USAID: Aqrar sahədə KOBİA ilə əməkdaşlığa hazırıq
Bakı, 2 mart, AZƏRTAC
Azərbaycanda kənd təsərrüfatı çox böyük potensialı olan sahədir, biz ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) olaraq, bu sahədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə əməkdaşlığa hazırıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri USAID-in Azərbaycan üzrə missiyasının rəhbəri Maykl Nirba “Alternativ maliyyə bazarlarının Azərbaycanda inkişaf perspektivləri” mövzusundakı konfransda deyib.
“Biz USAID olaraq KOBİA ilə əməkdaşlıq edirik. Azərbaycanda kənd təsərrüfatı çox böyük potensialı olan sahədir, biz bu sahədə KOBİA ilə əməkdaşlıq göstərməyə hazırıq. Çünki aqrar sahədə çoxlu iş yerləri açıla bilər. Məhz bunun üçün kiçik və orta biznesin maliyyələşdirilməsi çox vacibdir. Bu, onların rifahı, fəaliyyətlərinin genişləndirilməsi üçün və yeni bazarlara çıxışı baxımından önəmlidir. Bugünkü tədbir isə kiçik və orta müəssisələrin nümayəndələrinin maliyyə imkanlarına çıxışla bağlı məlumat əldə etməsi baxımından çox vacibdir”,- deyə Maykl Nirbas qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]