“Ümid Günəşi” adlı ədəbi-bədii gecə təşkil ediləcək
Bakı, 3 aprel, AZƏRTAC
Aprelin 4-də Heydər Əliyev Sarayında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Gənclər Fondu və Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi, Azərbaycan Televiziyasının media tərəfdaşlığı, "Böyük Qayıdış" Gənclər Təşkilatının və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə Aprel döyüşlərinin növbəti ildönümünə həsr olunmuş “Ümid Günəşi” adlı ədəbi-bədii gecə keçiriləcək.
Gənclər Fondundan AZƏRTAC-a bildirilib ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, şəhid ailələri və qazilər, ziyalılar, gənclər təşkilatlarının təmsilçiləri, könüllü gənclər, ictimaiyyət və media nümayəndələrinin iştirakı nəzərdə tutulub.
Tədbirin birinci hissəsində rəsmi şəxslər, tərəfdaş qurumların nümayəndələri, şəhid ailəsi üzvləri və Aprel döyüşləri qazisi çıxış edəcək.
Bədii hissə tanınmış incəsənət xadimlərinin və istedadlı gənclərin ifasında "Ümid Günəşi” bədii kompozisiyası ilə davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [13:45]
Gecikdirilmiş 378,3 min manat vəsaitin işçilərə ödənilməsi təmin olunub
- 05.06.2026 [13:42]
Ağdam Sosial Xidmət Mərkəzində 100-dən çox şəxs qayğı ilə əhatə olunub
- 05.06.2026 [13:10]
Səyyar "ASAN xidmət"in növbəti ünvanı Tbilisidir
- 05.06.2026 [12:41]