“UŞAQ ƏMƏYİNİN ARADAN QALDIRILMASINDA İŞƏGÖTÜRƏNLƏRİN ROLU” LAYİHƏSİNİN TƏQDİMATI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, dövlət orqanları nümayəndələrinin, BƏT-in, ACT/EMP Proqramının, işəgötürənlər təşkilatlarının və Azərbaycanda uşaq problemləri ilə məşğul olan yerli və beynəlxalq təşkilatların təmsilçilərinin qatıldığı tədbirdə uşaq əməyindən istifadə olunması məsələlərindən danışılmış və bu problemi yaradan səbəblər açıqlanmışdır.
BƏT-in uşaq əməyinin ləğv edilməsi üzrə proqram meneceri xanım Anne-Brit Nipperd konkret olaraq uşaq əməyi ilə bağlı Beynəlxalq Əmək Təşkilatının siyasəti, uşaq əməyinin və onun ağır formalarının mahiyyəti haqqında məlumat vermiş, onun aradan qaldırılmasında sosial tərəfdaşların üzərinə düşən vəzifələrin zəruriliyini vurğulamışdır.
Bildirilmişdir ki, “Uşaq əməyinin aradan qaldırılmasında
işəgötürənlərin rolu” layihəsinin həyata keçirilməsində məqsəd Azərbaycanda kənd təsərrüfatı sektorunda uşaq əməyindən istifadə olunması ilə bağlı araşdırmalar aparmaqdır. Əldə edilmiş nəticələrə əsaslanaraq problemin həll olunmasında işəgötürənlərin rolunu müəyyənləşdirmək və onların uşaq əməyinə qarşı mübarizədə imkanlarını genişəndirmək, bu istiqamətdə konkret fəaliyyət planı işləyib hazırlamaqdır.
Layihənin təqdimatından sonra mövzu ətrafında müzakirələr aparılmışdır.