Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ülviyyə Axundova: Hazırda poeziyanın əsl yüksəliş dövrünü yaşayırıq

Ülviyyə Axundova: Hazırda poeziyanın əsl yüksəliş dövrünü yaşayırıq

Bakı, 13 yanvar, Anara Axundova, AZƏRTAC

AZƏRTAC müasir şairlər və mədəni tədbirlərin təşkilatçıları ilə poeziya və ədəbi gecələrin populyarlığı barədə söhbətləri davam etdirir. Şairə, romançı, tərcüməçi və art-menecer Ülviyyə Axundova bu məsələ ilə bağlı öz fikirlərini bölüşüb.

Həmsöhbətimiz qeyd edib: “Zənnimcə, hazırda poeziyanın əsl yüksəliş dövrünü yaşayırıq. Anonslarında “poeziya” kəlməsi olan tədbirlərin sayı son beş ildə xeyli artıb. Şam işığında və simli kvartetlə müşayiət olunan klassik kamera axşamı tədbirlərindən tutmuş sözə sevgini ehtiva edən, bir-birindən tamamilə fərqli olan müxtəlif nəsillərin müəllifləri arasında ehtirasların alovlandığı yüksək emosional poeziya döyüşlərinə qədər tamamilə müxtəlif formatlar ola bilər. İnsanlar müasirlərini oxuyur, klassikləri mütaliə edir, mənalı mətnləri yenidən kəşf edir, onlarda yeni vurğular və rezonanslar tapırlar. Poeziya tədbirləri adətən şəhərin əsas konsert və teatr məkanlarının, məsələn, Opera Studiyasının, Beynəlxalq Muğam Mərkəzinin, Kamera və Orqan Musiqisi Zalının və Rəşid Behbudov Mahnı Teatrının afişalarında yer alır”.

Ülviyyə xanım söhbətinə davam edir: “Mən 15 ildən çoxdur ki, bu tədbirləri özüm təşkil edirəm və təşkilatçıların əksəriyyəti - İranə Qasımova, Nigar Babayeva (“Nac Society”), Vəfa Məmmədova (“Stolitsa”) ilə dostam və onların nə qədər məşğul olduqlarını bilirəm. Bir çox kafe və incəsənət məkanı açıq mikrofonlu axşamlar təşkil edir və burada hər kəs sevimli şeirinin təfsirini bölüşə bilər. Bir neçə belə axşamda iştirak etdikdən sonra başa düşürsən ki, bir çox insan, hətta bilavasitə ədib olmayanlar belə, hələ də bu ifadə formasını dərindən vacib və xoş hesab edir. Bu ehtiyac o qədər güclüdür ki, uzun bir iş günündən sonra insanlar yeni təcrübə və mənəvi güc axtarışında tıxaclardan keçərək tədbirə gəlməyə hazırdırlar”.

Onun fikrincə, bu gün gəncləri poeziya ilə tanış etmək, ilk növbədə, zamanın nəbzini tutmalı olan teatr tamaşası vasitəsilə vacibdir ki, baş verənlər anlaşılmaz və ya başqa bir dövrün ənənəsinə bənzəməsin.

“Əlbəttə ki, mən yalnız təqdimat forması və tərzindən danışıram, bu dəyişə bilər, amma orijinal mətnə hörmətlə yanaşmaq sabit qalmalıdır”, - deyə şairə izah edir.

Mənə elə gəlir ki, müstəqil “Teatr O2” komandası hər yaşdan olan tamaşaçıları poeziya ilə tanış etməyin ən təsirli yollarından birini tapıb. 2025-ci ilin noyabr ayında teatrın repertuarına üç poeziya tamaşası əlavə edildi. Bunlar, Saşa Çernı, Nikolay Aqnivtsev və İosif Brodskinin şeirləri əsasında hazırlanmış “Burada idik...” (rejissor Leonid Klets); müxtəlif nəsillərdən olan 20 şairin mətnləri əsasında hazırlanmış “PMS” (rejissor Konstantin Soldatov) və müasirimiz, həmyerlimiz Leyli Salayevanın “Lazımsız adam” şeiri əsasında hazırlanmış “Norma” (rejissor Mikayıl Əliyev) tamaşalarıdır. Onlar xarakter etibarı ilə çox fərqlidir: birincisi incə, dərin və fəlsəfidir; ikincisi cəsur, cəsarətli və səs-küylüdür; üçüncüsü isə çox qeyri-adi, avanqard və həyəcanvericidir. Fərqli yanaşmalar, müxtəlif ritmlər və əhvali-ruhiyyələrə baxmayaraq, həmin üç tamaşanın hər biri bu günün həyatını və nəfəsini ehtiva edir”.

“Burada idik...” tamaşasında iştirak etmək şansım oldu. Rejissor Leonid Kletsin poetik obrazlar və vizual metaforalardan ibarət tapmacanı necə diqqətlə və dəqiqliklə qurduğunu müşahidə etdim. O, hekayəni qurarkən üç çox fərqli müəllifin həyata baxışlarında ifadə etdiyi mənaları mümkün qədər dəqiq çatdırmağa çalışıb”, - deyə art-menecer vurğulayıb.

Ülviyyə Axundova sözlərinə davam edir: “Mən poetik tamaşanı ən cəlbedici və aktual format hesab edirəm, çünki o, mətn, musiqi, xoreoqrafiya və işıqlandırma dizaynerinin işinin tam vəhdətini əhatə edir. Bu, təsir gücünü xeyli artırmağa və tamaşaçıları başqa bir aləmə qərq etməyə kömək edir”.

Müsahibimizin sözlərinə görə, son zamanlar sözlərlə təcrübə aparan musiqiçilər, DJ-lər, ifaçı sənətçilər ilə qeyri-adi əməkdaşlığa başlayan və ya hətta bütün bu rolları birləşdirən maraqlı müəlliflərin sayının artdığını müşahidə edirik: “Bəziləri Azərbaycan və rus dillərində eyni dərəcədə yaxşı yazır. Düşünsəniz, bu, bizim unikallığımız və böyük üstünlüyümüz deməkdir, çünki ümumiyyətlə, yazıçı, xüsusən də şair üçün bir dil və mədəni sahədən digərinə keçid kosmik gəzintiyə və ya yad planetə enməyə bənzəyir; orada sizi nə gözlədiyini və oradakı havanı nəfəs ala biləcəyinizi heç vaxt bilmirsiniz”.

“Gözəl şairə Leyli Salayeva kimi birisi ingilis dilində parlaq yazıları, festival və müsabiqələrdə iştirakı, ingilisdilli almanaxlarda nəşrləri sayəsində artıq yerli ədəbi konteksti aşıb.

Bir ildən bir az çox əvvəl Parisdə musiqi və poeziya gecəsi keçirildi və orada dostum, istedadlı pianoçu Nazxanım Dadaşova ilə birlikdə mənim “Çılpaq həqiqət” şeir toplusuna daxil olan əsərləri təqdim etdik. Şeirlər rus dilində oxunurdu və 200 tamaşaçı üçün nəzərdə tutulmuş zal fransız tənqidçiləri, jurnalistləri, yazıçıları ilə dolu idi. Onların hamısı poeziyanın musiqisini və melodiyasını özlərinə tanış olmayan bir dildə dinləməyə can atırdı”.

Növbəti gün məni fransız yazıçıları, şairləri və ssenaristləri ilə birlikdə festivalda iştirak etməyə dəvət etdilər. Avropanın nüfuzlu nəşriyyatları ilə əməkdaşlıq edən müəlliflər o qədər diqqətlə qulaq asırdılar ki, birdən ağlıma gəldi: poeziyanın imkanları praktik olaraq sonsuzdur.

Bu, həqiqətən də fövqəladə bir təcrübə idi və məni inandırdı ki, əgər dinləyicinin kifayət qədər emosional təcrübəsi varsa, poeziya da musiqi kimi tərcüməsiz və eyni dərəcədə canlı şəkildə qəbul edilir”, - deyə Ülviyyə Axundova sözlərinə yekun vurub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İranın diplomatiyaya açıq olduğunu elan etməsindən sonra neft qiymətləri azalıb

Zelenski: Bizim bu qışı Rusiya üçün ağrılı etməkdən başqa çarəmiz yoxdur

Avropa İttifaqı İrana çağırış edib

Ərdoğan: Bakı-Tbilisi-Ceyhandan tutmuş TANAP-a qədər, Türkiyə fasiləsiz enerji axınının ən etibarlı dəhlizidir

Britaniya ordusu müdafiə məqsədilə digər ölkələrin peyk siqnallarını əngəlləyir

Çin Sədrinin ABŞ-yə dövlət səfəri başlayıb

Səməd Ağırbaş: COP31 iqlim öhdəliklərini real investisiya imkanlarına çevirməlidir

“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb

Anaklaudia Rossbax: İki milyard insanın mənzil ehtiyacları üçün dayanıqlı maliyyə sistemi qurulmalıdır

Qusarda leysan və sel sularından zərər çəkən 4 fərdi yaşayış evi yenidən tikilir

Dosent: “Koroğlu” motivinin Qaşqay mühitində yaşaması ümumtürk epik yaddaşının göstəricilərindəndir

SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib

Tatyana Molçan: Ukraynadakı müharibə Avropanın və dünyanın iqtisadi mənzərəsini yenidən formalaşdırır

Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb

Tedros Adhanom Qebreyesus: Ortaq zəifliklər bölünmə deyil, həmrəylik mənbəyinə çevrilməlidir

Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir

Lavrov və Rubio Cənubi Qafqazdakı vəziyyət, Rusiya-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıblar

Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib

Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub

Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub

Tacikistan millisinin baş məşqçisi: Azərbaycan yığması keyfiyyətli komandadır

"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib

Türkiyənin FATF-in “boz siyahı”sına daxil edilmək riskinin olmadığı açıqlanıb

Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib

Yəməndə köçkünlərin sayı 230 minə çata bilər

ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır

Azərbaycan səfiri etimadnaməsinin surətini Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibinə təqdim edib

Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var

Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır

Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik

Almaniya hökuməti sosial ödənişlərdən sui-istifadəyə qarşı mübarizəni gücləndirir

Qazaxda açıq ərazidə yanğın olub

Məsud Pezeşkian: Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümünə həsr edilmiş rəsmi qəbul olub

Azərbaycanın və Fransanın xarici işlər nazirləri qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar

Azərbaycan və Belarus konsulluq əməkdaşlığı üzrə memorandum imzalayıb

Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub

Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur

Milli Məclisin sədri Birləşmiş Krallığın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksək Səviyyəli Görüşü keçirilir

Çinin iri şirkətləri ilə Azərbaycan arasında 50-yə yaxın birgə layihə həyata keçirilir

Almaniyanın Azərbaycandakı səfiri Milli Məclisdə olub

Azərbaycan və BQXK arasında əməkdaşlıq məsələləri diqqət mərkəzində olub

Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Fransa Martin Ryanın əfv edilməsini məmnunluqla qarşılayıb

Böyük Britaniyaya artan borclanma xərcləri və zəif iqtisadi artımla bağlı xəbərdarlıq edilib

Berlin Olimpiya Oyunlarına ev sahibliyinə namizədliyini geri götürür

Azərbaycan-Çin ticarət dövriyyəsi 2026-cı ilin ilk 7 ayında 2,6 milyard dollara çatıb

Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq

Baş nazirin müavini: Ötən il Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 42 faiz artıb

Təhminə Bədəlova: Nizami Gəncəvi orta əsrlərdə qadının cəmiyyətdəki rolunu yüksək qiymətləndirib

Diplomat: Qarşılıqlı vizasız rejim Azərbaycan-Çin humanitar əlaqələrini intensivləşdirir

Səfir: Çinlə Azərbaycan Günəş və külək enerjisi sahəsində əməkdaşlığı genişləndirir

Dilçilik İnstitutunda I Bakı Türkoloji Qurultayına həsr edilmiş yeni kitab təqdim olunub

Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır

Süni intellektdən təhsildə istifadənin müəyyən riskləri var – tədqiqat

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Diplomat: Çin ilə Azərbaycanın ticarət və investisiya həcminin rekord göstəricilərə çatacağı gözlənilir

Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Metallurgiya sənayesinin inkişafı ölkə iqtisadiyyatının digər istiqamətləri üçün də mühüm əhəmiyyət daşıyır - ŞƏRH

Tarixçi-alim: Gəncəsər katolikosluğunun ləğvi Cənubi Qafqazda erməniləşdirmə planının tərkib hissəsi idi

Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçiriləcək konfransa tezis qəbulu başlayıb

Mərkəzi Bank rəsmisi Almatıda sığorta sektorunda prudensial tənzimləmənin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasından danışıb

Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

Rəqəmsal folklor folklorşünaslığın metodoloji sərhədlərini genişləndirir

Qapalı yerdəki havanın keyfiyyətini yaxşılaşdırmaq üçün effektiv vasitənin sınağı aparılıb

Azərbaycanda mis konsentratı istehsalı 5,5 dəfə, ixracı isə 14 faizədək artıb – QRAFİK

Professor: Filizçay filizinin emalı üzrə tədqiqatlarımız “AzerGold”un işlərinə fayda verə bilər

Azərbaycan ilə Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr qurulur

SOCGOV 2026 - Sosial xidmətlərin gələcəyi Xankəndidə müzakirə olunacaq

İqlimşünaslar Qlobal Cənub ölkələri üçün anomal istilərin yaratdığı risklər barədə xəbərdarlıq ediblər

Azərbaycanın heyvan xəstəliklərindən azad statusunun qorunması qabaqcıl təcrübə kimi təqdim olunub

Fidan Hacıyeva: Üzeyir Hacıbəyli yaradıcılığı milli musiqimizin əvəzsiz xəzinəsidir

“.az” domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb

® “Unibank” sahibkarlar üçün Yaşıl kredit təqdim edir: illik faiz 12 faizdən başlayır

Milli Kibertəhlükəsizlik Agentliyi “Global Anti-Scam Alliance”a üzv olub

Milli Azərbaycan Tarixi Muzeyində qorunan qalxan - döyüş məqsədli silah, yoxsa saray bəzəyi?

Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib

Azərbaycan Şanxayda keçirilən “WorldSkills” yarışlarında təmsil olunur

Azərbaycan nümayəndələri İspaniyada rəqabət hüququ sahəsində beynəlxalq təcrübə ilə tanış olublar

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 yanvar tarixli 1717050000001700 nömrəli Qərarı ilə təsdiq edilmiş “Maliyyə institutları tərəfindən məlumat verilməli hesablar barədə hesabat”ın tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Geoloq: Müasir peyk texnologiyaları və süni intellekt yeni faydalı qazıntı yataqlarının axtarışında mühüm imkanlar yaradır

“Araz-Naxçıvan”ın ukraynalı baş məşqçisi: İlk tapşırığımız turnir cədvəlində üst sıralara yüksəlməkdir

Avropada qazın qiyməti son üç həftənin ən aşağı səviyyəsinə enib

“İRS” beynəlxalq jurnalının özbək dilində ilk nömrəsi nəşr olunub

“Gələn kimi səni qucaqlayıb bir saat öpəcəyəm...”: Səməd Vurğunun son məktubu

Hasilatdan emala keçid: regionlarda yeni iqtisadi ekosistemlər yaranacaq ŞƏRH

Süni intellekt, akademiya və startap: Londonda çalışan azərbaycanlı tədqiqatçı ilə MÜSAHİBƏ

Əfv sərəncamının icrası təmin edilib – YENİLƏNİB VİDEO

Əfv sərəncamının icrası təmin edilib – YENİLƏNİB VİDEO

Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur