Varşava Ukraynanı polyakların soyqırımını rəsmən tanımağa çağırıb
Bakı, 11 iyul, AZƏRTAC
Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış Kiyevi Volın faciəsini və polyaklara qarşı törədilən soyqırımını rəsmən tanımağa çağırıb.
AZƏRTAC xəbər verir ki, nazir bu məsələnin heç vaxt unudulmamalı olduğunu diqqətə çatdırıb.
“Mən Polşa ilə Ukrayna arasında nifaq salmağa çalışan şəxslərdən deyiləm və həqiqət üzərində, keçmişə hörmət əsasında gələcək qurmaq istəyirəm”, – deyə o bildirib.
Vladislav Kosinyak-Kamış bu tarixi yaranın yalnız soyqırımının tanınması ilə sağala biləcəyini qeyd edib.
Bir müddət öncə Polşa Seyminin deputatı Marçin Pşidaç polyakların əksəriyyətinin artıq Ukraynaya qarşılıqsız yardımın davam etdirilməsini istəmədiyini deyib. Onun sözlərinə görə, Ukrayna hökuməti bu dəstəyi qazanmaq üçün heç bir addım atmayıb.
Qeyd edək ki, iyulun 11-də Polşada 82 il əvvəl – 1943-cü ildə Ukrayna millətçiləri tərəfindən polyaklara qarşı törədilmiş soyqırımı qurbanlarının Anım Günü qeyd olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]