Uşaq Paralimpiya Komitəsində “Valideyn Klubu” yaradılacaq
Bakı, 9 aprel, AZƏRTAC
Azərbaycan Milli Paralimpiya Komitəsində uşaq paralimpiyaçıları ilə əlaqələrin möhkəmləndirilməsi, uşaq paralimpiyasına daha çox idmançı cəlb etmək və bu hərəkatda valideynlərin daha yaxından iştirakını təmin etmək məqsədilə “Valideyn klubu”nun yaradılmasına qərar verilib.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə valideynlərin iştirakı ilə sosial şəbəkə üzərindən onlayn iclas keçirilib.
Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov çıxış edərək valideynlərin uşaq paralimpiya hərəkatının inkişafında daha yaxından iştirak etmələrinin vacib olduğunu vurğulayıb.
İclasda “Valideyn klubu”nun reqlamentinin hazırlanması, mütəmadi görüşlərin və birgə tədbirlərin keçirilməsi ilə bağlı müzakirələr aparılıb.
Komitənin əməkdaşı Ülkər Əlizadə klubun koordinatoru təyin edilib.
İdmanın hər növü üzrə 2 və ya 3 valideynin daxil olduğu klubun fəaliyyəti uşaqların asudə vaxtlarının, hər növ sosial tədbirlərin və idman yarışlarının təşkilindən ibarət olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [22:52]
“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib
- 13.10.2026 [21:21]
Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub
- 13.10.2026 [19:40]
Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb
- 13.10.2026 [19:01]
Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]