Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ülviyyə Pepinova: Bizim arzumuz Azərbaycanın rəqs irsini Britaniyada təbliğ etməkdir

Kembricdə “Qarabağ yallısı” üzrə məşğələlər mütəmadi keçirilir

Bakı, 19 oktyabr, Anarə Axundova, AZƏRTAC

2023-cü ilin iyunundan başlayaraq, İngiltərənin Kembric şəhərində ayda bir dəfə Azərbaycan milli rəqsləri üzrə məşğələlər keçirilir. Dərslər Azərbaycan rəqs mədəniyyətinə qoşulmaq istəyən hər kəs üçün açıqdır.

Layihənin təşkilatçısı Ülviyyə Pepinova AZƏRTAC-ın müxbiri ilə söhbətində bu ideyanın yaranması və məşğələlərin necə keçirilməsi barədə fikirlərini bölüşüb. Həmyerlimiz İngiltərədə yaşayan, “Chelsea Young Writers” uşaqlar üçün kreativ yazı üzrə şirkətin təsisçisidir. O, Azərbaycan diasporunun həyatında fəal iştirak edir, XX əsrin əvvəllərində Azərbaycan ictimai-siyasi təfəkkürünün banilərindən biri, maarifçi-islahatçı, publisist və “Molla Nəsrəddin” jurnalının həmtəsisçisi Ömər Faiq Nemanzadənin tarixi irsinin bərpası üzrə memorial layihə həyata keçirir.

-Ülviyyə xanım, sizin fəaliyyətiniz əvvəllər rəqslərlə bağlı deyildi. Bu layihənin ideyası necə yarandı?

-Hər şey çox təbii və hətta öz-özünə əmələ gəldi. Evimin yaxınlığında aşkarladığım klubda balkan xalq rəqsləri üzrə məşğələlər keçirilir. Klubun məlumatında göstərilmişdi ki, burada Qafqaz xalq rəqsləri üzrə də məşğələlər təşkil olunur. Maraqlanandan sonra mənə məlum oldu ki, çox təəssüf, bu proqrama Azərbaycan rəqsləri daxil edilməyib. Lakin təşkilatçılar mənə dedilər ki, onlar böyük məmnuniyyətlə və maraqla yerli auditoriyanı Azərbaycanın rəqs irsi ilə tanış etmək istərdilər. Mən təqdim olunan bu fürsətdən dərhal istifadə etdim və bu kiçik, lakin maraqlı layihəyə başladım. Mən peşəkar xoreoqraf və Azərbaycan xalq rəqsləri müəllimi tapmağa nail oldum. Azərbaycan Diasporuna Dəstək Fondunun qayğıkeşliyi və yardımı sayəsində bu ilin iyunundan ayda bir dəfə Kembricdə həm uşaqlar, həm də böyüklər üçün Azərbaycan rəqsləri üzrə məşğələlər keçiririk.

-Mən bilirəm ki, ingilislər də sizin məşğələlərdə olurlar. Layihə ilk gündən bu hədəfə istiqamətlənmişdi?

-Mən iki hədəf auditoriyasını nəzərdə tuturam - İngiltərənin Azərbaycan icmasını və britaniyalıları. Lakin bu, təkcə ingilislər deyil, həm də beynəlxalq ictimaiyyətin təmsilçiləridir. Axı Kembric bütün ölkə kimi, müxtəlif tərkibi, müxtəlif etnik komponentlərin və mədəniyyətlərin mövcudluğu ilə fərqlənir. Buna görə də Azərbaycan rəqs irsini inkişaf etdirməklə məşğul olmağım mənim üçün daha maraqlıdır. Həmyerlilərimiz və onların uşaqları arasında mədəni irsimizin qorunub saxlanmasının vacibliyini qeyd etmək yerinə düşər. Bu ondan ötrüdür ki, onlar Britaniya cəmiyyətinə inteqrasiya ilə yanaşı, öz tarixi vətənləri ilə əlaqəni kəsməsinlər, olduqca açıq və hər şeyi əhatə edən Britaniya mədəniyyətinin zənginləşməsinə öz töhfələrini verə bilsinlər.

-Azərbaycan rəqslərinin çox növü var. Siz məşğələlərdə məhz hansı rəqsləri öyrənirsiniz?

-Məşğələlərin keçirilməsi üçün mən bilərəkdən “Yallı” janrını seçmişəm. Birincisi, rəqsin bu növü qrup məşğələlərinə daha çox uyğundur. Eyni dövrədə əl-ələ tutaraq, addımbaaddım sinxron hərəkətlə biz bir-birimizlə yaxınlığın, birliyin xüsusi ruhunu hiss edirik.

Bu layihə sayəsində mən “Yallı” rəqsini daha dərindən öyrənməyə başladım və Azərbaycanın rəqslər üzrə aparıcı mütəxəssislərindən biri Rauf Bəhmənli ilə tanış oldum. Təsəvvür edin, məlum oldu ki, “Yallı”nın 500-ə yaxın növü unudulub. Yalnız Rauf müəllim kimi altruistlər Azərbaycanın hər yerindən zərrə-zərrə toplayaraq bu rəqslərin unudulmuş gözəlliyini və mənasını bərpa edir.

-Əcnəbilər Azərbaycan rəqslərini öyrənməyə nə dərəcədə nail olurlar? Onlarda öyrənmək alınırmı?

-Müəllimlə bizim seçdiyimiz ilk rəqs “Qarabağ yallısı”dır. Hərəkətlərin məcmusuna, xüsusi melodikliyinə və sözsüz ki, bütün azərbaycanlılar üçün rəmzi mənasına görə “Qarabağ yallısı”nı o saat gözaltı etdik. Əcnəbilərdə hər şey gözəl, heç də həmyerlilərimizdəkilərdən pis alınmır.

-Siz artıq vurğuladınız ki, məşğələlər peşəkar xoreoqraf tərəfindən aparılır. Əcnəbilərlə işləmək ona çətindirmi?

-Bəli, Səkinə Muxtarlı peşəkar xoreoqraf və Azərbaycan xalq rəqsləri müəllimidir, o, İngiltərənin şimalında yaşayır. Səkinə ayda bir dəfə Kembricə və geriyə uzaq yol qət edir, bununla belə, Azərbaycan xalq rəqslərinin Britaniyada inkişaf etdirilməsi kimi ümumi missiyamızda müsbət və qətiyyətli əhvali-ruhiyyədə qalmaqdadır. Əcnəbilərlə işləmək çətinlik törətmir, axı onların hamısı xoş niyyət və coşqu ilə gəlirlər. Yeri gəlmişkən, Səkinə İngiltərədə Azərbaycan diasporunun rəsmi tədbirlərində tez-tez çıxış edir.

-Bəs siz öz qrupunuzla hansısa tədbirdə iştirak etmək, yaxud konsert təşkil etmək istərdinizmi?

-Tədbirlərdə çıxışlar barədə danışmaq hələ tezdir. Lakin biz çox istərdik ki, məşğələlərə müntəzəm qatılan insanlardan mədəni irs üzrə yerli festivallarda və tədbirlərdə çıxış etmək üçün bir qrup düzəldək.

-Məşğələlər hansı formatda keçirilir?

-Məşğələlər olduqca gərgin keçir, dincəlmək üçün kiçik fasilələrlə saat yarım davam edir. Heç kim üçün sirr deyil ki, rəqslər fitnesin növlərindən biridir, fiziki tonusu artırır, yaxşı və müsbət əhvali-ruhiyyə yaradır. Bundan başqa, mən fürsətdən istifadə edərək, Azərbaycan mədəniyyəti üzrə çap ədəbiyyatını, broşürləri, kataloqları təqdim edir, iştirakçıları məşğələlərdən sonra Azərbaycanın ənənəvi şirniyyatları ilə çay süfrəsinə, milli nərd oyununa dəvət edirəm. Beləliklə, deyə bilərəm ki, mən ayda bir dəfə Kembricdə Azərbaycanın bir növ mədəniyyət günlərini keçirməyə nail oluram.

Qeyd edim ki, 2023-cü ilin sonunadək rəqs üzrə məşğələlər oktyabrın 21-də, noyabrın 25-də və dekabrın 16-da keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Baş nazir: Ölkəmizin strateji valyuta ehtiyatları təxminən 91 milyard dollar təşkil edir

Zakir İbrahimov: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üçün genişmiqyaslı işlər aparır

“Mingəçevir Reqatası-2026”da Azərbaycanı təmsil edəcək avarçəkənlər bəlli olub

Çimərlik güləşi millisinin Dünya Seriyasının final mərhələsi üçün heyəti açıqlanıb

Əli Əsədov: Böyük Qayıdışa dair II Dövlət Proqramının təsdiqi gözlənilir

“AzerGold” qarşıdakı mərhələdə yeni yataqların iqtisadi dövriyyəyə cəlb edilməsini prioritet hesab edir

Daxili işlər naziri xarici dövlətlərin Polis akademiyalarına ezam olunan polis kursantları ilə görüşüb

Səudiyyə Ərəbistanı və Misir dəniz nəqliyyatı üzrə əməkdaşlığı gücləndirir

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazaxıstanda hərbçilərin həlak olmasının səbəblərinin araşdırılması üçün hökumət komissiyası yaradılıb

Xüsusi icra məmuru fəaliyyəti ilə bağlı müsabiqənin müsahibə mərhələsində uğur qazanmış namizədlər ilkin icbari hazırlığa cəlb olunacaqlar

Türk ekspert: Ermənistanın Azərbaycana qarşı təcavüzü iki suveren dövlət arasında beynəlxalq xarakterli münaqişəyə çevrilmişdi

Şəhid ailələri və müharibə iştirakçıları dövlətin daim diqqət və qayğısı ilə əhatə olunub – BMU-da görüş

ANAMA: Azərbaycanda minatəmizləmə müasir texnologiyalar əsasında həyata keçirilir

Formula 1: İkinci sərbəst yürüşdə qəza baş verib

® “Expressbank” sahibkarlara 100 000 manatadək mikro kredit təklif edir

Növbəti iki gün hava necə olacaq?

O.M.Muradovun Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Böyük Britaniyada çalışan azərbaycanlı həkim: Gələcəkdə Xankəndidə fəaliyyət göstərmək istəyirəm - MÜSAHİBƏ

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdud olacaq

® “Bakcell”də hədiyyə mövsümü başladı

Moskvada bir neçə ali məktəbdə tələbələr təxliyə edilib

“AzərEnerji” vaxtilə təmas xətti olan ərazilərdə 3000-ə yaxın ağac əkib

Orta Dəhlizlə 2029-cu ildə 300 min konteyner daşınması planlaşdırılır

Formula 1 Azərbaycan Qran-Prisində ikinci sərbəst yürüş başlayıb

“Toxumçuluq haqqında” Qanun ölkənin ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə töhfə verəcək

Paytaxtın Şıxəli Qurbanov küçəsində xüsusi hərəkət zolağı təşkil edilib VİDEO

Paytaxtın Şıxəli Qurbanov küçəsində xüsusi hərəkət zolağı təşkil edilib VİDEO

Qazaxda açıq ərazidə baş verən yanğın söndürülüb VİDEO

Qazaxda açıq ərazidə baş verən yanğın söndürülüb VİDEO

AzTU-da tədbir: ermənilərin Qərbi Azərbaycanda törətdiyi etnik təmizləmə siyasəti pislənilib

“Birliyin Gücü – 2026” təlimində məşqlər uğurla davam edir VİDEO

“Birliyin Gücü – 2026” təlimində məşqlər uğurla davam edir VİDEO

Tamar İoseliani: Məqsədimiz Orta Dəhlizin vahid və inteqrasiya olunmuş sistem kimi fəaliyyətini təmin etməkdir

Məktəbə adaptasiya, akademik yük və telefon qadağası - təhsil ekspertinin şərhi

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının sənaye nazirlərinin 4-cü iclasında təmsil olunub

Adəm İbrahim: Süni intellektdən insanların işinin səmərəliliyini artırmaq üçün istifadə olunmalıdır – MÜSAHİBƏ

Metal filizlərinin hasilatı üzrə istehsalın dəyəri 42 faizdən çox artıb – QRAFİK

Almaniyada bu il iqtisadi artımın 1,3 faiz olacağı proqnozlaşdırılır

Tarix Muzeyində qiymətli mənbə: “Dərbəndnamə”nin nadir nəşri

Yeni reallıqda ölkəmizin siyasi manevr imkanları daha da genişlənib - ŞƏRH

Professor: İşğal dövründə Bəsitçay çinar meşələrinə ciddi ziyan vurulub

Oman nümayəndə heyəti “ASAN xidmət”də olub

Ağcabədidə çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Qazaxıstanda regional və yerli şuralara növbədənkənar seçkilər keçiriləcək VİDEO

Qazaxıstanda regional və yerli şuralara növbədənkənar seçkilər keçiriləcək VİDEO

Narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 6 nəfər saxlanılıb VİDEO

Narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 6 nəfər saxlanılıb VİDEO

Yeni Robotik Reabilitasiya Mərkəzində icbari tibbi sığorta çərçivəsində 15 mindən çox xidmət göstərilib

İsraildə yaşayan azərbaycanəsilli gənclər Anım Gününə toplaşıb

Formula 2 Azərbaycan Qran-Prisində ikinci sıralama turu başa çatıb - YENİLƏNİB 2

Famil Rüstəmov: Regionlarda məşğulluğun genişlənməsi aqrar iqtisadiyyatın dayanıqlığını artırır

“№1”, “Kəhrəba”, “Nabat” əmtəə nişanlı qənd məhsullarında uyğunsuzluq aşkarlanıb

Özbəkistanın ali təhsil müəssisəsinin professor-müəllim heyəti AzTU-da təcrübə keçəcək

Almaniyada peşəkar kişi futbol komandasına rəhbərlik edən ilk qadın baş məşqçi istefaya göndərilib

Azərbaycanın müdafiə naziri Qazaxıstan tərəfinə başsağlığı verib

“Filtrsiz” podkastının ilk qonağı Əməkdar həkim Nadir İsmayılov olub VİDEO

“Filtrsiz” podkastının ilk qonağı Əməkdar həkim Nadir İsmayılov olub VİDEO

Azərbaycanın sosial müdafiə sahəsində rəqəmsal transformasiya təcrübəsi təqdim olunub

Səyyarə İbadullayeva: İşğal dövründə Qarabağın meşə və bitki örtüyünə ciddi ziyan vurulub

“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin balansındakı mühafizə olunan duracaqlara nəqliyyat vasitəsinin gətirilməsi və orada saxlanılması üçün haqqın məbləği”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı

Peskov: Putinin G20 sammitində iştirakı ilə bağlı qərar hələ verilməyib

Qazaxıstanda hərbçilərin təlim zamanı həlak olmaları ilə bağlı cinayət işi açılıb

Azərbaycanın deflimpiyaçı atıcısı Avropa çempionatında tarixi nəticə qazanıb

İqtisadçı-alim: Aqrar sahənin inkişafı regionlarda infrastruktur imkanlarının genişləndirilməsi ilə bağlıdır

Qarabağ Zəfəri Azərbaycanın dövlət suverenliyinin praktiki məzmununu gücləndirdi - ŞƏRH

“Səma altında ən gözəl mənzərə” - Sarı Durna qülləsindən FOTOREPORTAJ VİDEO

“Səma altında ən gözəl mənzərə” - Sarı Durna qülləsindən FOTOREPORTAJ VİDEO

Azərbaycanı dünya çempionatında 6 paracüdoçu təmsil edəcək

Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Kreml: Paşinyanın Moskvaya səfərinin tarixi hələ razılaşdırılmayıb

Sərdar Fərəcov: Üzeyir Hacıbəyli Azərbaycan professional musiqisinin təməlini formalaşdırıb

Ukrayna Prezidenti Nyu-Yorkda NATO-nun Baş katibi ilə görüşüb

Azərbaycanın enerji strategiyası: geosiyasi reallıqlar və yeni enerji düşüncəsi

Hörmüzün ardınca Bab əl-Məndəb boğazının da təhlükəli vəziyyətə salınması neftin qiymətinin artmasına təkan verir

ADY rəhbərliyi Almaniya və Türkiyə dəmir yolu şirkətlərinin nümayəndələri ilə müzakirələr aparıb

Şotlandiyada insan alveri və narkotik istehsalı ilə məşğul olan mütəşəkkil dəstənin üzvləri saxlanılıb

Qazaxıstanlı ekspert: 2026-cı ildə Orta Dəhliz formalaşma mərhələsindən miqyasın genişlənməsi dövrünə keçid edir

Toxum və əkin materiallarında aşkarlanan uyğunsuzluqlarla bağlı xarici ölkələrə göndərilən bildirişlərin sayı açıqlanıb

Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək

Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Azərbaycanla Gürcüstan arasında gənclər və idman sahəsində əməkdaşlıq genişləndirilir

Azərbaycanın boks millisi Avropa çempionatında rekorda imza atıb

Formula 1: “Mercedes” pilotu sərbəst yürüşdə finişə birinci çatıb - YENİLƏNİB

Hazırda Aqrar Sığorta Fondunda 41 adda bitkinin sığortalanması prosesi aparılır

Koreya Respublikası 2035-ci ilədək Yaxın Şərq mənşəli neft idxalının payını 50 faizə endirəcək

Bakıda “Boeing 787 Dreamliner” uçuş simulyatoru təqdim edilib VİDEO

Bakıda “Boeing 787 Dreamliner” uçuş simulyatoru təqdim edilib VİDEO

Göyçayda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar VİDEO

Göyçayda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar VİDEO

Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib

Bakıda Formula 1 rekordu: Xarici qonaqların sayı 16 mini keçib

Birləşmiş Ştatların gündəlik neft istehsalı azalıb

Azərbaycan və Makedoniya arasında idman sahəsində əməkdaşlığa dair memorandum imzalanıb

ABŞ-nin neft ehtiyatları artır

Dağ-mədən sənayesi üzrə fəaliyyətin genişləndirilməsi bölgələrdə yeni istehsal və məşğulluq imkanları yaradacaq - RƏY

Dağ-mədən və metallurgiya sənayesi Azərbaycanın yeni sənaye ekosisteminin formalaşmasına xidmət edəcək - ŞƏRH

Formula 1: “Mercedes” pilotunun idarə etdiyi boliddə problem aşkarlanıb

Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib VİDEO

“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy”

Sazın səsi – sözün nəfəsi: Ağbaba-Çıldır aşıq sənətinin ustadları yad edilib

AXA-nın Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Xankəndi Regional Mərkəzi fəaliyyətə başlayacaq

Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub

Türkiyəli turistlər Formula 1 Azərbaycan Qran-Prisini yüksək qiymətləndiriblər

Naxçıvanda maliyyələşdirilmiş kreditlər hesabına 169 yeni iş yeri yaradılacaq

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib

Sefarad yəhudiləri Bakı icmasının rəhbəri: Azərbaycan həm də bizim Vətənimizdir

Hacıqabulda növbəti Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib