UNİBANK VİSA İNTERNATİONALIN PRİNSİPİAL ÜZVÜ STATUSU ALMIŞDIR
Maraqlıdır ki, hazırda Azərbaycanda 15 bank VİSA kartları ilə işləyir. Lakin onların yalnız 4-nün, o cümlədən UniBankın prinsipial üzvlüyü var. UniBank Azərbaycanda statusunu cəlb olunmuş üzvlükdən prinsipial üzvlüyədək artıran ilk bankdır.
Prinsipial üzvlük UniBanka müstəqil kart siyasəti yeritməyə, habelə VİSA İnternational ilə birbaşa tərəfdaşlıq münasibətləri qurmağa imkan verəcəkdir. Əsası da odur ki, UniBank prinsipial üzvlüyü sayəsində yaxın gələcəkdə xaricdə, Azərbaycanın ticarət müəssisələrində emitasiya olunmuş VİSA kartlarına xidmət göstərmək statusu ala bilər. Prinsipial üzvlük aldıqdan sonra isə Unibank cəlb olunmuş digər üzvlərin sponsoru rolunu da çıxış edə bilər.
Bu ilin əvvəllərində UniBank 10 mindən çox lokal və beynəlxalq plastik kart emitasiya etmiş, keçən il isə emitasiya olunmuş VİSA kartlarının sayını 4 dəfə artırmışdır.
UniBankın VİSA İnternational ilə əməkdaşlığı 2003-cü ildən - bank ödəmə sisteminin cəlb edilmiş üzvləri arasına daxil olduqdan sonra başlanmışdır.
Xatırladaq ki, VİSA İnternational 21 min bankın üzv olduğu assosiasiyadır. Ödəmə sisteminin üzvü olan banklar bütün dünyada illik dövriyyəsi 3 trilyon dollardan çox 1 milyarddan artıq VİSA kartı buraxmışlar. VİSA kartları dünyanın 150-dən artıq ölkəsində qəbul edilir.