ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVİN HAKİMİYYƏTƏ GƏLİŞİNİN 35 İLLİYİ İLƏ BAĞLI DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, komitənin sədri Zəhra Quliyeva çıxışında Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın az müddət ərzində iqtisadi cəhətdən güclü və demokratik dövlətə çevrildiyini bildirmişdir. Nazir qeyd etmişdir ki, ümummilli liderimiz Heydər Əliyev dəfələrlə dövlət çevirilişlərinə cəhdlərin qarşısını almış və ölkədə möhkəm ictimai-siyasi sabitliyi bərpa etmişdir.
Z.Quliyeva dünya şöhrətli siyasi xadimin qadınlarla əlaqədar fərman və sərəncamlar imzaladığını, idarəetmə və qərarverici orqanlarında onların iştirakına xüsusi diqqət yetirdiyini qeyd etmişdir.
QPDK sədrinin birinci müavini Dilruba Camalova “Azərbaycan tarixinin Heydər Əliyev dövrü” adlı məruzəsində milli tərəqqimizin son 35 illik mərhələsinin Heydər Əliyevin fəaliyyəti ilə bağlı olduğunu bildirmişdir. Qeyd etmişdir ki, ümummilli liderimiz, vətənimizin hərtərəfli inkişafına nail olmuş, milli müstəqilliyimizin əbədiliyini təmin etmiş, ölkəmizi dünya birliyinə tanıtmışdır. Heydər Əliyevin 1969-cu ildə respublikamızda hakimiyyətə gəlişinın nəinki Bakıda, rayonlarda da böyük yüksəlişə, inkişafa səbəb olduğunu, həmin dövrdə Lənkəranın sənaye şəhərinə çevrildiyini qeyd etmişdir. O demişdir ki, Azərbaycan qadınları unudulmaz ümummilli liderimizin ən etibarlı davamçısı İlham Əliyevlə fəxr edir, onun fəaliyyətini dəstəkləyirlər.
Yığıncaqda məruzə ətrafında çıxışlar olmuş, müzakirələr keçirilmişdir.