Uşaq musiqi məktəbinin şagirdlərinin beynəlxalq müsabiqədə uğuru
Bakı, 14 iyul, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səid Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbinin şagirdləri Rusiyanın Rostov-Don şəhərində keçirilən “Art Performans” onlayn beynəlxalq müsabiqəsində uğur qazanıblar.
İdarədən AZƏRTAC-a bildirilib ki, fortepiano ixtisası üzrə müəllim Rəna Məmmədovanın şagirdləri Məleykə Rüstəmli, İbrahim Məmmədov I yer, Emin Nəsibli, Əfruz Mirzəzadə II yer, müəllim Zeynəb Həmidovanın şagirdləri Nika Keyvani, Amirmehdi Həsənzadə I yer, “Ansambl” nominasiyasında violin ixtisası üzrə müəllim Ülfət Nağıyevanın şagirdi Göyçək Məmmədova və fortepiano ixtisası üzrə İbrahim Məmmədov I yerə layiq görülüblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:14]
Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub VİDEO
- 16.10.2026 [11:12]
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq
- 15.10.2026 [16:04]