Respublikası Azərbaycan-İsveç əlaqələrində iştirak edir, Naxçıvan Dövlət Universiteti isə TEMPUS və ERASMUS proqramları çərçivəsində İsveç universitetləri ilə əməkdaşlığa malikdir. Azərbaycanın Naxçıvan Muxtar Respublikasının xarici ölkələrlə əlaqələrindən və mövcud əməkdaşlıq imkanlarından bəhs edən Ali Məclisin Sədri yeni texnologiyaların tətbiqi, turizm və digər sahələrdə əməkdaşlıq üçün potensialın olduğunu bildirib.

Qürurla deyə bilərik ki, ötən illər ərzində böyük zəhmətlə, vətənpərvərliklə görülən genişmiqyaslı işlər, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində muxtar respublikamız bu gün mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkan kimi şöhrət qazanıb. Bu sırada beynəlxalq rəsm festivalları özünəməxsus yerə malikdir. Çünki bir diyarın tanıdılmasında sənət və rəsm əsərləri xüsusi rol oynayır. Bu mənada, 21-24 may tarixlərində Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Naxçıvan - bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalının keçirilməsi böyük əhəmiyyət kəsb edir. Festivalın yüksək səviyyədə keçirilməsi və yaradılan şərait bütün sənətsevərlər tərəfindən sənətə və sənət adamlarına göstərilən qayğı kimi dəyərləndirilir.

Mayın 24-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda festivalda çəkilmiş əsərlərdən ibarət sərgi açılıb.

Ali Məclisin Sədri sərginin açılışında iştirak edib, festivalda iştiraklarına görə rəssamlara təşəkkürünü bildirib. Ali Məclisin Sədri deyib: Ali Məclisin Sədri sərginin açılışında iştirak edib, festivalda iştirak etdiklərinə görə rəssamlara təşəkkürünü bildirib. Ali Məclisin Sədri deyib: “Naxçıvan-bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalının keçirilməsi əlamətdar hadisədir. Ona görə ki, festival Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 95 illiyinə həsr olunub. Elə insanlar var ki, onların həyatları bir xalqın taleyinə və bir ölkənin tarixinə çevrilir. Ulu öndər Heydər Əliyevin həyatı da Azərbaycan xalqının taleyi və Azərbaycan dövlətinin tarixidir. Bu tarixi yaşatmaq, onu gələcək nəsillərə çatdırmaq üçün hər il müxtəlif tədbirlər keçirilir. Heydər Əliyev yolu, Heydər Əliyev şəxsiyyəti gənc nəslə öyrədilir, muxtar respublikamızda keçirilən tədbirlərdə iştirak edən insanlara, rəssamlara və digər sahələrin əməkdaşlarına çatdırılır. Müxtəlif ölkələrin rəssamlarının Azərbaycanın tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında Ümummilli Liderimizin 95 illiyinə həsr olunmuş beynəlxalq rəsm festivalında birləşərək bir məram və məqsəd naminə əsərlər yaratması festivalın əhəmiyyətini daha da artırdı. Festivalda iştirak edən rəssamlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illik tədbirlərinə öz töhfələrini verdilər”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il mayın 16-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunması haqqında imzaladığı Sərəncama uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 25 yanvar tarixli Sərəncamına əsasən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı” təsdiq olunub.

Mayın 28-də Naxçıvan şəhərinin baş meydanında - Heydər Əliyev Muzeyinin qarşısında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib.

Yubiley tədbirində iştirak edən Ali Məclisin Sədri milli dövlətçilik tariximizdə mühüm mərhələ təşkil edən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə tədbir iştirakçılarını, muxtar respublika əhalisini, müstəqilliyimizin təminatçısı olan Azərbaycan Silahlı Qüvvələrinin muxtar respublika ərazisindəki ordu və birləşmələrinin şəxsi heyətini təbrik edib.

Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın istiqlal tarixinin şanlı səhifəsi olduğunu, milli hökumətimizin keçdiyi şərəfli yolun gələcək müstəqil dövlətçilik üçün mühüm siyasi və tarixi əsas yaratdığını vurğulayan Ali Məclisin Sədri deyib: “Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki yeri və rolundan bəhs edərkən onun Naxçıvanla əlaqələrinə xüsusi nəzər yetirmək lazımdır. Çünki o dövrdə Naxçıvan həm daxildə, həm də beynəlxalq aləmdə müxtəlif maraqların toqquşduğu ərazilərdən birinə çevrilmişdi. Ermənilərin Naxçıvana hücumları isə vəziyyəti daha da mürəkkəbləşdirmişdi. Ona görə də Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti və parlamenti Naxçıvanla bağlı bir sıra məsələləri diqqətdə saxlayır, hökumətin İrəvan və Tiflisdəki diplomatik nümayəndələri bununla bağlı səmərəli və işgüzar fəaliyyət göstərirdilər. Lakin reallıq bundan ibarət idi ki, mövcud siyasi və beynəlxalq vəziyyət Naxçıvan əhalisinin Azərbaycanla bir olmaq arzusunu həyata keçirməyə imkan vermirdi. Böyük dövlətlərin təsiri ilə qədim Azərbaycan torpaqları olan Zəngəzurun və İrəvanın Ermənistana verilməsindən sonra Naxçıvan Muxtar Respublikasının indiki ərazisi təcrid olunmuş vəziyyətə düşmüş, Azərbaycanın əsas ərazisi ilə əlaqə kəsilmişdi. Belə bir vəziyyətdə - 1918-ci ilin noyabrında Naxçıvanda yaradılmış Araz Türk Cümhuriyyəti Naxçıvanın Ermənistan daşnak hökuməti tərəfindən ilhaq edilməsinin qarşısını aldı və tarixi Azərbaycan torpaqlarını qoruyub saxladı. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Naxçıvan məsələsində tutduğu mövqe və ərazinin qorunması ilə bağlı Naxçıvan sakinlərinin mütəşəkkil siyasi iradəsi sonrakı dövrdə Naxçıvanın Azərbaycanın tərkibində muxtariyyət statusu qazanmasında mühüm əhəmiyyət kəsb etmişdir”.

Sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə yürüş keçirilib. Azərbaycan Respublikasının Dövlət Bayrağını daşıyan “Bayraq” qrupunun nizami addımları ilə yürüşə start verilib.

Ulu öndərimiz Heydər Əliyev ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsində, milli və dini dəyərlərin qorunmasında misilsiz xidmətlər göstərib. Dahi şəxsiyyət İslam dininin mahiyyəti, onun mütərəqqi, qüdrətli bir din olduğu və Azərbaycan xalqının həyatında mühüm rol oynadığını həmişə xüsusi vurğulayıb. Görkəmli dövlət xadiminin milli və dini-mənəvi dəyərlərimizin qorunması və onların təbliği istiqamətində həyata keçirdiyi məqsədyönlü dövlət siyasəti bu gün muxtar respublikamızda uğurla davam etdirilir.

Mayın 29-da Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə iftar süfrəsi açılıb.

İftar mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov milli-mənəvi dəyərlərimizə, tarixi ənənələrimizə və dini mərasimlərimizə xüsusi ehtiramla yanaşan ümummilli liderimiz Heydər Əliyevin “Xalqımızın dini-mənəvi dəyərləri, dinimizin adət-ənənələri bizim milli sərvətimizdir” fikrini xatırladaraq deyib: “Ən ali dini dəyərlərimizdən biri də mübarək Ramazan ayıdır. İlahi hikmətlər xəzinəsi olan “Qurani-Kərim”in nazil olduğu bu müqəddəs ay insanları əmin-amanlığa, bərabərliyə və savab işlərə dəvət edir. Dini dəyərlərə göstərilən ehtiramın nəticəsidir ki, muxtar respublikamızın paytaxtı Naxçıvan şəhəri 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilmişdir”.

May ayının ümumi mənzərəsinə nəzər yetirdikdə bir daha görürük ki, Naxçıvan Muxtar Respublikasında Ulu Öndərin təməlini qoyduğu inkişaf strategiyasının uğurla davam etdirilməsi, bütün dövlət proqramlarının, infrastruktur layihələrinin reallaşdırılması, lazımi islahatların vaxtında aparılması, irimiqyaslı quruculuq, abadlıq işlərinin gerçəkləşdirilməsi sənaye, kənd təsərrüfatı, mədəniyyət sahələri də daxil olmaqla bütün istiqamətlərdə yeni-yeni uğurların qazanılmasına rəvac verib. Naxçıvanda qazanılan uğurlar qədim diyarımızda çoxşaxəli, səmərəli və innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılmasını, əhalinin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılmasını, elmin, mədəniyyətin dinamik inkişafını təmin edib.

Rauf Əliyev

AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Maliyyə savadlılığının artırılması istiqamətində sistemli maarifləndirmə proqramlarına ehtiyac var - AÇIQLAMA

Türkan Hüseyn: Beynəlxalq platformalar müəllif baxışının inkişafına yeni imkanlar yaradır

Bu ilin I yarısında dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edilib

Qazaxıstanda Xəzəryanı ölkələrin elmi potensialının birləşdirilməsi müzakirə olunub

“Vətən” jurnalı: Özbəkistan və Azərbaycan: Müttəfiqlik münasibətlərindən inteqrasiyaya

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri Qax və Balakən rayonlarından olan vətəndaşlarla görüşüb

Hansı nəsil həyəcanlı vəziyyətlərə daha həssasdır? – Psixoloq rəyi

Aİ Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən daha beş şəxsə qarşı sanksiya tətbiq edib

Azərbaycanın bank sektoru “Moody’s”dən müsbət qiymət alıb

Dövlət orqanlarında 9 vakant inzibati vəzifə üzrə daxili müsahibə elan olunub