UNEC-də təcrübədə olan isveçrəli tələbələrə sertifikatlar təqdim olunub
Bakı, 3 oktyabr, AZƏRTAC
İsveçrənin HES-SO Ali İdarəetmə Məktəbinin tələbələrinin Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2 həftəlik təcrübə proqramı yekunlaşıb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, intensiv təcrübə proqramında tələbələrə müxtəlif sahələr üzrə peşəkar mütəxəssislər tərəfindən silsilə təlimlər keçirilib. Eyni zamanda, isveçrəli tələbələr bir sıra dövlət və özəl qurumlarla tanış olublar.
Təcrübə proqramının son günündə Beynəlxalq əməkdaşlıq departamentinin direktoru Nərmin İbrahimova tələbələrlə görüşərək, onların proqramla bağlı təəssüratlarını öyrənib. Tələbələr proqram çərçivəsində bir-birindən maraqlı mövzularda təlimlər keçirildiyini, eləcə də dövlət və özəl qurumların fəaliyyətləri ilə bağlı böyük təcrübə əldə etdiklərini bildiriblər.
Sonda tələbələrə sertifikatlar təqdim edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [15:28]
BDU EIFL-in Baş Assambleyasında təmsil olunub
- 02.10.2026 [14:48]
AMEA XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq
- 02.10.2026 [14:25]
“Tədqiqatlarda süni intellektin tətbiqi” mövzusunda təlim
- 02.10.2026 [13:18]
® Təhsil işçilərinə minimum 0 faiz komissiya ilə 100 min manatadək kredit
- 02.10.2026 [13:09]