Ümrə ziyarətindən qayıdan türkiyəli zəvvarlar karantinə alınır
Ankara, 15 mart, AZƏRTAC
Ümrə ziyarətindən qayıdan Türkiyə vətəndaşlarının koronavirus (COVID-19) infeksiyası riskinə görə karantinə alınmasına başlanılıb.
AZƏRTAC xəbər verir ki, Ankara və Konyada bəzi tələbə yataqxanaları bu məqsəd üçün hazır vəziyyətə gətirilib.
Hökumətin qərarına əsasən, zəvvarlar 14 gün karantin şəraitində saxlanılacaqlar.
Səhiyyə naziri Fahrettin Kocanın məlumatına görə, ziyarətdən dönən zəvvarların birində sözügedən infeksiya aşkarlanıb.
Qeyri-rəsmi məlumata əsasən, Ümrə ziyarətinə gedən zəvvarların ümumi sayı on min nəfərdən çoxdur. Onların 5300 nəfəri martın 15-də ölkəyə qayıdacaq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [11:45]
Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək
- 15.10.2026 [11:31]
Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir
- 15.10.2026 [11:23]
Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb
- 15.10.2026 [11:18]
Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb
- 15.10.2026 [11:08]
Pakistanda məktəbin damının çökməsi nəticəsində 19 nəfər həlak olub
- 15.10.2026 [10:55]