İDMAN
Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan açıq havada həvəskar badminton yarışı keçirilib
![](/files/galleryphoto/2022/2/1200x630/165414244237446085_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16541424424254018766_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16541424426545234446_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/1654142442913821172_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/165414244215309760_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16541424425444514363_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16541424425323711447_1200x630.jpg)
Bakı, 2 iyun, AZƏRTAC
Azərbaycan Badminton Federasiyasının təşkilatçılığı, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə dəstəyilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan açıq havada həvəskar badminton yarışı keçirilib.
Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirin açılış mərasimində federasiyanın baş katibi Ramil Hacıyev, Milli Olimpiya Komitəsinin layihələr üzrə katibi Ceyhun Rəhmanov və Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ekspoziya şöbəsinin müdiri Turan Həsənova çıxış edərək uşaqları bayram münasibətilə təbrik edib.
Ardınca Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda açıq havada quraşdırılan badminton meydançası azyaşlıların ixtiyarına verilib.
Uşaqlar arasında müxtəlif əyləncəli oyunlar təşkil olunub. Milli Olimpiya Komitəsinin 30 illiyi çərçivəsində təşkil olunan tədbirin keçirilməsində məqsəd ölkə ərazisində badmintonun kütləviliyinə nail olmaq, uşaqlar arasında badmintonu təbliğ etmək, azyaşlıların asudə vaxtının səmərəli keçirilməsini təmin etməkdir. Tədbirin sonunda uşaqlara kitab hədiyyə olunub.