UNESCO-nun Baş direktoru Qahirədə keçiriləcək firon mumiyaları paradında iştirak edəcək
Qahirə, 3 aprel, AZƏRTAC
Aprelin 3-də UNESCO-nun Baş direktoru Odre Azule Misirə səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, o, bu gün axşam Qahirənin mərkəzində keçiriləcək firon mumiyaları paradında iştirak edəcək.
Dünya mətbuatının diqqət mərkəzində olacaq parad zamanı Qədim Misirin 22 hökmdarının və firon xanımlarının Luksordakı məbəddən və Krallar Vadisindən gətirilmiş mumiyaları paytaxtın mərkəzi meydan və küçələri boyu nümayiş etdiriləcək. Mumiyaların “səyahəti” Misir Sivilizasiyası Milli Muzeyində başa çatacaq.
UNESCO-nun Baş direktoru Qahirədən sonra Qədim Misir tarixi abidələrinin olduğu Luksor, Əbu-Simbel və Asuana səfər edəcək.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş VİDEO
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]