ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN BÜSTÜNÜ ZİYARƏT
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyulun 24-də Azərbaycan Prezidenti İlham Əliyev Qars şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan parka gəlmişdir.
Dövlətimizin başçısı ulu öndərin parkdakı büstü önünə gül dəstəsi qoydu.
Xatırladaq ki, bu, Heydər Əliyevin sağlığında xarici ölkədə qoyulmuş ilk büstüdür.
######
![]() |
![]() |
![]() |
![]() |



