Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ulu Öndərin zəngin və çoxşaxəli irsi xalqımızın milli sərvətidir

Ulu Öndərin zəngin və çoxşaxəli irsi xalqımızın milli sərvətidir

Bakı, 11 dekabr, AZƏRTAC

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, müstəqilliyimizin xilaskarı, Ulu Öndər Heydər Əliyevin anım günüdür. 2003-cü ilin 12 dekabr tarixindən bizləri ayıran 22 il Ümummilli Lider Heydər Əliyevin siyasətinin uğurla davam etdirilməsinə şahidlik edir. Vətənini, torpağını, xalqını canından artıq sevən, Azərbaycanı daim zirvələrdə görmək istəyən və buna nail olan Ulu Öndər elə möhkəm təməl yaratdı ki, onun üzərində Azərbaycan daha möhtəşəm uğurlara, zəfərlərə imza atır. Bu gün Ümummilli Liderin ruhu şaddır. Vaxtilə Onun ən böyük arzusu olan işğal altındakı torpaqlarımızın azad edilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı və bu ərazilərdə yeni həyatın başlanması artıq reallığa çevrilib. Şəhidlərimizin qanı, canı bahasına əldə olunan Zəfərimiz, suverenliyimizin tam bərpası Azərbaycanın müstəqillik tarixini daha da zənginləşdirərək, uğur səhifələrinin sayının artmasını şərtləndirir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.

“Ümummilli Liderin özünün də qeyd etdiyi kimi, “Nə qədər ki, Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!” Təbii ki, bu əbədiliyi şərtləndirən dahi şəxsiyyətin hakimiyyətinin hər iki dövründə Azərbaycanın bu günü, gələcəyi üçün gördüyü misilsiz işlər, eyni zamanda, bu siyasətin davamını təmin edən 2003-cü il oktyabrın 1-də xalqa müraciəti oldu. Ulu Öndər xilaskarlıq missiyasını 1993-cü ildə baş verən iyun hadisələri zamanı Azərbaycanı daxili və xarici düşmənlərdən qorumaqla da təsdiqlədi. Varlığı sual altında olan, AXC-Müsavat cütlüyünün xəyanətləri üzündən dağılmaq təhlükəsi ilə üz-üzə qalan respublikamızı parçalanmaqdan xilas edən, ölkədə yaranan qarşıdurmaları aradan qaldıran, separatizmin qarşısını alan, müstəqilliyimizi istəməyənlərin ölkəmizdə sabitliyin pozulması üçün etdikləri müdaxilələri aradan qaldıran Ulu Öndər Heydər Əliyev ondan nicat gözləyənlərin ümidi oldu. 1991-1993-cü illərdə Azərbaycanda yaşanan faciəli hadisələr ölkəmizin müstəqilliyini sual altına qoymuşdu. Xüsusilə 1992-ci ildə AXC-Müsavat cütlüyünün dövlət çevrilişindən, hakimiyyətin güc yolu ilə zəbt edilməsindən sonra vəziyyət daha da ağırlaşmışdı. Ölkəmizdə xaos, anarxiya, özbaşınalıq hökm sürürdü. Tariximizin bu səhifələrini vərəqlədikcə lider amilinin hər bir ölkənin inkişafında, gələcəyində əsas amil olduğunu daha aydın şəkildə görürük. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı Azərbaycan adlı dövlətdən danışmaq mümkün deyildi. Bu qayıdış Azərbaycanı böyük bəlalardan xilas etdi. Dahi şəxsiyyət Heydər Əliyevin cəsarəti, zəkası, təcrübəsi, xalqın öz dahi rəhbərinə inamı sayəsində Azərbaycan xaosdan, anarxiyadan, özbaşınalıqlardan, iqtisadi böhrandan xilas oldu, inkişaf, tərəqqi dövrünə qədəm qoydu, torpaqlarımızın işğalının qarşısı alındı. Ümummilli Lider öncə bu çağırışı etdi ki, müstəqilliyimizi və suverenliyimizi daimi etmək üçün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlıları bir amal - azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməlidir. Dünya azərbaycanlıları bu çağırışı böyük ruh yüksəkliyi ilə qarşıladı, müstəqil Azərbaycanın bu günü və gələcəyi üçün birlik, həmrəylik nümayiş etdirdi. Azərbaycan 50 milyonluq dünya azərbaycanlılarının Vətəni kimi diqqətdə oldu”, - deyə deputat xatırladıb.

O qeyd edib ki, ən ümdə vəzifə kimi torpaqlarımızın işğaldan azad edilməsini qarşıya qoyan Ulu Öndər Heydər Əliyev bu sahədə də böyük müdriklik göstərirdi, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün var gücü ilə çalışırdı. Ordu quruculuğu istiqamətində apardığı islahatları ilə müdafiə qüdrətimizin möhkəm, etibarlı təməlini qoyan dahi şəxsiyyət böyük fəlakətlər qarşısında olan Azərbaycan naminə hamını birliyə səslədi.

“Prezident İlham Əliyev ötən ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində qeyd etmişdir ki, son 20 ilin tarixi göz qabağındadır və əsas məsələ 2003-cü ildə Azərbaycan xalqının düzgün seçim etməsindədir. Müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni, Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi. Hər halda, müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər. 2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi. Bugünkü reallıqları biz 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik, çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu, sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu və ölkəmiz beynəlxalq təcriddən çıxdı. 1993-2003-cü illərin hadisələrinə nəzər salsaq görərik ki, məhz bu illər ərzində bugünkü dövlətçilik prinsipləri bərqərar olundu və Azərbaycanda vətəndaş cəmiyyəti yaradıldı, eyni zamanda, xalq-iqtidar birliyi artıq önəmli bir amilə çevrildi”, - deyə V.Rəhimzadə bildirib.

Azərbaycanın hər bir uğurunu Heydər Əliyev siyasətinin təntənəsi adlandıran deputat deyib: “Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması da özündə mühüm məqamları ehtiva etdi. Dahi şəxsiyyətin anadan olmasının 100 illiyi ilə bağlı olan bu mühüm addım, həmçinin İlham Əliyevin 20 illik Prezidentlik dövrünün təqdimatı oldu. Artıq bütün vədlər yerinə yetirilmişdir. Azərbaycan 2023-cü ilin sentyabrında suverenliyini tam bərpa edərək yeni dövrə qədəm qoydu. “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan bütün hədəflərə yüksək səviyyədə nail olduğunu nümayiş etdirdi. İkinci Qarabağ müharibəsində qazandığımız Zəfər, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad edilmiş bütün ərazilərimizdə dalğalanan Bayrağımız Ulu Öndərin vəsiyyətinin gerçəkləşməsi, müstəqilliyimizin əbədi qarantı Ümummilli Liderin xidmətlərinin təqdimatı kimi dəyərləndirilir.

Təbii ki, Ulu Öndər Heydər Əliyevin zamana və məkana sığmayan xidmətlərini bir yazıda əhatə etmək çətindir. Bu fikir daim xüsusi qeyd edilir ki, Ümummilli Lider öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxaran və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşduran qüdrətli və dahi şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Ümummilli Liderin zəkasının işığında qədəm qoydu. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan dahi şəxsiyyət Heydər Əliyevin həyat amalının təntənəsidir.

Ulu Öndərin xidmətlərindən bəhs edərkən ölkəmizin həyatında mühüm dönüş nöqtələrindən biri kimi Yeni Azərbaycan Partiyasının yaradılmasını xüsusi qeyd etməliyik. 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ümummilli Liderin bu günün və gələcəyin partiyası kimi dəyərləndiyi Yeni Azərbaycan Partiyası ölkədə gedən bütün proseslərin mərkəzində dayanır. YAP nəinki ölkəmizin, regionun aparıcı təşkilatıdır. Tarixi Zəfərimiz bu partiyanın həyatında da yeniliklərə, təkmilləşməyə yol açdı. Partiyanın VII qurultayında qəbul edilən yeni qərarlar, yeni formalaşan tərkib Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələ oldu. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın partiyanın Sədrinin Birinci müavini təyin edilməsi YAP-ın həyatında mühüm hadisə kimi dəyərləndirildi”.

V.Rəhimzadə əlavə edib ki, Ulu Öndərin 2003-cü ildə xalqa tarixi müraciəti Heydər Əliyev siyasətinin davamının, bugünkü və gələcək uğurların əsası oldu. Azərbaycan əməkdaşlıq və sülh gündəliyinin müəllifi kimi dünyanın diqqətindədir. Bu ilin avqust ayında dövlətimizin başçısı İlham Əliyevin ABŞ-a səfəri mühüm nəticələrlə tarixə yazıldı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, avqustun 8-də Vaşinqtonda baş verənlər, əslində, Cənubi Qafqazda qarşıdurmanın və gərginliyin sonu deməkdir. Otuz ildən çox davam edən işğala 44 günlük Vətən müharibəsi nəticəsində son qoyuldu və Azərbaycan ədaləti, beynəlxalq hüququ və öz ləyaqətini bərpa etdi, torpaqlarını geri qaytardı. Vaşinqton razılaşması münaqişənin, müharibənin sonudur. Yenə də məhz biz danışıqlar formatının təşəbbüskarı olduq. Biz sülh sazişinin layihəsini təqdim etdik. Əslində, avqustun 8-də Vaşinqtonda paraflanmış sənəd Ermənistan-Azərbaycan münasibətlərinin dövlətlərarası çərçivədə necə qurulmalı olduğu barədə Azərbaycanın baxışına əsaslanır. Vaşinqton sazişi Cənubi Qafqaz regionu, həm də daha geniş mənada Mərkəzi Asiya və Yaxın Şərq üçün tamamilə yeni imkanlar açır.

“Bu gün azad Qarabağımız, Şərqi Zəngəzurumuz dirçəlir. Soydaşlarımız doğma yurd-yuvalarına qayıdışın sevincini yaşayır. Artıq 6 şəhər, 2 qəsəbə və 20-dən artıq kənd sakinlərinə qovuşub. Azad edilmiş bütün ərazilərimiz quruculuq meydanına çevrilib. Aparılan genişmiqyaslı bərpa-quruculuq işləri şəhərsalmanın Azərbaycan təcrübəsini dünyaya təqdim edir.

Ümummilli Lider Heydər Əliyevin irsinin təbliği məqsədilə yaradılan Heydər Əliyev Fondunun xidmətləri də ölçüyəgəlməzdir. Fondun Mehriban xanım Əliyevanın rəhbərliyi ilə gördüyü işlərin miqyası olduqca böyükdür. Hazırda bütün səylər işğaldan azad edilmiş ərazilərimizin bərpasına yönəldilib. Bu baxımdan erməni vəhşiliklərinə şahidlik edən tarixi və dini abidələrimizin bərpası istiqamətində Fondun fəaliyyətini xüsusi vurğulamaq gərəkdir. Fondun hər bir layihəsi qalib Azərbaycanın təqdimatına xidmət edir. Hər bir addımın əsasında Ümummilli Lider Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında xidmətlərinin təbliği dayanır.

Qısa təhlil belə bir ümumiləşdirməyə əsas verir ki, Ümummilli Lider Heydər Əliyevin ideyaları bundan sonra da Azərbaycanın davamlı uğurlarının əsası olacaq. Nə qədər ki, Azərbaycan dövləti, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaq! Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, Onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir”, - deyə deputat vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 sentyabr

27 Sentyabr Azərbaycan xalqının yaddaşında milli birlik, iradə və qəhrəmanlıq rəmzi kimi yaşayır

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

“44 gündə yazılan şanlı tarix” - Bolnisidəki soydaşlarımız şəhidləri anıblar

Lerikdə zəlzələ olub

Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət edib

Zəfər yürüşünün başladığı məkanda şəhidlərin xatirəsi anılıb

Türkiyə XİN: “Bir millət, iki dövlət” şüarı ilə qardaş Azərbaycanın yanındayıq

Gürcüstanın Baş naziri: Azərbaycan hökuməti ilə bütün məsələlər dostluq şəraitində müzakirə olunur

Qazaxıstanda yeni müdafiə naziri təyin edilib

Şəhid Elvin Əlimovun anası: Oğlum uşaqlıqdan hərbçi olmaq istəyirdi

Strasburqda şəhidlərimizin xatirəsi ehtiramla anılıb

Türkiyədə Azərbaycanın qəhrəmanlarının xatirəsi yad edilir

Rusiyalı ekspert: 2020-ci il sentyabrın 27-si bütün Cənubi Qafqaz üçün dönüş tarixi oldu

Şəhidlərin xatirəsi Pekində böyük ehtiramla yad edilib

Asiya ölkələri arasında parlamentlərarası əməkdaşlıq genişləndirilir: Düşənbədə mühüm müzakirə

Azərbaycandakı dini konfessiya rəhbərləri Zəfər parkını ziyarət ediblər

Şəhid anası: Balama bənzəmək istəyən şagirdlərimlə təsəlli tapıram

Batumidə şəhidlərin xatirəsi anılıb

Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

Şəhid pilot Abbas Qasımovun anası: Mən bir oğul itirmədim, 30 illik dostumu, sirdaşımı itirdim

Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub VİDEO

Nyu-York şəhərində on minlərlə insan fırtına səbəbindən elektriksiz qalıb

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO

Yalçın Rəfiyev: Azərbaycan 2027-ci ildə BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi etmək niyyətindədir

Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb

27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün

Qaxda “Şəhidlər qalası” ucaldılıb VİDEO

Qaxda “Şəhidlər qalası” ucaldılıb VİDEO

Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib

Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır

“Əbədi yaşayanlar” - Marneulidə şəhidlərin xatirəsi anılıb

Naxçıvan şəhərində şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası təşkil edilib

İran Prezidenti: Məkkə Müdafiə Sazişi müsəlman birliyinə doğru müsbət addım ola bilər

Yaponiyada yağışlarla əlaqədar 740 mindən çox sakinə təxliyə olunmaları tövsiyə edilib