“UŞAQLARIMIZIN GƏLƏCƏYİ ÜÇÜN” MÖVZUSUNDA KONFRANS KEÇİRİLMİŞDİR
Budapeştdə keçirilən konfransda 52 ölkənin səhiyyə, ekologiya və təbii sərvətlər nazirləri iştirak etmişlər. Konfransın iştirakçıları uşaqların sağlam inkişafı üçün proqram tərtib etmək, onların sağlamlığına zərər gətirən amilləri aradan qaldırmaq, pulsuz ilk yardım məntəqələrinin sayını artırmaq və s. məsələləri müzakirə etmişlər.
Konfrans çərçivəsində ÜST-nin təşkil etdiyi “Media-mükafat” adlı müsabiqəyə dünyanın bir sıra ölkələrindən 100-dən artıq uşağın əl işləri göndərilmişdir. Azərbaycanın Uşaq Hüquqları üzrə QHT Alyansının üzvləri olan Ümidli Gələcək Gənclər və Respublika Uşaq təşkilatlarının YUNİSEF-lə birgə keçirdikləri “Heç bir uşağı nəzərdən qaçırmayaq” kampaniyası zamanı çəkilən bir dəqiqəlik 6 film bu müsabiqəyə təqdim edilmişdir.
Ümidli Gələcək Təşkilatından AZƏRTAC-a bildirmişlər ki, filmlər konfransda yüksək qiymətləndirilmiş və mükafata layiq görülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]