Ülviyyə Axundova: Ümid edirik ki, könüllərimizin sayı ildən-ilə artacaq
Bakı, 4 dekabr, AZƏRTAC
Könüllülük Azərbaycanda gənclər siyasətinin çox mühüm bir hissəsidir. Əslində, bir çoxlarının karyerası könüllülük fəaliyyəti ilə başlayıb. Gənclər və İdman Nazirliyi Azərbaycan Könüllü Təşkilatları İttifaqı ilə sıx əməkdaşlıq edir. Bizim könüllülərimiz pandemiya zamanında çox böyük fəaliyyət göstərdilər. Hər bir könüllünün fəaliyyəti növbəti könüllülük fəaliyyətinin başlanğıcıdır.
AZƏRTAC xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundova Azərbaycan Könüllülük Həftəsi ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Ü.Axundova qeyd edib ki, gənclər olduqları bütün platformalarda Azərbaycanı çox qürurla təmsil edirlər: "Təbii olaraq könüllülüyün əhəmiyyəti ildən-ilə artır. Nazirlik həm ölkə daxilində, həm də ölkə xaricində gənclərin təşəbbüslərini dəstəkləyir. Ümid edirik ki, könüllərimizin sayı ildən-ilə artacaq".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:28]
Saatlıda gənclərin kompüter savadlılığının artırılması müzakirə olunub
- 29.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 29.09.2026 [19:34]
Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib
- 29.09.2026 [18:43]
Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib
- 29.09.2026 [18:20]
“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO
- 29.09.2026 [17:43]