Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ulu Öndərin gələcəyə hesablanmış strateji inkişaf konsepsiyasının sədaqətlə həyata keçirilməsi Naxçıvanı tərəqqiyə qovuşdurub

Ulu Öndərin gələcəyə hesablanmış strateji inkişaf konsepsiyasının sədaqətlə həyata keçirilməsi Naxçıvanı tərəqqiyə qovuşdurub

Naxçıvan, 12 may, AZƏRTAC

Müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xilaskarı və əbədiyaşar lideri, milli ideyanı milli gerçəkliyə və tarixi taleyə çevirən görkəmli dövlət xadimi Heydər Əliyevin fəaliyyəti gələcək nəsillər üçün örnəkdir. 1990-1993-cü illərdə Naxçıvanda yaşayan, Ali Məclisin Sədri vəzifəsində çalışan dahi şəxsiyyət bu diyarı təkcə təhlükələrdən xilas etmədi, həm də siyasi məktəbinin layiqli məzunlarını yetişdirdi, onlara böyük əhəmiyyətə malik gələcəyə hesablanmış strateji inkişaf konsepsiyasını ərməğan etdi. Məhz bunun nəticəsində hazırda Naxçıvan Muxtar Respublikası tərəqqi dövrünü yaşayır.

Muxtar respublikada vaxtilə böyük problemlərin mövcud olduğu sahə hesab edilən dəmir yolu infrastrukturu blokada şəraitində olmasına baxmayaraq, Ümummilli Liderin yolunun uğurla davam etdirilməsi nəticəsində özünün inkişaf dövrünü yaşayır. Ölkələr və bölgələrarası yük dövriyyəsinin həcminin artdığı bir dövrdə dəmir yolu nəqliyyatı hər bir məkanın inkişafının təkanverici elementlərindən birinə çevrilir. Bu mənada, istənilən diyarın geosiyasi və geoiqtisadi mövqelərinin gücü, sosial-iqtisadi inkişafı həm də onun nəqliyyat sisteminin, həmçinin dəmir yolu nəqliyyatının inkişafından asılıdır. Məhz elə buna görə də Naxçıvanda dəmir yolu sisteminin inkişafının daim diqqət mərkəzində saxlanılması prioritet məsələlərdən biridir. Bu gün muxtar respublikada aparılan quruculuq işləri dəmir yolu sistemini də əhatə edib, sərnişin vağzalı binaları, inzibati və texniki binalar yenidən qurulub, müasir dəmir yolu infrastrukturu, hərtərəfli iş və xidmət şəraiti yaradılıb. İnfrastrukturun daim yenilənməsi, xidmətin səviyyəsinin yüksəldilməsi bu nəqliyyat növündən istifadə edənlərin sayını artırıb.

Dəmir yolu təsərrüfatında aparılan quruculuq işlərinin davamı olaraq Ordubad sərnişin vağzalı və yol sahəsi üçün yeni inzibati, eləcə də yol fəhlələri üçün yeni binalar tikilib, stansiyanın İdarəetmə Mərkəzi, yük anbarı və yarımstansiya binası əsaslı şəkildə yenidən qurulub. Aprelin 2-də “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Ordubad dəmir yol stansiyası kompleks quruculuq işlərindən sonra istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov açılış tədbirində iştirak ediblər.

Ali Məclisin Sədri Ordubad dəmir yolu stansiyasının və yeni sərnişin vaqonlarının istifadəyə verilməsini əlamətdar hadisə kimi dəyərləndirib, bu münasibətlə dəmiryolçuları və istifadəçiləri təbrik edib. Ali Məclisin Sədri deyib: “Bu gün Ulu Öndərin yolunun ölkə Prezidenti tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycanda bütün sahələr inkişaf etdirilir. Bu inkişaf dəmir yolu nəqliyyatını da əhatə etmişdir... Blokada şəraitində olmasına baxmayaraq muxtar respublikada da dəmir yolu təsərrüfatı qorunub saxlanılmaqla yanaşı, həm də inkişaf etdirilir. “Naxçıvan Muxtar Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2011-2015-ci illər üzrə inkişaf Proqramı” muxtar respublikada dəmir yolu nəqliyyatının inkişafına təkan vermişdir. Hazırda muxtar respublikada daxili yük və sərnişin daşınmalarının həyata keçirilməsində dəmir yolunun imkanlarından geniş istifadə olunur. Bu da sakinlər və iş adamları tərəfindən məmnunluqla qarşılanır. Bütün bunlar isə həm proqramın uğurlu icrasının, həm də Naxçıvan dəmiryolçularının fədakar əməyinin nəticəsidir”.

Ali Məclisin Sədri Naxçıvanda dəmir yolunun inkişafına göstərdiyi köməyə görə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyinə təşəkkürünü bildirib, yeni vaqonlardan səmərəli istifadə olunacağına və sərnişinlərə nümunəvi xidmət göstəriləcəyinə əminliyini ifadə edib.

Həmin gün muxtar respublikanın dəmir yolu təsərrüfatına daha bir qayğının ifadəsi kimi 8 yeni sərnişin vaqonu təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov yeni sərnişin vaqonlarına baxıblar.

Bu gün Azərbaycan Respublikası ilə İran İslam Respublikası qarşılıqlı faydalı əlaqələrin inkişafına xüsusi əhəmiyyət verirlər. Hazırda ölkələrimiz arasındakı münasibətlər ən yüksək səviyyədədir. Qısa müddət ərzində dövlət başçıları arasında 11 görüşün keçirilməsi də bunu bir daha təsdiq edir. İran İslam Respublikasının Şərqi və Qərbi Azərbaycan vilayətləri ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında mövcud əlaqələr də gündən-günə genişlənir. Hazırda nəqliyyat, təhsil, iqtisadi-ticarət, energetika, gömrük, dəmir yolu və digər sahələrdə uğurlu əməkdaşlıq var. Naxçıvan-Təbriz-Məşhəd-Naxçıvan beynəlxalq sərnişin qatarının və avtobus marşrutlarının fəaliyyət göstərməsi, İrandan olan tələbələrin Naxçıvanda təhsil alması, qarşılıqlı gediş-gəlişin artması əməkdaşlığın genişlənməsindən xəbər verir. Elm və informasiya mərkəzi olan Naxçıvan şəhərinin bu il İslam Mədəniyyətinin Paytaxtı, Təbriz şəhərinin isə İslam Dünyasının Turizm Paytaxtı olması mədəniyyət və turizm sahələrində münasibətlərin daha da inkişaf etdirilməsinə şərait yaradır. Yüksək səviyyəli qarşılıqlı səfərlər zamanı əlaqələrin inkişaf perspektivlərinin diqqət mərkəzində saxlanılması isə bir sıra sahələrdə münasibətlərin yüksələn xətt üzrə inkişaf edəcəyinə zəmanət verir. Aprelin 6-da İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin Naxçıvan Muxtar Respublikasına səfəri bu baxımdan əhəmiyyətlidir.

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşüb.

Ali Məclisin Sədri xalqlarımız arasında mehriban münasibətlərin olduğunu diqqətə çatdırıb, bunu qarşılıqlı əlaqələrin göstəricisi kimi dəyərləndirib, münasibətlərin bundan sonra daha da genişlənəcəyinə əminliyini bildirib. Söhbət zamanı qarşılıqlı maraqdoğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Aprelin 6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Naxçıvan Dövlət Universitetində olublar.

Muxtar respublikada həyata keçirilən dövlət gənclər siyasətinin mühüm istiqamətlərindən biri də gənclərin sosial problemlərinin həlli və onların mənzil şəraitinin yaxşılaşdırılmasıdır. Bu sahədə reallaşdırılan tədbirlərin davamı kimi, bu il ölkəmizin Gənclər Paytaxtı olan Naxçıvan şəhərində yeni yaşayış kompleksi - “Gənclər şəhərciyi” inşa edilib. Aprelin 7-də həmin yaşayış kompleksi istifadəyə verilib.

Ali Məclisin Sədri açılış tədbirində iştirak edib, 2014-cü ildə təməli qoyulan “Gənclər şəhərciyi” yaşayış kompleksinin istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edib, bu işdə əməyi olanlara və təşkilatçılara təşəkkürünü bildirib. Ali Məclisin Sədri deyib: “O ölkə inkişaf edir ki, orada dövlət-xalq birliyi vardır. Bu gün Naxçıvan şəhərində “Gənclər şəhərciyi” yaşayış kompleksinin istifadəyə verilməsi də dövlət-xalq-sahibkar birliyinin nəticəsidir. Eyni zamanda, yeni yaşayış kompleksi ölkəmizdə həyata keçirilən dövlət-gənclər siyasətinin bəhrəsidir. İnsan həyatında ən vacib məsələlərdən biri onun mənzil sahibi olmasıdır. Yaşayış kompleksində gələcəyimiz olan gənclərin mənzillə təmin olunması onların rahat yaşayışını təmin edəcəkdir. Çünki rahat yaşayış şəraiti rahat həyat deməkdir. Dövlətimiz tərəfindən gənclərin mənzil şəraitinin yaxşılaşdırılması və işlə təmin olunması, onlara güzəştli ipoteka kreditlərinin verilməsi sahəsində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcəkdir”.

Qeyd edək ki, çox sayda gənc ailə artıq bu yaşayış kompleksində mənzil sahibi olub. Naxçıvan şəhərinin Əziz Əliyev prospektində yerləşən həmin kompleksdə mənzillər gənc ailələrə güzəştli ipoteka yolu ilə verilir. Bu, muxtar respublikada insan amilinə, həmçinin gələcəyimiz olan gənclərə verilən yüksək qiymətin daha bir ifadəsidir.

Açılış tədbirində Ali Məclisin Sədri “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin kreditləri hesabına mənzil alan sakinlərə açarları təqdim edib, onlara rahat və firavan həyat arzulayıb.

Muxtar respublikada sahibkarlıq fəaliyyətinin inkişafına göstərilən diqqət və qayğı müasir texnologiyalara əsaslanan yeni istehsal sahələrinin yaranmasına səbəb olub. Bu çərçivədə aprelin 9-da Naxçıvan şəhərində “Miraj Gold” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yaradılan qızıl və gümüş zinət əşyaları hazırlayan fabrik istifadəyə verilib. Zinət əşyaları müəssisəsinin istifadəyə verilməsi istеhsаlçılаrın fəаliyyətinin stimullаşdırılmаsı, yеni iş yеrlərinin аçılmаsı istiqаmətində həyata keçirilən tədbirlərin davamıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında investisiyaların təşviqi ilə bağlı tədbirlər haqqında” Fərmanına uyğun olaraq istehsal sahəsinin fəaliyyətinin stimullaşdırılması məqsədilə İtaliya və Almaniyadan idxal edilən avadanlıqlara investisiya təşviqi sənədi verilib, müəssisənin fəaliyyəti üçün lazımi şərait yaradılıb. Bu müəssisə muxtar respublikada zinət əşyalarına olan tələbatı daxili imkanlar hesabına ödəməyə imkan verir. Burada zinət əşyalarından başqa, dövlət sifarişləri də yerinə yetirilir, muxtar respublikanın fəxri adlarının döş nişanları burada hazırlanır. Zinət əşyaları istehsalı müəssisəsinin yaradılması muxtar respublikada iqtisadiyyatın şaxələndirilməsinin göstəricisidir. Onun fəaliyyətə başlamasının digər bir əhəmiyyəti isə budur ki, muxtar respublikada vaxtilə zinət əşyaları hazırlayan ustalar olsa da, hazırda onların sayı çox azdır. Yəni, varisliyin təmin olunmaması zamanla bu sənətin unudulmasına gətirib çıxarıb. 35 nəfərin işlə təmin olunduğu müəssisənin yaradılması və buraya mütəxəssislərin cəlb edilməsi həm zinət əşyalarının hazırlanması üzrə varisliyi təmin edəcək, həm də bu sənət muxtar respublikada yeni inkişaf dövrünə qədəm qoyacaq. Onu da qeyd etmək lazımdır ki, bu, yalnız inkişaf etmiş diyarlara xas olan bir sahədir. Çünki insanların gəlirlərinin az olduğu heç bir yerdə zinət əşyalarına tələbat olmur. Ali Məclis Sədrinin dediyi kimi: “Bu müəssisələr o yerdə yaradılır ki, orada sabitlik, inkişaf, dövlət qayğısı və bazar olsun. Hazırda muxtar respublikada özəl bölmənin inkişaf etdirilməsi üçün həm sabitlik, həm də dövlət qayğısı və bazar mövcuddur”.

Müstəqil respublikamızda demokratik seçki sisteminin yaradılması seçkilərin ədalətli və şəffaf keçirilməsinə, mövcud sabitlik və inkişaf isə insanların seçkilərdə fəal iştirakına imkan verir. Bu baxımdan aprelin 11-də keçirilən prezident seçkiləri seçicilərin fəallığı ilə yadda qalıb. Muxtar respublikada 7 seçki dairəsi üzrə 316 seçki məntəqəsində keçirilən seçkilərdə həmin seçki dairələrində qeydə alınmış seçicilərdən 222 min 895 nəfəri, yəni seçicilərin 82,3 faizi seçkilərdə iştirak edib.

Aprelin 11-də Ali Məclisin Sədri ailə üzvləri ilə birlikdə 4 saylı Naxçıvan Şəhər Seçki Dairəsinin Heydər Əliyev adına tam orta məktəbdə yerləşən 4-15 saylı seçki məntəqəsində səs verib. Sonra Ali Məclisin Sədri seçki prosesinin gedişi ilə maraqlanıb.

Naxçıvanda tarixi-mədəni irsimizə, İslam mədəniyyətinin nümunələrinə daim hörmətlə yanaşılır, min illərin yadigarı olan həmin abidələr bərpa olunur, qorunub yaşadılır, gələcək nəsillərə çatdırılır. Nehrəm İmamzadəsində bərpa işlərinin aparılması da bu sahədə görülən işlərin davamıdır.

Aprelin 14-də Ali Məclisin Sədri Nehrəm kəndinə gəlib, İmamzadədə aparılan bərpa işləri ilə tanış olub. Ali Məclisin Sədri muxtar respublikada İslam tarixinin bir hissəsi olan imamzadələrin bərpa olunduğunu diqqətə çatdırıb, onların yaranma tarixlərinə nəzər salıb, imamzadələrin əsrlərdən bəri ziyarətgah və inanc yeri kimi fəaliyyət göstərdiyini bildirib. Həmçinin Nehrəm İmamzadəsinin tarixi abidə və ziyarətgah kimi qorunub saxlanması, İmamzadə haqqında bələdçi mətninin hazırlanması barədə tapşırıqlar verib.

Əvvəldə qeyd etdiyimiz kimi, muxtar respublikada yol infrastrukturu gücləndirilib, bu sahədə idarəçilik sistemi böyük inkişaf yolu keçib, yol təsərrüfatının yenidən qurulması istiqamətində kompleks tədbirlər görülüb. Müasir avadanlıqlarla təmin olunmuş yeni asfalt-beton zavodları, qum-çınqıl karxanaları və bitum anbarları istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyi və onun tabeliyində olan Yol İstismar idarələrinin maddi-texniki bazası möhkəmləndirilib, yol çəkilişində istifadə üçün müxtəlif təyinatlı 38 texnika alınıb. Həmçinin bu il yeni yol-tikinti texnikalarının alınıb gətirilməsi nəzərdə tutulur. Hazırda keyfiyyətli asfalt istehsalını həyata keçirmək üçün müasir asfalt zavodu qurulur. Yaxşı iş şəraiti, müasir texnika və keyfiyyətli asfalt təminatı avtomobil yollarının keyfiyyətlə çəkilməsinə və uzun müddət istismarına səbəb olacaq. Görülən bu tədbirlərin davamı olaraq aprelin 17-də Avtomobil Yolları Dövlət Agentliyinin yeni inzibati binası istifadəyə verilib.

Ali Məclisin Sədri bu münasibətlə Avtomobil Yolları Dövlət Agentliyinin kollektivini təbrik edib və deyib: “Ölkəmizdə avtomobil yollarının çəkilişinə xüsusi diqqət yetirilir. Naxçıvan Muxtar Respublikasında da hər il 100 kilometrə yaxın yeni avtomobil yolları çəkilərək və müasir standartlar səviyyəsində yenidən qurularaq əhalinin istifadəsinə verilir. Bu il də muxtar respublikada avtomobil yollarının tikintisi davam etdirilir. Muxtar respublikada həm birinci dərəcəli yollar, həm də kənd yolları üçün layihələr hazırlanaraq tikinti işlərinə başlanmışdır”.

Ali Məclisin Sədri Avtomobil Yolları Dövlət Agentliyinin yeni inzibati binasına və agentlik üçün alınan yeni texnikalara baxıb, onlardan səmərəli istifadə olunması barədə tapşırıqlar verib.

Aprelin 25-də “Duzdağ” otelində yaradılan Naxçıvan Duz Muzeyi istifadəyə verilib.

Ali Məclisin Sədri Naxçıvan Duz Muzeyinin istifadəyə verilməsini mühüm hadisə kimi dəyərləndirib, bu münasibətilə tədbir iştirakçılarını və gələcək ziyarətçiləri təbrik edərək deyib: “Naxçıvanın tarixi Naxçıvan duzunun çıxarılma tarixi ilə bağlıdır. Naxçıvan tarixini tədqiq etmək üçün, ilk növbədə, Naxçıvan duzunun tarixini öyrənmək lazımdır. Çünki Naxçıvanın şəhər kimi formalaşmasında Naxçıvan duzunun, Duzdağın böyük əhəmiyyəti olmuşdur. 5-7 min il bundan əvvəl tədavüldə qiymətli metallardan və puldan istifadə olunmurdu. Həmin dövrdə yeganə tədavül vasitəsi duz olduğunu nəzərə alaraq demək olar ki, Naxçıvan şəhəri məhz duzun çıxarıldığı bu ərazilərdə salınmışdır. Bu da o qənaətə gəlməyə imkan verir ki, Naxçıvan şəhərinin formalaşması 5-7 min il bundan əvvəl Naxçıvanda ilk dəfə duzun çıxarılması ilə başlanmışdır. Bu barədə müxtəlif ölkələrin tarixçiləri tərəfindən də məlumatlar verilmişdir. Belə ki, II əsrdə yunan alimi Klavdi Ptolomey, XVI əsrdə ərəb alimi Əl-Şərifi, XIX əsrdə rus alimi Konstantin Nikitin və bundan sonrakı dövrlərdə tədqiqat işləri aparan yerli tarixçilərimiz öz əsərlərində Naxçıvan şəhərinin formalaşmasının Nuh peyğəmbərlə və duzun çıxarılması ilə bağlı olduğunu qeyd etmişlər”.

Ali Məclisin Sədri Naxçıvan Duz Muzeyinin istifadəyə verilməsini mühüm hadisə kimi dəyərləndirib, bu münasibətlə tədbir iştirakçılarını və gələcək ziyarətçiləri təbrik edib.

Müasir dövrdə bir bölgənin tanıdılmasında muzeylər müstəsna rol oynayır. Çünki belə mədəniyyət müəssisələri insanlarda maraq yaradır, onlarda bölgənin tarixi keçmişi haqqında təsəvvür formalaşdırır, ən əsası isə ziyarətçilərə daha geniş araşdırma aparmaq, elmi ədəbiyyata yönəlmək, daha çox tarixi məkanlarla tanış olmaq hissləri aşılayır. Məhz buna görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 12 sentyabr tarixli Sərəncamına əsasən Naxçıvan Duz Muzeyinin yaradılması böyük əhəmiyyətə malikdir. Bu, həm Naxçıvanın təbliği baxımından önəmlidir, həm də xalqımızın tarixinə, mədəniyyətinə, milli-mədəni dəyərlərinə göstərilən diqqət və qayğının daha bir ifadəsidir. Belə bir muzeyin yaradılması Naxçıvanı nəinki Cənubi Qafqazda, ümumilikdə, postsovet məkanında nadir ünvanlardan birinə çevirəcək.

İnsan həyatı üçün vacib olan amillərdən biri və başlıcası sağlam ekoloji mühitin yaradılmasıdır. Muxtar respublikada keçirilən iməciliklər, təbiətin qorunması və yaşıllıqların genişləndirilməsi sahəsində görülən işlər də bu məqsədə xidmət edir. Bu ilin yaz əkini mövsümündə Naxçıvanda 170 hektardan artıq sahədə meyvə bağı və yaşıllıq zolaqları salınıb. Aprelin 28-də muxtar respublikada növbəti iməciliklər keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak edib, yeni tinglər əkib. Ali Məclisin Sədri muxtar respublikada bərpa əkinlərinin davam etdirilməsi, əkin üçün yararlı olmayan torpaq sahələrində meyvə və üzüm bağlarının salınması barədə tapşırıqlar verib.

Ötən ayın ümumi mənzərəsinə nəzər yetirdikdə bir daha ulu öndər Heydər Əliyev siyasi kursuna böyük sədaqətin, milli dövlətçiliyə, milli mənəvi dəyərlərə sıx bağlılığın, vətənpərvərliklə həyata keçirilən möhtəşəm işlərin, insan amilinə verilən yüksək qiymətin şahidi oluruq. Dahi şəxsiyyətin müəyyənləşdirdiyi inkişaf strategiyasına əsaslanan alternativsiz siyasi xətt bu gün də Naxçıvan Muxtar Respublikasının yüksəlişini təmin edir, bütün dövlət proqramlarının, infrastruktur layihələrinin reallaşdırılması ictimai-siyasi, sosial-iqtisadi sahələrdə mühüm nailiyyətlərin əldə edilməsinə rəvac verir.

Azərbaycanın tarixi dövlətçilik ənənələrinin qorunduğu qədim diyarımızda həyata keçirilən praqmatik siyasət yüksək meyarlara cavab verən gələcəyin qarantı rolunda çıxış edir, iqtisadi yüksəlişin davamlı xarakter almasına yol açır. Nəticədə, muxtar respublikamız ildən-ilə, aydan-aya deyil, gündən-günə inkişaf edir. Bu isə ulu öndər Heydər Əliyevin arzularındakı Naxçıvandır. Qurucu Rəhbərin abadlaşdırdığı, bütün sahələr üzrə təhlükəsizliyini tam təmin etdiyi sabitlik və inkişaf adası Naxçıvan.

Rauf Kəngərli

AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub