Universitet tələbəsi: Təqaüdlərin artırılması elmə, təhsilə meyilli gənclərə stimul verəcək
Sumqayıt, 4 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Hazırda Sumqayıt Dövlət Universitetində (SDU) bütün sahələr üzrə - həm əməkdaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində, həm də tədrisin və elmi-tədqiqat işlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində ciddi islahatlar aparılır.
“2019-cu ilin fevral ayından universitetin daxili imkanları hesabına əməkdaşlarının əməkhaqları artırılıb. Amma bu günlərdə Prezidentimizin imzaladığı Sərəncamla doktorantların, ali və orta təhsil müəssisələrində bakalavr və magistratura səviyyəsində təhsil alan tələbələrin təqaüdünün artırılması universitetimizin bütün tələbələrinin sevincinə səbəb olub, coşqu ilə qarşılanıb”, -deyə SDU-nun Mühəndislik fakültəsinin birinci kurs tələbəsi Vüsal Hacıyev AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib.
O, ali və orta təhsil müəssisələrində bakalavr və magistratura səviyyəsində təhsil alan tələbələrin təqaüdünün artırılmasını yüksək dəyərləndirərək bunu təkcə maddi durumun artmasına yönəldilən addım kimi yox, həm də dövlətimizin elmə, təhsilə meyilli gənclərinə stimul verəcəyinə, yaradıcılıq potensialın inkişafına yeni üfüqlər açacağına inamını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [19:44]
Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək
- 16.06.2026 [19:36]
Tovuzda 22 yaşlı oğlan çayda batıb
- 16.06.2026 [18:49]
Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO
- 16.06.2026 [18:33]
Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir
- 16.06.2026 [18:05]