Ulu Öndərin xatirəsinə həsr olunmuş beynəlxalq turnirin iştirakçıları Fəxri xiyabanı ziyarət ediblər
Bakı, 28 avqust, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş həndbol üzrə beynəlxalq turnirə start verilib.
Azərbaycan Həndbol Federasiyasından (AHF) AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə AHF-nin kollektivi və yarış iştirakçıları Fəxri xiyabanı ziyarət edərək, müstəqil Azərbaycanın memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb.