UNICEF-in nümayəndəsi: İqlim dəyişiklikləri uşaqlara birbaşa təsir göstərən amillərdən biridir
Bakı, 5 dekabr, AZƏRTAC
İqlim böhranı həm də uşaqların böhranı deməkdir. Çünki iqlim dəyişiklikləri uşaqlara birbaşa təsir göstərən amillərdən biridir.
AZƏRTAC xəbər verir ki, bunu UNICEF-in Azərbaycandakı nümayəndəsi Saca Faruq Abdullah dekabrın 5-də Bakıda keçirilən Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda çıxışı zamanı deyib.
İnsan kapitalının inkişafına yatırılan sərmayənin gələcəyə yönəlmiş sərmayə olduğunu vurğulayan Saca Faruq Abdullah bildirib: “İqlim dəyişiklikləri ilə bağlı qlobal səviyyədə xəstəliklərin 88 faizi beş yaşından aşağı uşaqların payına düşür. İqlim dəyişikliklərinin ən çox diqqətdən kənarda qalan fəsadlarından biri onun təhsilə olan təsiridir. Daşqınlar və kəskin hava şəraiti uşaqların təhsilə çıxışını məhdudlaşdırır, onların məktəbə getmələrində maneələr yaradır. Bunu nəzərə almaq olduqca vacibdir. Gənc qızların təhsillə təmin edilməsi və erkən yaşlardan bu sahəyə sərmayə qoyulması böyük əhəmiyyət daşıyır. Uşaqlar bu planetin varisləridir. Planetimizdə baş verən hadisələr onların gələcəyinə birbaşa təsir göstərir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:17]
Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb
- 06.10.2026 [12:04]
Əlilliyi olan gənclər Balaxanının tarixi məkanlarını ziyarət ediblər
- 06.10.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 06.10.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 6 oktyabr
- 06.10.2026 [11:32]
Əlilliyi olan şəxslərlə çalışan mütəxəssislər üçün təlim keçirilir
- 06.10.2026 [11:29]