Vali: Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə Qars əsas logistika mərkəzinə çevriləcək
Ankara, 11 dekabr, AZƏRTAC
Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə Qarsın yerləşdiyi bölgə və şərq əyaləti beynəlxalq ticarətin əsas logistika mərkəzinə çevriləcək.
AZƏRTAC xəbər verir ki, bunu Qars valisi Ziya Polat Azərbaycana səfərinin nəticələrini şərh edərkən bildirib.
Onun sözlərinə görə, vilayət rəhbərliyi Qarsın logistika infrastrukturunun inkişafına investisiya qoyuluşunu təşviq edir.
Ziya Polat, həmçinin Naxçıvan və Bakıda keçirilən, o cümlədən Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və inkişafına investisiya qoyuluşu ilə bağlı məsələlər üzrə tədbirləri və görüşləri çox məhsuldar adlandırıb. “Ümid edirəm ki, Azərbaycanda keçirilən müzakirələrin nəticələri tezliklə fayda verəcək”, - deyə o qeyd edib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [11:34]
DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir
- 30.09.2026 [11:23]
Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib
- 30.09.2026 [11:12]
BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib
- 30.09.2026 [11:06]
DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub
- 30.09.2026 [11:04]