Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vasif Eyvazzadə: Məqsədimiz gənclərin yaradıcı təfəkkürünün texnologiya və iqtisadi yeniliklərlə uzlaşdırılmasına nail olmaqdır

Vasif Eyvazzadə: Məqsədimiz gənclərin yaradıcı təfəkkürünün texnologiya və iqtisadi yeniliklərlə uzlaşdırılmasına nail olmaqdır

Bakı, 3 noyabr, AZƏRTAC

Son illər Azərbaycanda yaradıcılıq assosiasiyalarının sayı artır, aktual incəsənət növləri sahəsində xüsusi layihələr həyata keçirilir, yeni fərdi qalereyalar açılır. Bu günlərdə Bakıda keçirilmiş “İnnovasiyalar və inkişaf üçün mədəniyyət və yaradıcılıq” Forumu, habelə Şəkinin YUNESKO-nun “Yaradıcı şəhəri” elan edilməsi ölkəmizdə müxtəlif sahələrdə yaradıcılıq mühitinin inkişafı istiqamətində əldə edilən uğurlu nəticələrdəndir. Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə bu məsələlərlə bağlı AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

-Vasif müəllim, Şəki şəhərinin YUNESKO-nun “Yaradıcı şəhəri” elan edilməsinin əhəmiyyəti nədən ibarətdir?

-Bildiyiniz kimi, Şəki şəhərini YUNESKO-nun “Yaradıcı şəhərlər” proqramına təqdim etmək üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən namizədlik sənədi hazırlanmışdı. Əslində hazırlanması prosesinə 3-4 il vaxt sərf olunduğu bu sənəd YUNESKO təlimatlarına uyğun olaraq çox diqqətlə işlənilmiş bir namizədlik sənədidir. Onu təşkilatın katibliyinə təqdim etdikdən sonra bu hadisənin reallaşması üçün ölkəmizin Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəliyi birgə təşviqat və təbliğat səylərini artırdılar və nəticə etibarilə Şəki şəhəri YUNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsinə “sənətkarlıq və xalq yaradıcılığı” kateqoriyası üzrə daxil edildi. Təbii ki, bu uğurun əsasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın YUNESKO ilə ölkəmiz arasında əməkdaşlığın inkişafında müstəsna rolu və töhfələri dayanır.

YUNESKO-nun Baş direktoru İrina Bokovanın qərarı ilə “Yaradıcı şəhərlər şəbəkəsi”nə 44 ölkədən 64 şəhər daxil edilib. Bu şəbəkə innovasiya və yaradıcılığı yeni şəhər strategiyasının davamlı və daha inklüziv inkişafının əsas faktoru kimi göstərir. Məlumat üçün bildirim ki, 2004-cü ildən bəri şəbəkə üzvlərinin yaradıcı potensialı yeddi tematika üzrə müəyyən edilir: incəsənət və sənətkarlıq, xalq sənəti, dizayn, kinematoqrafiya, qastronomiya, ədəbiyyat, media və musiqi. Hazırda şəbəkənin 72 ölkədə 180 şəhəri var.

Bu hadisə bəlkə də Azərbaycan tarixində yeganə faktdır ki, bizim regionda yerləşən şəhərimiz beynəlxalq şəhərlər şəbəkəsinə inteqrasiya edir. Beləliklə, Şəki şəhəri müasir kreativ inkişaf proseslərinə, yaradıcı sənaye mühitinə qoşulma imkanı əldə edir ki, bu da həm şəhərin inkişafına, həm də əhalinin rifahının artmasına, iqtisadi bacarıqlarının diversifikasiyasına müsbət təsir göstərəcək. Şəkinin “yaradıcı şəhər” elan edilməsi beynəlxalq imic baxımından şəhərin nüfuzunun artmasına çox müsbət təsir göstərəcək ki, bu da ölkəmizə, xüsusilə də Şəkiyə turistlərin böyük marağına səbəb olacaq. Bu amillər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin regionların inkişafı ilə bağlı siyasətinin başlıca istiqamətlərinə uyğundur.

Şəki ilə bağlı daha bir vacib məsələnin reallaşması gözlənilir. Belə ki, şəhərin YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən xarici ekspertlərlə “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiya sənədi təkmilləşdirilir. Xatırladım ki, cari ilin iyul ayında YUNESKO-nun Ümumdünya İrs Komitəsinin iclasında bununla bağlı müvafiq qərar qəbul edilib və Azərbaycan tərəfinə bir sıra tövsiyələr irəli sürülüb ki, nazirlik Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəliyi və xarici ekspertlərlə bu istiqamətdə iş aparır.

-Siz kreativ sənaye dediniz. Bunu bir qədər açıqlamanızı istərdik.

-Kreativ, yaxud yaradıcı sənaye və iqtisadiyyat terminləri bizim üçün yenilik olsa da, dünyanın inkişaf etmiş ölkələrində son illər ən aktual mövzulardan birinə çevrilib. Əgər izahını versək, kreativ iqtisadiyyat - yaradıcılıq, mədəniyyət, iqtisadiyyat və texnologiyanın bir-birilə əlaqəli şəkildə inkişafını nəzərdə tutan müasir inkişaf konsepsiyasıdır. Kreativ sənaye isə elə bir intellektual fəaliyyət sahəsidir ki, burada insanlar öz yaradıcılıq bacarıqları və istedadları ilə cəmiyyətin maddi rifahının yüksəlməsinə və yeni iş yerlərinin açılmasına şərait yaradırlar.

Məlum olduğu kimi, Azərbaycan da daxil olmaqla, dünyanın əksər ölkələrində iqtisadiyyatın artan rəqabətə dözümlü olması məqsədilə öncədən gəlir mənbəyi hesab edilməyən müxtəlif sahələrin daha çox bazar iqtisadiyyatına uyğunlaşdırılması prosesi gedir. Mədəniyyət də XXI əsrdə bu növ sahələrin ən irəlidə gedən istiqamətlərindən biridir. Maliyyə çətinlikləri fonunda iqtisadi şaxələnmə, ölkəyə xarici valyuta axınının təmin edilməsi həm müxtəlif sahələrin inkişafına, həm də ölkənin ümumi iqtisadiyyatının gücləndirilməsinə gətirib çıxarır. Bu baxımdan yaradıcı sənayelərin potensialı çox yüksəkdir.

Müxtəlif iqtisadi və statistik araşdırmalar göstərir ki, mədəniyyət və yaradıcılıq sektorları hazırda dünya üzrə ÜDM-in 4,5%-ni təşkil edir və illik 10% artım proqnozlaşdırılır. Bu sektor istehsalat və xidmət sənayelərinə nisbətən daha sürətlə inkişaf edir, Avropa İttifaqı ölkələrində 8.3 milyon insanı iş yeri ilə təmin edir və 558 milyard avro məbləğində gəlirə malikdir. Həmin ölkələrdə mədəniyyət və yaradıcılıq sektoru üçüncü ən böyük işəgötürən, eləcə də gənclərin ən çox maraq göstərdiyi sektorlardan biridir. Təhlillər göstərir ki, dünyada gedən texnoloji inkişaf prosesləri mədəniyyət sahəsində yeni istiqamətlərin yaranmasına səbəb olub. Bunların sırasında rəqəmsal media, qrafik və rəqəmsal dizayn, moda dizaynı, onlayn video və foto platformalar (youtube, vimeo), onlayn oyunlar, mobil oyunlar və s. qeyd etmək olar. Bu sahələr son illər Avropa və Amerikada ən çox gəlir gətirən sahələrdən biri hesab olunur.

-Nazirlik bu istiqamətdə hansı işləri görür?

-Bildiyiniz kimi, Azərbaycanın yaradıcılıq sahəsində potensialı çox yüksəkdir. Ölkəmizdə yaradıcı insanların çoxluğu, zəngin mədəni irs, fəal mədəni həyat və yüksək qabiliyyətli gənclik bu potensialın əsas göstəriciləridir.

Mədəniyyət və Turizm Nazirliyi bu sahənin inkişafı üçün Avropa İttifaqı Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində, YUNESKO tərəfdən reallaşdırılan layihələrdə fəal iştirak edir və müvafiq təcrübənin əldə edilməsi məqsədilə nazirlik daxilində və bu sektorda müxtəlif aksiyalar həyata keçirir. Bu yaxınlarda Azərbaycanda Aİ, Britaniya Şurası, Təhsil Nazirliyi və digər qurumların birgə təşkil etdiyi yaradıcı sənayelər Forumunun əsas tərəfdaşlarından biri də Mədəniyyət və Turizm Nazirliyi idi. Əsas məqsədimiz təkcə mədəniyyət və turizm sahəsində çalışan insanları deyil, həm də digər sahələrdə çalışanların, xüsusilə də gənclərin yaradıcı təfəkkürünün və bacarıqlarının müasir texnologiya və iqtisadi yeniliklərlə uzlaşdırılmasına nail olmaqdır. Bir sözlə, vətəndaşlarımızın, xüsusilə də gənclərin kreativ bacarıqlarının, istedadlarının və intellektual qabiliyyətlərinin müasir iqtisadi və texnoloji vasitələrlə əlaqələndirilməklə inkişaf etdirilməsi fərdi biznes imkanlarını genişləndirməklə yaradıcı biznes mühitini formalaşdıracaq və nəticə etibarilə bu proses ölkəmizin ümumi iqtisadi rifahına, məşğulluğun səviyyəsinin artmasına töhfə verəcəkdir.

Bu sahədə əsas məqsəd yaradıcılıq, mədəniyyət, təhsil, elm, texnologiya və iqtisadi düşüncə qabiliyyətini uzlaşdıraraq ölkəmizin gələcəyi üçün kreativ-yaradıcı nəsil yetişdirməkdir. Çünki hər bir sahəyə yaradıcı yanaşma innovasiya və inkişafa aparan əsas meyarlardan biridir.

-Maraqlı müsahibəyə görə çox sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir