VAŞİNQTONDAKI MƏRKƏZİ ASİYA VƏ QAFQAZARAŞDIRMALARI İNSTİTUTU AZƏRBAYCANDAKI SEÇKİLƏRLƏ BAĞLI MÜZAKİRƏLƏR KEÇİRMİŞDİR
Onların ümumi rəyi bundan ibarətdir ki, Azərbaycandakı indiki parlament seçkilərində ötən seçkilərlə müqayisədə irəliləyiş olmuşdur. Bununla yanaşı, prosesin beynəlxalq standartlara uyğun olması üçün üzərində işləniləcək məsələlər hələ vardır. Svante Kornell seçkiqabağı kampaniya zamanı hökumət tərəfindən atılan bir sıra müsbət addımları, o cümlədən çoxsaylı namizədlərin qeydiyyatını, onların seçkiqabağı kampaniyada tam şəkildə iştirakını diqqətə çatdırmışdır. Qoran Lendbladın sözlərinə görə isə, onun müşahidə etdiyi 10-dan artıq seçki məntəqəsində səsvermə normal şəkildə keçmişdir. Müşahidəçi adlarını seçici siyahısında tapmayanların məhkəməyə nadir hallarda müraciət etdiyinin şahidi olmuşdur. Fariz İsmailzadə budəfəki seçkilərdə kütləvi səsvermə, seçki qutusunun doldurulması hallarının olmadığını bildirmişdir. Müşahidəçilər nəzərə çatdırmışlar ki, seçkidən sonra ölkədə vəziyyət normaldır, ictimai-siyasi gərginlik hiss edilmir.