Ümumdünya Taekvondo Şurasının builki təqvimi açıqlanıb
Bakı, 2 fevral, AZƏRTAC
Ümumdünya Taekvondo Şurası bu il ilk növbədənkənar iclasını keçirib.
AZƏRTAC xəbər verir ki, şura bu il üçün vacib yarışlarla bağlı bir sıra qərarlar qəbul edib. Ümumilikdə, bu ilin təqviminə 72 turniri daxil edilib. Bunlardan 15-i şuranın turniri, 10-u “multi-idman” tədbiri (Olimpiada, universiada və s.), 9-u qitə turniri və qalan 38-i isə şuranın tanıdığı yarışlardır. Təqvimə, həmçinin qadınların açıq dünya çempionatı, Qran-Pri turniri və Super İstedad Şousu da daxil edilib.
Taekvondoçularımızın iştirak edəcəkləri yarışlardan Avropa Olimpiya Təsnifat turnirinin mayda Sofiyada təşkili planlaşdırılıb. Əvvəlcə bu yarışın aprelin 17-19-da Milanda keçirilməsi nəzərdə tutulsa da, epidemioloji səbəbdən aprelin 16-18-də Moskvada keçirilməsi qərara alınmışdı. Daha sonra yanvarın 30-31-də Bolqarıstanın paytaxtı Sofiyada keçirilməsi nəzərdə tutulan taekvondo üzrə Avropa Olimpiya təsnifat turniri yenidən təxirə salınmışdı.
Taekvondo və para taekvondo üzrə dünya çempionatları isə ilin sonuna yaxın - müvafiq olaraq oktyabrın 12-18-də və 21-22-də keçiriləcək. Yarışlara Çinin Usi şəhəri ev sahibliyi edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [20:01]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [18:28]
Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək
- 12.06.2026 [18:09]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb
- 12.06.2026 [18:06]
Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb
- 12.06.2026 [17:46]
Atletika üzrə Azərbaycan çempionatı start götürüb
- 12.06.2026 [16:00]
Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub
- 12.06.2026 [15:38]
Rəşad Sadıqov: Braziliya millisi çempionluğa əsas namizəddir
- 12.06.2026 [15:36]