Üzeyir Rəhimov: Azərbaycanın 4 böyük şəhərində ürək əməliyyatları icra edilir
Bakı, 27 noyabr, AZƏRTAC
Son iki ildə həm yeni növ koronavirus (COVID-19) pandemıyası, həm də Vətən müharibəsi ilə əlaqədar həkimlər olduqca çox çətin vəziyyətdə çalışıb, əllərindən gələni ediblər. Belə şəraitdə elmi toplantılar keçirmək nə qədər çətin olsa da, onlayn keçirilən vebinarlar gözəl və öyrədici olsa da, pandemiyadan sonra keçirilən bugünkü ilk toplantımız çox önəmlidir. Bu gün Azərbaycan Kardiologiya Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən toplantıda ümumilikdə 9 ölkədən 73 məruzəçi iştirak edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Kardiologiya Cəmiyyətinin İdarə Heyətinin üzvü Üzeyir Rəhimov Azərbaycanın invaziv kardioloqlarının üçüncü toplantısında deyib.
Mütəxəssis bildirib ki, Azərbaycanda ilk invaziv müdaxilə 1979-cu ildə edilib, lakin ümumilikdə bu sahənin inkişafı həm də ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin adı ilə bağlıdır: "Müasir invaziv kardiologiyanın inkişafı ulu öndər Heydər Əliyevin vaxtilə Mərkəzi Klinikanın təməlini qoyması ilə start götürdü, daha sonra isə Prezident İlham Əliyevin də digər modern xəstəxanaların açılmasına dəstəyini verməsi ilə davam etdi. Bu gün Azərbaycanın 4 böyük şəhərində koronar angioqrafiya (anju) laboratoriyası var və həmin şəhərlərdə ürək əməliyyatları icra edilir. Bu, ötən müddətdə əldə edilmiş ciddi uğurdur".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]