Ulu öndər Heydər Əliyevin xatirəsi Təbrizdə anılacaq
Tehran, 7 dekabr, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Təbrizdəki baş konsulluğu tərəfindən anım mərasimi təşkil ediləcək.
Mərasimdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat veriləcək, onun xilaskarlıq missiyasını, dövlətimiz və xalqımız qarşısındakı xidmətlərini əks etdirən film göstəriləcək.
Anım mərasimində İranın dövlət rəsmiləri, diplomatik korpusun təmsilçiləri, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları, kütləvi informasiya vasitələrinin və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edəcəklər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]