“VAŞİNQTON TAYMS”: AZƏRBAYCANDA SEÇKİLƏR ƏDALƏTLİ KEÇİRİLMİŞDİR
Qəzet yazır ki, budəfəki seçkilər əvvəlkilərdən ədalətli keçirilmişdir. Bundan əlavə, ABŞ İlham Əliyev hakimiyyəti ilə yaxşı münasibətləri qoruyub saxlayır. ABŞ ilə Azərbaycan arasında münasibətlərin pisləşməsini istəyən Rusiya Azərbaycanda parlament seçkilərinin legitimliyini təsdiq etmişdir.
Bu şəraitdə “Ukrayna” və “Gürcüstan” ssenariləri Azərbaycana fayda gətirməzdi. Azərbaycanda bu hadisələrin təkrar olunması hərc-mərclik yaradar və daha artıq müstəqilliyə gətirib çıxarmazdı.
Azərbaycan hökuməti ATƏT-in tənqidinə nəzakətlə cavab vermişdir. Prezident İlham Əliyev təsdiq etmişdir ki, seçkilər zamanı 7 dairədə pozuntulara yol verilmişdir. Tezliklə bütün pozuntular aşkar ediləcək və təqsirkarlara qarşı müvafiq tədbirlər görüləcəkdir.