Ümumtəhsil müəssisələrində ilk dərslər Qanlı Yanvara həsr olunacaqdır
Bakı, 17 yanvar (AZƏRTAC). Abşeron rayonunun ümumtəhsil müəssisələrində 20 Yanvar faciəsinin iyirmi ikinci ildönümünə həsr edilmiş tədbirlər keçirilir.
Abşeron rayon Təhsil Şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, müvafiq Tədbirlər Planına uyğun məktəblərdə 20 Yanvar faciəsi ilə bağlı rəsm sərgiləri təşkil edilir, faciənin dəhşətlərini əks etdirən fotostendlər hazırlanır. Eyni zamanda, təhsil ocaqlarında yanvarın 19-dək mövzu üzrə ədəbi-bədii kompozisiyalar təşkil olunacaqdır.
Yanvarın 19-da isə məktəblərdə ilk dərslər Qanlı Yanvara həsr ediləcəkdir. Müəllim və şagirdlər Şəhidlər xiyabanında xalqımızın azadlığı, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən Vətən övladlarının əziz xatirələrini yad edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]