Vaksinlərin istifadəsi hansı hallarda mümkün ola bilər?
Bakı, 15 dekabr, AZƏRTAC
Üçüncü faza nəticələri açıqlanmış koronavirusa qarşı vaksinlərin istifadəsi mümkündürmü? Əlbəttə, mümkün deyil.
AZƏRTAC xəbər verir ki, bunu dekabrın 15-də Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında səhiyyə nazirinin müavini Viktor Qasımov söyləyib.
Onun verdiyi məlumata görə, yalnız araşdırmalar zamanı vaksinlərin təhlükəsizlik nöqteyi-nəzərdən müsbət nəticələr verəndən və ölkənin standartlarına uyğun gələcəyi təqdirdə onun istifadəsinə icazə verilə bilər. Yəni ölkədə rəsmi olaraq vaksinlərin istifadəsinə icazə verilməlidir.
Nazir müavini onu da əlavə edib ki, epidemiya (pandemiya) təbii fəlakət və digər fövqəladə hallarda vaksinlərin idxalına və təcili istifadəsinə icazə verilə bilər. Lakin bu, istehsalçı ölkələrdə vaksinlə əlaqədar qeydiyyat sənədlərinin olması, eləcə də Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən parametrlərin araşdırılmasından sonra mümkün ola bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]