UŞAQLARI MOBİL TELEFONLARDAN QORUYUN
son elmi tədqiqatlar göstərir ki, mobil telefonlardan uzun müddət istifadə olunduqda, elektromaqnit şüalanma uşaqların bütün orqanlarına, xüsusilə sinir sisteminə mənfi təsir göstərir.
Təbabət sahəsində tədqiqatlar aparan İordaniya alimi Ömər əl-Ülyanın sözlərinə görə, mobil telefonla uzun-uzadı danışıqlar uşaqların eşitmə və görmə qabiliyyətinə ciddi ziyan vurmaqdan əlavə, onların beynində də müəyyən fəsadlar törədə bilir. Çünki uşaqlar elektromaqnit dalğalarının pozucu təsirinə böyüklərə nisbətən daha çox məruz qalırlar.